image_pdfimage_print

Bizim bloq heç bir şəkildə siyasət və siyasi düşüncələrin paylaşdığı yer deyil. Olada bilməz. Biz burada Sizinlə “təmiz” biznesdən, marketinqdə və əlbətdə ki biznesin yaxşı aparılması üçün brendinqdən danışırıq. Lakin bugün düşündüyüm və gördüyüm bəzi məsələlər məni bir Azərbaycanlı kimi narahat etdi… ona görədə icazə versəniz Sizinlə bir səmimiyyət etmək istəyirəm.

Bizim gələcəyimiz gənclərin əlindədir. Bugünün gənci sabahın biznesmeni, meneceri, CEO-su, siyasətçisi hətta maliyyəçisidir… və təbii olaraq gənclərimiz öhdəsinə çox böyük əhəmiyyət düşür. Bu yazıda mənim gözümdə gənc olmaq nədir haqqında danışacam.

Gənc olmaq həyata daim pozitiv baxmaq baş verən proseslərə imkanlar kimi görməkdir. Bu imkanlardan istifadə etmək öz gənclik enerjisini istifadə etməkdir. Gənc olmaq heç bir şəkildə ona-buna qoşulub özünə və ətrafdakılarına ziyan vurmaq deyil.

Gənc olmaq Qurban olduğumuza inanaraq ibadət etmək, vicdanını təmiz saxlamaq, halal işlər görmək və bununlada zəhmətin, elmin əhəmiyyətini başa düşməkdir. Genc olmaq heç bir şəkildə hansısa qrupların, təriqətlərin, dini icmaların təsirinə düşüb aşırı dini sevgi göstərmək deyil.

Gənc olmaq dövlətini (diqqət edin dövlətini), millətini, xalqını, vətənini sevməkdir. Bu sevgini öz əməlləri ilə göstərmək, düşmənlərimizə qarşı birləşərək addımlar atmaqdır. Gəcn olmaq Twitterde lazımsız “trendlər” yaratmaq özümüz-özümüzlə dalaşmaq deyil.

Gənc olmaq Ramil Səfərovun etdiklərini gəhramanlıq hesab etmək, qələbənin qısa-zərbələrlə deyil son nöqtələr qazanıldığını bilməkdir. Gənc olmaq Ramil Səfərov deyil, Ramil Səfərovu vətənimizə qazandıranlar kimi, onların gücünə sahib olmağa çalışmaqdır.

Gənc olmaq vətənimizi xarici ölkələrdə gözəl tarix biliklərimizlə, “təmiz” xarici dildə təmsil etməkdir. Gənc olmaq YouTube ölkəmizi sevdirəcək videolar toplamaqdır. Gənc olmaq vikipediayada Azərbaycan həqiqətlərini göstərməkdir. Gənc olmaq Ukraynadakı qızlara Azərbaycana tanıtmaq deyil… (ancaq o deyil)))

Gənc olmaq Azərbaycan musiqisini, incəsənətini tam başa düşmək Sarı Gəlin mahnısının (şərti Sarı Gəlin) hardan gəlmə tarixini bilmək, düşmənlərimizlə diskusiya edəndə… konkret arqumentlər göstərməkdir. Gənc olmaq öz dilimizdə söyüş söyməklə Sarı Gəlinin bizim olduğunu demək deyil… inanın mənə, deyil!

Mən hesab edirəm ki, xeyrli gənc olmaq üçün vətəni sevmək şərtdir. Çünki vətənə sevgi olmayan gənc hər zaman partlayacaq “minaya” bənzəyir. Bizə belə “minalar” lazım deyil… onsuzda düşmənlərimiz bizə yetərində “mina” qoyub.

Gənclərimizi daim pozitiv, öz üzərində işləyən şəkildə görmək istəyirəm… inanın çox istəyirəm!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

3 Comments

  1. Dediklerinizle tam razıyam ve Mene bir şey de maraqlıdı ki,bu gencler neyin yiyesidirler? Neye nail olublar? Uğurları nedir? Hansı tehsilı aldılar? Kimlerden oyrendiler ki, siyaseti, indi ozlerini olkede deyişiklikler ede bilecek qeder onemli kesler zenn edirler. Bunun adı siyaset deyil.

    • Sadece gencdiler… cox genc. Amma bu genclikde daha faydali sheyler ucun istifade etmek lazimdir… shertdir. Bele olmasa gunleri ve enerjileri heder gede biler.

  2. Bizim genclik bezen ele edir ki, düşünürsən ki bunların axırı necə olacaq?
    90-cı illərdə olan gənclər hara, bugün olan gənclər hara. Gorxulu mesele budur ki, xarici güvvələr bizim gənclərdə istifadə edib, millətimizin əksinə olan işlər görməsinlər. Bax bu boyük problem ola bilər. İndi ki, gənclik facebook, instagramla yaşayır. Belə mühitdə isə həqiqəti tapmaq çətindir.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close