image_pdfimage_print

Keçən yazıda dediyimiz kimi, bizim bloqun oxucularının artması mənə verilən sualların artması ilə müşahidə edilir. Bunun üçün bloqdan ən çox soruşulan sualların cavabını bloq-post şəklində Sizlərə təqdim edirəm. Birinci yazımızda biz “Biznes sahibi olmaq üçün nə lazımdır?” suallına cavab verdik. Bu dəfə bizim bloqda növbəti aktual sual: “Marketoloq olmaq üçün nə lazımdır?” olacaq.

Bu suala keçməzdən əvvəl deyim, Sizə deyim ki, çox sevindirici haldır ki, bugün Marketoloq olmaq və marketinq çoxları üçün maraqlıdır. Bu o deməkdir ki, bizim ölkədə ildən-ilə həqiqi biznes qurmaq istəyən adamların sayı artır. Biz bilirik ki, sistemli biznes fəaliyyəti marketinq olmadan mümkün deyil.

Marketoloq bugün “dəbdə” olan peşə kimi hamını: istədadlı – istedadsız, savadlı – savadsız, imkanlı – imkansız, işi olan – işsiz… bir sözlə, çoxlarımızı maraqlandırır. Əslində hər bir peşə olduğu kimi, marketoloqda olmağın ən rahat və bəlkədə yeganə yolu öz üzərində ciddi çalışmaqdan keçir. Əlbətdə biz varlı ataların, ingilis dilli qızının (və ya oğlunun) hansısa şirkətdə “elə-belə” marketoloq adıyla işləməsini demirik. Biz bu yazıda həqiqi marketoloqlardan danışacağıq.

Qeyd etməliyəm ki, marketoloq heç bir şəkildə reklamçı və incəsənətlə məşğul olan adam kimi qiymətləndirilə bilməz. Marketinq bir dissiplina olaraq, kommersiya elmidir və məqsədə biznesə daha çox pul qazandırmaqdır – sözün həqiqi mənasında.

Biz yazıda konkret olaraq yaxşı marketoloq kimdir sualına cavab verməyə çalışacağıq. Kimdiri biləndən sonra, necə olmaq olar özü-özlüyündə aydın olur.

Yaxşı marketoloq kimdir?

İlk əvvəl yaxşı marketoloq çalışdığı sektorda real uğurları olanlardır. Biz hesab edirik ki, marketinqdə “yaxşı” anlayışı konkret olaraq çalışdığın şirkətin yaxşı olmasından keçir. Məsələn, düşünün ki, filankəsi hamı yaxşı marketoloq kimi tanımaq “istəyir”, lakin o filankəs “qardaş” çalışdığı şirkətdə marketinq son dərəcə zəifdir. Bu o deməkdir ki, bizim “gəhramanımızın” yaxşı marketoloq olmasına hələ çox var. O yaxşı olsaydı, birinci öz şirkətində ki, marketinqi yaxşı edərdi. Beləliklə yaxşı marketoloq mütləq qaydada çalışdığı şirkətdə uğurlu olmalıdır.

Nəticə 1. Yaxşı marketoloq olmaq üçün mütləq çalışdığınız şirkətdə parlamalısınız. Marketinqsiz şirkətin marketinq meneceri heç vaxt yaxşı marketoloq ola bilməz. Bizim sektor praktik sektordur.

Yaxşı marketoloq mütləq sektorda bir eskpert kimi tanınmalıdır. Bunun üçün marketoloq öz biliklərini aktiv şəkildə nümayiş etdirməlidir. Yaxşı marketoloqun öz marketinqi güclü olmalıdır. Bu nögtəyə fikir verək. Öz marketinqini yaxşı etmək üçün mütləq rasional və hamının görə biləcəyi göstəricilərin olması şərtdir. Nəticə bir inanıram ki, yadınızdan çıxmayıb. Özünün marketinqi edə bilmək üçün, Sizin bir praktik bazanız olmalıdır. Məsələn marketinq haqqında məqalə yazmaq üçün gərək Sizin konkret danışacağınız mövzunuz olsun. Mən çox vaxtlar fikir verirəm ki, bəzi marketoloq olmaq istəyən dostlarımız konkret etdikləri praktik bir şeylər olmadan özlərini PR edirlər. Özünü PR etmək hamıya lazımdır (mənədə həmçinin), amma unutmaq olmaz ki, konkret PR ediləsi bir şey olmadan bunu etmək sadəcə gülüş doğura bilər.

Nəticə 2. Yaxşı marketoloq özünü aktiv şəkildə sektorda tanıtmalıdır. Marketoloq öz marketinqi gözəl bacarmalıdır. Bu zaman unutmaq olmaz ki, birinci çalışdığınız şirkətdə uğurunuz olmalıdır, daha sonra özünüzü PR edə bilərsiniz. Əksinə olsa, heç kim inanmayacaq.

Necə ki, şirkətlərdə güclü biznes qurmaq üçün işçilər, çalışanlar (daxili müştərilər) məmnun olmalıdırlar, eləcədə bizdə güclü marketoloq olmaq üçün ailə və yaxınlarımız bizdən məmnun olmalıdırlar. Mən iş təcrübəmdə çox güclü menecerlər görmüşəm ki, ailəsində olan problemə görə faydalı iş qabiliyyəti aşağa düşüb. Eləcədə əksinə. Ailədə mehribançılıq insanda əlavə motivasiya, işləmə sevgisi yaradır. Mən hesab edirəm ki, yaxşı marketoloqun ailəsində daim xoşbəxtlik, firavanlıq və qarşılıqlı inam olmalıdır. Bu vacibdir.

Ailədə olan istənilən söz-söhbət bizim işimizdə əks olunur. Mənfi əks olunur. Eləcədə əksinə. Yaxşı marketoloq ailəsinə, sevdiklərini, dostlarına kifayət qədər vaxt ayırmalıdır. Belə olmasa yaxınları onu başa düşməz. Bizim hər bir addımda daxili dəstəyə ehtiyyacımız var. Bu dəstəyi bizə ailəmiz, dostlarımız verir.

Nəticə № 3. Yaxşı marketoloq mütləq ailəsinə qarşı diqqətli olmalıdır. Biz çalışmalıyıq ki, sevdiklərimiz bizim dəstəkçilərimiz olsun.

İnanıram ki, bu yazı ilə bloqumuza yazılan e-maillərə, suallara qisməndə olsa cavab verə bildim. Bizim bloqu, öz bloqunuz bilin. Nə sözünüz, nə suallınız olsa (marketinqlə, brendinqlə, bizneslə bağlı) hər zaman cavablandırmağa hazıram.

MÖVZUYA AİD DİGƏR YAZILAR:

şərhlər

şərhlər

3 Comments

  1. Yaxshi Marketoloq olmaq uchun ilk evvel talant lazimdir.

  2. "Talant" subyektiv anlayishdir Elvin bey. Zehmetkeshlik, oz uzerinde ishlemek birinci shertlerdendir. Birde talant bizim ozumuzden asili olan bir shey deyil, amma zehmetkeshlik, ezmkarlaig vizden asilidir

  3. Marketoloq olmaq uchun istedadi olmayan insanlar en yaxshi halda orta seviyyeli pewekar ola bilerler. Meslehetim, bu saheye yonelmeden evvel istedadin olub olmamasini yoxlamaq lazimdir. Sonradan ise, lazimi vasitelere ve biliklere yiyelenmek olar.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close