image_pdfimage_print

Hədəflərin düzgün qoyulması nəticəni əldə etmək üçün birinci şərtidir. Təbii ki, hər birimizin özünə görə düşüncəsi, arzusu və ya əldə etmək istədiyi bir şeylər var. Hədəflər olmadan buna nail olub olmadığımızı belə bilmək mümkün olmur.

Mən ətrafımda bir çox xırda və ya orta biznes sahibləri ilə söhbət etdikdə görürəm ki, bu dostlar nəyin ki, düzgün ümumiyyətlə heç hədəf qoymurlar. Məsələn hansısa ərzaq məhsulu satan mağaza aylıq və ya illik hədəf qoymur, o bilmir ki, bu il mağazasında nə qədər “alver” etsə işlər yaxşı hesab edilə bilər. İcazə versəniz ilk olaraq hədəf qoymanın üstünlüklərini 2 istiqamət üzrə: biznesdə və şəxsi inkişafda olan faydasından söhbət edək.

Hədəf qoymanın biznesdə faydası nədir?

Biznesin inkişaf etdirilməsi üçün təhlil vacib xususiyyətlərdəndir. Biz keçən il nə qədər satmışıq (istehsal etmişik), bu il nə qədər satacağıq kimi kriteriyalar olmadan davamlı sahibkarlıq fəaliyyətindən söhbət gedə bilməz. Bunun üçün mütləq qaydada hər bir fəaliyyətin uğur kriteriyası olmalıdır.

Məsələn Siz hansısa restoranda çalışırsız. Sizin mövsimi dövrdə gündəlik 20-22 müştəriniz olur. Növbəti ildə Siz reklam verirsiniz və restoranınızda masa sayını artırırsınız. Bunu etdikdən sonra restoranın satışları artır… Siz məmnunsunuz. Belə yanaşma biznesdə uğur gətirmir. Mütləq qaydada biz öz daxilimizdə hədəflər qoymalıyıq. Konrket halda təyin etmək olar ki, təmirdən və reklamdan sonra restorana gələn adamların sayı 20 müştəridən 30 müştəriyə qalxacaq. Hər bir müştəri ortalama 40 manatlıq yemək yeyəcək. Belə yanaşma olduqda Siz konkret şəkildə qoyduğunuz pulun faydasını görürsünüz.

Məsələn Siz mağaza sahibisiniz. Təbii ki, hamımız bilirik ki, işçilərə (satıcılara) əmək haqqını satışa görə vermək lazımdır. Əgər Siz hər satılan məhsula görə əmək haqqı sistemini tətbig etsəniz, bu halda satıcılar konkret hədəfə yönəli olmayacaq. Burda ikinci problem mağazada mövsim problemidir. Əgər satıcı satdığı maldan faiz alırsa, deməli mövsimi aylarda onun əmək haqqısı çox, qeyri-mövsimdə isə az olacaq… bu tamamiylə yalnışdır. Bu halda ən düzgün yol mağazaya aylıq hədəflər qoymaqdır. Satıcının əmək haqqısı satdığı məhsuldan faiz olaraq deyil, mağazanın hədəfə çatmasına görə hesablanır. Belə olduqda satıcı həm mövsimdə, həmdə qeyri-mövsimdə sistemli əmək haqqı alır.

Biznesdə hədəf qoyma olmadan “gəminin” hara getdiyini bilmək mümkün olmur. Hər bir fəaliyyətdə mütləq qaydada hədəf olmalıdır. Bununla Siz gördüyünüz işi qiymətləndirə biləcəksiniz. Bu vacibdir.

Hədəf qoymanın şəxsi inkişafda faydası nədir?

Şəxsi inkişaf tərəfə hədəf qoymanın mahiyyəti heçdə biznesdən geriyə qalmır. Güclü şəxsiyyətləri adi insanlardan fərqləndirən əsas xususiyyət onların öz hədəfləri düzgün başa düşmələri və ona çatmaq üçün dayanmadan çalışmalarıdıq.

