image_pdfimage_print

Bizim bir yaxın dostumuz var… bunların evində çox bahalı (mənim üçün bahalı) bir çemodan görmüşəm. Gözəl dizaynda-dəbdəbəli, təkərli, geniş, cibi çooox, digəl bir “balaca” problem var. Çemodanın əl tutmaq yeri yoxdur – sınıb. O curə çemodan istifadəsiz qalıb, daha doğrusu təyinatına görə istifadə edilmir. Sadəcə sandıq funksiyasını daşıyır. Bilirsiz dostlar… biznesdədə biz süni yollarla çox saylı belə çemodanlar yaradırıq. Necə?!

Mən uşaq vaxtı şahmatda aktiv məşğul olduğum vaxtlar, küçəmizdə bir ağsaqqal yaşayırdı. Hər dəfə məni görəndə deyirdi ki, “Sən filankəsi şahmatda uda bilməzsən”. Bir gün elə oldu ki, o deyilən “filankəs” gilin küçəsinə getdim, orda başqa qoyumumuz var edi. Hamı məni tanıdığından məcbur olub deyilən adamla oynamağa razı oldum… nə başınızı ağrıdım… adam ümumiyyətlə çox zəif oynayıdı və tezliklə uddum. Problem burasında ediki, bu küçədə həmin adamdan başqa 2 nəfər digər “şahmatçıda” var emiş. Bizim gəhraman bunlardan başqa heç kimlə oynamırmış və təbii olaraq özünü “güclü” şahmatçı hiss edirmiş. Eyni adamları udduqca belə bir hiss yaranıb.

Əgər eyni şeyi, eyni adamlarla dəfələrlə etsən – harda, necə və ne bacardığın haqqında daim subyektiv fikirlərə sahib olursan. Bizim “şahmatçı” dostumuz kimi.

Düşünün ki, Siz bir şirkətdə biznes karyera qurursunuz. Butün biliklərinizi bu şirkətin biznes-proseslərinin üzərində formalaşdırırsınız. Gözünüzdə bir sektor, bir şirkət, bir məhsul (eyni tipli demək istəyirəm) və s. olur. Sizə elə gəlir ki, Siz artıq həəə-əəər şeyi bilirsiz. Çünki insan eyni şeylərə defələrcə etdikdə onda “şərti” refleks yaranır. O hər şeyi bilir kimi, özünü hiss edir. Belə dostlarımız yalnız və yalnız bir şirkətdə işləyə bilirlər və tezliklə əl tutmaq yeri olmayan çemodan olurlar. Çünki onlar yalnız bir şirkət üçün nesə edə bilərlər, onların harasa digər yerə getməsi mümkün olmur. Tezliklə bilikləri çalışdıqları şirkət üçündə yetərli olmur. Hər şey inkişaf edir, eləcədə şirkətin tələbləri.

Hansısa bir funksiya üzrə ekspert olmaq üçün biz daim yeni sahələr, yeni təcrübələr qazanmalıyıq. Daim eyni şeyi etmək, bizi geriyə salır. Düşünmək lazımdır.

Siz biznes qura bilərsiniz, bir sektorda. Lakin burdada mütləq alternativ biznes qurmağınız lazımdır. Eyni şeyləri istehsal (və ya satdığınız) zaman riskləriniz çoxalır. Təsadüfi deyil, biznesdə bəzi strateji xammaları ən azı 3 müxtəlif təhcizatçıdan alırlar. Hətta baha olsa belə. Sabah hansısa bir təhcizatçıda problem olsa… biznes əl tutanı olmayan çemodana oxşamasın.

Marketinqdə müxtəlif sektorlardan təcrübənin olması son dərəcə vacibdir. Biz hər defə deyirik ki, yaxşı marketoloqun CV-si elində olmalıdır. Çünki belə olmasa, marketoloq risk etməkdən qorxar. Bizim işdədə risk etməmək, ən böyük riskdir. Bu baxımdan biz marketoloqlar heç vaxt öz biznes karyeramızı bir şirkətin, bir biznesin üzərində qura bilmərik.

Alternativ olmadan yaşamaq risklidir. Risklerin minimuma endirilməsi yolu isə çemodan sayının və ya cemodanınızda olan əl tutan sayının çoxaldılmasıdır. Mən bu sözləri sözsüz ki, “metafora” ilə deyirəm… amma inanın mənə əsassız demirəm!!!

YAZINI TAMAMLAYIR:

şərhlər

şərhlər

2 Comments

  1. Doğrudur məndə Sizinle tamamiylə razıyam. Bir şirkətdə çalışmaqla güclü karyera qurmaq çətin olur. Lakin digər tərəfdən böyük şirkətlərin əksəriyyətində rəhbər vəzifədə olanların çoxu şirkətdə karyera yaradanlardır. Bu məsələ son dərəcə aktual və mübahisəlidir. Ola bilsin ki, Sizin dedikləriniz fərdi işçi üçün vacibdir. Bəlkədə çox düzgün yoldur.
    Maraqlı bloq posta görə çox sağ olun. Yazılarda İlkin Manafov dəsti xətti hiss edilir

    • Biz hesab edirik ki, marketoloq daim riskli ishlerle meshguldur. Bunun üçün heç vaxt bir şirkətə, bir sektora bağlı qalması doğru deyil. Daha doğrusu marketinq biliklərini artırmaq üçün belə müxtəlif sektorlarda təcrübə olması şərtdir. Ən azı digər sektorlarda daim məsləhət, konsultatsiya xarakterli məsələlərlə məşğul olmalıdır.

      Bloqu oxuduğunuz üçün çox sağ olun!

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close