image_pdfimage_print

Bugün “təsadüfən” kalendara baxdım və… və gördüm ki, ilin nə az nə çox düz 65% geridə qalıb. Bir tərəfdən baxanda ömürdən-gündən gedir, amma pozitiv yanaşsaq səhnə tam fərqlidir.

Biz bu keçən günlərdə istər şəxsi fəaliyyətdə, istər çalışdığım (və sevdiyim) şirkətdə, istər ailədə, istər bizim Marketinq AİR ciddi addımlar atmışıq. Əlbətdə “ciddi” sözü subyektiv yanaşmadır. Lakin biz istənilən sifəti işlətmək üçün müqayisəli təhlil edirik. Mən öz fəaliyyətimi 2012-ci ilin dövrü ilə müqayəsə edib , ürəklə deyə bilərəm ki, bu avqusta daha çox nəticə, daha hədəf və daha çox iş yükü ilə girirəm. Bu anda bir problem barədə danışmaq istəyirəm.

Mən istirahətə və şəxsi həyata ciddi önəm verən biriyəm. Düşünürəm ki, istirahət etməyən insan, şəxsi həyatında uğurlu ola bilməz, şəxsi həyatda uğurlu deyilsənsə… heç vaxt biznesdə üstün ola bilməyəcəksən. Bu mənim həyat devizimdir. Məsələ burasındadır ki, mən 2013-cü ildə nəyin ki, istirahət etmişəm… heç istirahət barədə düşünə bilməmişəm. Biyabırçılıq!!!)

Sizə səmimi deyim, güclü menecerin ən böyük düşmənlərindən biridə – istirahətsiz işləməkdir. Bundan heç kimi xeyr tapmayıb. Bu avtomobildə benzin doldurmadan getməyə bənzəyir. Düşünün ki, Siz tələsirsiz… uzaq yolu getməlisiniz, avtomobildə benzin yoxdur… və biz yanacaq doldurma məntəqəsinə girmirsiz… niyə?! Çünki tələsirsiz. Məntiqsizlikdir. Eləcədə istirahət etməmək bunu bənzəyir.

Beləliklə gərara gəlmişəm ki, Ramazan Bayramında mütləq maksimum istirahət edəcəm. İndidən proqram belə hazırdır. Mən istirahət günlərində daha çox işləyirəm, AMMA. Bu 3 günlük tətili istirahət günləri elan edirəm.

İnanıram ki, avqust ayında məndə tətil edəcəm və rahat başla qoyduğumuz hədəflərə doğru hərəkət edəcəyik. Hədəf demişkən yadıma düşdü… biz Marketinq AİR 3 təlimləri ilə paralel tezliklə Azərbaycanda yeni biznes təlim formatını tətbig edəcəyik. Bu haqda Sizə sentyabr ayının ortalarında, yəni Marketinq AİR 3 başladıqdan sonra məlumat verəcəyik. Maraqlı olacaq.

Marketinq AİR 3 sentyabr ayının 15-ən start verilir – Sizə deyim hələlik rəsmi elan etməmişik amma, 23 nəfər qeydiyyatdan keçib. Bizim yerimiz isə cəmi 40 nəfərdir. Belə görünür ki, bu dəfədə yerlər “defisit” olacaq.

Bütün qoyulan hədəflərə çatmaq üçün biz avqust ayında istirahətdə “qan-qan” etməliyik. Bir sözlə Bayramları gözləyirəm. Axır ki, istirahət edəcəm və 2013-cü il üçün qoyduğumuz hədəflərə çatacam, inşallah!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close