Mən ətrafımda olan bir çox gənclərlə söhbət etdikdə şahidi oluram ki, bugün gənclərin 90% ümumiyyətlə hədəfi yoxdur. Dərd burasındadır ki, yerdə qalan 10% bəzilərinin isə ümumiyyətlə hədəf anlayışında problem var. (İB Club üzvləri bu tip gənclərə aid deyillər)

Məsələn “Mənim hədəfim ingilis dilini öyrənməkdir” son dərəcə səhv qoyulmuş hədəf nümunəsidir. İngilis dili öyrənmək abstrakt yanaşmadır. İngiltərədə 10 il təhsil alan azərbaycanlıda – ingilis dili öyrənir, ömründə bir dəfədə olsun “ingilislə” təması olmayan gəncdə ingilis dili öyrənir. Ümumiyyətlə “öyrənmək” fasiləsiz bir prosesdir. Hədəf mütləq qaydada dəqiq və ölçülə bilən olmalıdır. “İngilis dili öyrənəcəm” yerinə hansısa konkret sertifikatın alınması və ya filan səviyyəyə qədər öyrənmək daha dəqiq və ölçülə bilən hədəflərdir.

Şəxsi hədəflər düzgün qoyulduğu halda inanılmaz yüksək nəticələrlə əldə etmək olar. Mənə bunu şahmat oynadığım vaxtlardan aşılayıblar. Yadıma gəlir müəllim hər dəfə mənə konkret olaraq: “Filan oyunu filan vaxta qədər təhlil etməlisən. Yər vəziyyətə ən azı 3 dənə alternativ gediş tap və s.” kimi hədəflər bir vaxtlar məni şahmaq yarışlarında rahatlıqla çempion edirdi.

Hədəflər bizi həm motivasiya etmək üçün, həmdə hardan hara gəldiyimizi görmək üçün vacibdir. Biz hədəf qoyaraq öz-özümüzə indiqatorlar qoyuruq. Hədəfə çatdıqda və çatmadıqda – “işıq” yanır.

Mən hesab edirəm ki, düzgün hədəf qoymaqla hər birimiz istər biznesdə, istərsədə şəxsi inkişaf yüksək nəticələrimizi daha tezləşdirə bilərik. Mən hər ilin sonunda yazılı şəkildə gələn il üçün planlar təyin edirəm. Bu planlarda qazanacağım pulun miqdarı, edəcəyim işlərin siyahısı mütləq olur. Bundan əlavə hər rüb eyni planların daha xırda versiyasını hazırlayıram. Gələn yazılarda Sizi deyəcəm, bunu niyə edirəm. Hələlik isə hər birinizdən hədəflərlə işləməyi tövsiyyə edirəm.

MÖVZUNUN DAVAMI ÜÇÜN OXUYUN:

şərhlər

şərhlər

4 Comments

  1. Tessüf ki, bizim genclerimizin çoxu tüfeyli heyat terzinde yaşayırlar. Sabah üçün olan meqsed daha dadlısını,daha bahalısını,daha çox yaraşanını axtarmaqdır meqsedimiz.
    Yazı üçün sağolun. )

    • SIz sag olun ki, oxuyursuz. Siz oxucularsiz bizim bloqun bir gunu olmasin.

      Bizim gencler arasinda elbetde megsedyonluleride var. Amma bu say bizim istediyimiz geder deyil… helelik deyil!

  2. Həqiqət acıdır. Yazınızdakı bir neçə sətir məni lap məyus etdi: “Mən ətrafımda olan bir çox gənclərlə söhbət etdikdə şahidi oluram ki, bugün gənclərin 90% ümumiyyətlə hədəfi yoxdur.”
    İşiniz çətindir,İlkin Müəllim :) Allah köməyiniz olsun.
    Dəyərli fikirləriniz üçün bir daha təşəkkürlər.
    Bu yazılarınızı hər dəfə oxuduqca,Marketing Air treninglərini daha böyük maraqla gözlüyürəm açığı. :)

    • Marketinq AİR təlimlərini məndən çox gözləyin inanmıram olsun. Pozitiv gənclərlə danışmaqdan, biliklərimizi paylaşmaqdan ötrüüü çox darıxmışam.

      Bizim məzunlarda xüsusi ab-hava olur. Bilmirəm nədəndir. Bizim dostlarımız daim yeniliklərə açıq olmaları birlikdə, həmdə sistematiklik var.
      Bu məni çox sevindirir. Mənim özümdə onlardan öyrənirəm. İnşallah görüşərik!

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close