image_pdfimage_print

Coca-Cola əsas bazarlarda yaşıl loqo ilə təmsil olunmağa başlamışdır. Bunu brend klassik Cola üçün deyil, dietik içkiləri üçün istifadə edir. Bu Coca-Coka brendinin növbəti brend strateqiyasıdır. Yazıda qısaca olaraq bu haqda yazdım.

Son vaxtlar butün dünyada əsas trendlərdən biridə  – sağlam yaşam tərzidir. Dünyada ən güclü marketinq strukturuna malik bir brend üçün bundan geri qalmaq əlbətdə yol verilməzdir. Coca-Cola bunu düzgün subbrend strateqiyası ilə həyata keçirir.

Məlumdur ki, geniş tarixi kökləri olan Cola-Cola brendi qırmızı rənglə assosasiya edilir. Həmçinin Colanın özünə məxsus klassik dadı vardır. Brend sağlam həyat trendinə özünün “niş” brendi olan Cola Light və ya Cola Zero ilə cavab verir. Səbəb çox sadədir.

Birincisi Coca-Cola heç bir şəkildə özünün sadiq müştəri kütləsini hanısısa gələcəyi məlum olmayan trendə görə qurban verə bilməz. Ümumiyyətlə brendinqdə bu çox vacibdir. Brend müştəriyə verdiyi vədi daimi və stabil təklif etməlidir. Coca-Cola bunu mükəmməl edir. Brend özünü sadə üsullarla güclü mövgeyləndirə bilir.

İkincisi Coca-Cola öz tanınmış brend kapitalını digər seqmentlərin ələ keçirilməsi üçündə istifadə edə bilər və bunu mükəmməl edir. O dietik həyat tərzi ilə yaşayan insanlar üçün fərqli bir konseptdə “yaşıl” rəngli Coca-Cola təklif edir. Bunun əsas üstünlüyü budur ki, yeni brendi bazara salmaq üçün nisbətən daha az investitsiya lazımdır.

Üçüncüsu Coca-Cola subbrend strateqiyası ilə sinerji effektindən istifadə edir. TV Cola Light reklamı getsədə “adi” insanlar üçün bu klassik Colanın reklamıdır – buda satışlara bir-başa müsbət təsir edir. Kommunikasiyada sinerjinin əhəmiyyəti barədə daha əvvəl söhbət etmişdik.

Dördüncüsü Coca-Cola brendi “əlini daim tətikdə” saxlayır. Əgər sağlamlıq brendi böyük artım templəri göstərsə ana brend – Coca-Cola hər zaman rebrendinq edə bilər. Bununla lider şirkət bazarı daha yaxşı hiss edir. Müştərilərə istədikləri məhsulun göstərir.

Mən hesab edirəm ki, brend arxitekturada subbrendlərin son dərəcə ciddi rolu vardır. Bunu dünyada bir çox şirkətlər edir. Muasir həyatımızda media qiymətlərin artması tezliklə subbrendlərin aktuallığını dahada artıracaq. Yeni brend yaratmaqdansa mövcüd brendə əlavə edərək “niş” bazar üçün mövgeyləndirmək daha yaxşıdır, daha faydalıdır.

Biz Marketinq AİR yalnız yerli brendlər deyil, həmçinin qlobal brendləridə təhlil edirik. Brend arxitektura bizim toxunacağımız mövzulardandır. Marketinq AİR daha ətraflı söhbət edərik…

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close