image_pdfimage_print

Mən gündəlik həyatda “mükəmməllik” axtaran çox saylı dostlarımızı, menecerləri görürəm. Onlar hansısa bir işin görülməsi üçün “əlçatmaz” yollar axtarırlar. Biz hesab edirik ki, nəticə əldə etməyin ən doğru yolu qarşımıza çıxa biləcək maneyeləri “cudo” üsulu ilə özümüzə tərəf çevirməkdir. Bunu necə etmək olar?!

Düşünün ki, Siz dissertasiya müdafiyə edirsiniz və ya etmək istəyirsiniz. Təbii ki, Siz bugünədək heç bir şəkildə araşdırılmayan mövzu götürə bilərsiniz… məsələn: “Qeyri-neft sektorunun inkişafında vençur fondlarının biznesə təsiri” gözəəəəl mövzudur. İkinci yol bugün çalışdığınız sektorda hansısa problemin həlli. Əgər Siz tanış olmayan, araşdırmadığınız bir mövzu götürsəz Sizin çalışa-çalışa dissertasiya etməyiniz çox çətin olacaq. Ya dissertasiyanız yarımçıq qalacaq, ya da çalışdığınız şirkət. İşləməyiniz Sizin akademik karyeranıza mane olacaq.

İndi isə düşünün ki, Sizin çalışdığınız şirkətin biznesinə və gündəlik tətbiq etdiyiniz işlərə uyğun bir dissertasiya mövzunuz var. Belə olduqda elmi karyera Sizin akademik karyeranıza sinerji verəcək. Biz isə Sizinlə söhbət etmişik 1+1=3 olur!!!

Yadıma gəlir, aspiranturaya (doktoranturaya) daxil olduğum vaxt rəhmətlik Şəmil Səmədzadə ilə maraqlı və mənim üçün çox qiymətli olan dialoqumuz oldu. Mən dissertasiya mövzusu axtarırdım. Rəhmətlik Şəmil müəllimlə birlikdə mövzular seçirdik. Çox istiyərdim ki, mövzum Azərbaycanda alternativ enerji mənbələrinin inkişafı məsələləri olsun. Bu “sabahın” biznesi olduğunu sübüt etmək istəyirdim və orda dəyərli alimimizin sözü mənə çox şeyi öyrətdi. O dedi: “İlkin sən marketinqlə məşğulsan, özündə mebel şirkətində işə düzəlmisən. Sənin üçün ən düzgün mövzu mebel sektorunda marketinqdən yazmaq ola bilər.”

Təbii ki, mən Şəmil müəllimin sözünə baxdım və hamının illərlə yaza bilmıdiyi dissertasiyanı cəmi 1,5 ilə bitirdim. Özdə bu mənə heç bir əziyyət vermədi. Səbəb?! Səbəb mən biznes karyeramdan cudo metodu olaraq istifadə etdim və akademik karyera qurdum (qururam).

Eyni şey şəxsi biznesdədə tətbiq etmək olar. Mənə istər bloqdan, istərsədə şəxsi olaraq görüşdükdə adətən “Mən hansı biznesi qurum” sualını verirlər. Buradada cudo metodu əvəzsizdir. Əgər hansısa bir şirkətdə çalışırsınızsa, açacağınız ən ideal biznes məhz sektorunuzda gördüyünüz əlavə boşluğu doldurmaqdır. Belə olduqda açdığınız biznes Sizin biliklərinizi artıracaq və Sizə əlavə güc verəcək.

Biz çox zaman mükəmməllik dalınca qaçırıq… bu “marafonda” isə qarşımıza çıxan fürsətləri görmürük. İstənilən problemin minimum 2 cür həlli olur: sadə və gəliz. İnanın mənə sadə həllər hər zaman daha asand, daha az resurslu və daha təsirli olur.

Biz Marketinq AİR təlimləri hazırladığımız zaman hörmətli təsisçilərdən biri tələb edirdi ki, butün qonaqların mövzuları hazır olsun. O qonaq kimi mövzu verməyib adı AİR təlimlərində olmayacaq və s. Mən isə xahiş etdim ki, “Karvan yolda düzələr”… nəticə göz qabağındadır!!! Bizim təlimlərimiz bügün rekord qırır. Marketinq AİR sırf sadəliyin üzərində qurulmuş təlimlərdir. Biz gəliz informasiya vermək əvəzinə, praktik biliklər veririk (verməyə çalışırıq). Bildiyimizi paylaşırıq… We share))

Həyatda qarşımıza çıxan problemləri – imkanlara çevirmək lazımdır. Bunun üçün sadəcə hər zaman cudoistlərin fəndlərini yadınıza salın. Sizə qarşı olan güc, Sizin tərəfinizə olsa zərbəmiz ən azı 2 dəfə güclü olacaq.

Düşünək!

MÖVZUNU TAMAMLAMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Azərbaycan Cüdo Federasiyasının PR manageri olaraq HE deyirem ).

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close