image_pdfimage_print

Bugün həyatımda bugünə qədər olmayan və heç vaxt ağlıma gəlməyən bir hadisə baş verib. Məni tanıyanlar, mənim son dərəcə “soyuqqanlı” olduğumu deyirlər. Amma bu xasiyyətimə baxmayaraq DYP postlarının birində baş verənlər… məni “yumşaq desək” təəcübləndirdi. Bu yazıda mən qısaca olaraq baş verənlərdən sonra əldə etdiyi nəticələrdən yazacam.

Bu yazını hansı rubrikaya aid edəcəyimi bilmədiyim üçün mən bunu yumor kimi qəbul etmək istədim. Bugün yaşadıqlarım… maraqlı və gülməli bir treninq olsun…

İlk əvvəl deyim ki, saxlanıldığım postdakı polis əməkdaşlarına həqiqətən minnətdaram. Sizə tam səmimi deyirəm, mənə orda olan rəftar məni çox təəcübləndirdi, yaxşı mənada. Polis işçilərinin mənimlə “müəllim” deyə müraciyyət etməsi. Orada çay, su nə bilim “xahiş edirəm oturun” kimi söhbətləri Azərbaycan polisinin xalgımıza uyğun olduğunu mənə göstərdi… təkrar edirəm mən yalnız gördüklərimi yazıram. Amma bu yazımız polislər haqqında deyil. Bugün baş verən xoşagəlməz insidentdən sonra mən aşağıdakıları öyrəndim.

  1. Düşdüyünüz butün vəziyyətlərdə soyuqqanlı olmaq lazımdır. Hirsli başda ağıl olmaz – bunu atalar elə-belə deməyib. Həqiqətəndə əgər Siz hansısa bir Sizə xas olan vəziyyətə düşmüsünüzsə ilk edicəyiniz addım, sakitləşmək olmalıdır. Sakit olduqdan sonra biz düzgün gərar qəbul edə bilirik. Heç bir fəlakət və ya sevinc halında aşırı emosiya insana xeyr gətirmir. Çalışın emosiyanızı sıfıra endirə biləsiniz. Bu vacibdir.
  2. Mərdimazarı axtarmaqla deyil… Biz heç vaxt təhlükədən sığortalana bilmərik. Bu sadəcə mümkün deyil. Hadisələrə maksimum hazır olmaq lazımdır. Dostumuz Rafiq müəllim hər dəfə mənə deyirdi… mən başa düşmürdüm… hamımızın “B” planı olmalıdır. Həyat hər zaman bizim planlaşdırdığımız kimi olmur. Amma biz hər zaman hazır olmalıyıq.
  3. Pul vacibdir – nəğd pulun dəyəri isə ikiqatdır. Master Card çox sevdiyim bir sloqanı var: Həyatda elə şeylər var kı onu pulla almaq olmur, yerdə qalanlar üçün Master Card. Həqiqətəndə nəğd pulun olması insanı bir çox ciddi problemlərdən xilas edə bilər. Mən cibimdə heç vaxt pul saxlamıram… amma bu insidentdən sonra başa düşürəm ki, səhv edirəm. Vse taaakiii… Atalar onu düz deyib “Kişinin cibində pul olar!!!”
  4. Dostlar biz düşündüyümüzdəndə dəyərlidir. Sadiq dostu olan adamlar xoşbəxt insanlardır. Bu sözlərin altında 10-la məna yatır, inanın mənə. Dostlarınızın qədrini bilin. Hər adamla dost olmaq olmaz… amma dostun dəyirini heç kim verə bilməz. Desələr ki, indi yaxşı dost hardadır və ya dost – puldur… inanmayan. Əsl dostlar var və bu dostluqlar puldan qat-qat dəyərlidir. Dostlarımızın gədrini bilək.
  5. Nəzər… “göz deymək” kimi şeyləri inanın. Yadıma gəlir Avropa və ya Dünya  cempionatlarında oynadığım vaxtlar… çox tanınmış (adını çəkmirəm) şahmatçılardan birinin atası daim “ağlayırdı”. Oğlum uduzur, oğlum uduzacaq, oğlun oynaya bilmir… və s. Nəticədə oğlu bugün dünyanın ən güclü şahmatçılarından biridir… “ata” isə hələdə ağlayır. Mən indi başa düşürəm ki, o niyə ağlayır?! Həyatda “nəzər dəyməkdən” qorunmaq lazımdır. İnanın mənə bunu dünyada son dərəcə tanınmış və güclü adamlar edir. Bizdə edək.

Əslində öyrəndiklərim çoxdur… amma bu haqda bir-az özümə gəldikdən sonra. Bugün isə çox yorğunam… həyatda necə insanlar (yaxşılar və ya pislər), necə sifətlər (maskalı və ya səmimi), necə dostlar (canını verən və ya canını alan) olduğu haqda düşünmək istəyirəm.

Hə birdə məncə həyatda nə olur yaxşı tərəfə olur… Qurban olduğum hər şeyi bizdən yaxşı bilir… AMMA bizdən hərəkət öz yerində…

MÖVZUMUZU TAMAMLAYIR:

şərhlər

şərhlər

1 Comment

  1. Allah evezini versin. Pul gəldi gedərdir, sağlıq olsun.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close