image_pdfimage_print

Uğurlu biznes qurmaq üçün komandanın vacibliyini bilməyən adam yoxdur, varsada o adamın bizim bloqda nə işi var?! Həmçinin bilməyən yoxdur ki, güclü komanda qurmaq üçün komanda üzvləri nəticəyə və prosesə motivə edilməlidirlər. Bəs Sizcə insanları, əməkdaşlarımızı (daxili müştəriləri) motivasiya etməyin yolu nədir?!

Yazıya başlamazdan əvvəl  bir neçə vacib məsələni fiksasiya etmək istəyirəm:

  1. Biznes sahibinin (və ya CEO-ların) əsas vəzifəsi məhz komandanı hədəfə düzgün motivasiya etməkdir. Motivasiya olmayan istənilən biznesin sonu sovet ittifaqına oxşar olacaq.
  2. Hər bir işçi motivasiya edilməyə ehtiyyac duyur. Heç kim, təkrar edirəm heç kim “lopuğa” işləmir. Kimsə deyirsə ki, “mən filan şirkəti sevirəm və ona görə işləyirəm”… deməli ya həmin adam yalan danışır, yada o şirkətdə mükəmməl motivasiya sistemi fəaliyyət göstərir. Söhbət Azərbaycandan gedirsə… bilin ki, birinci halın olması (yalan danışmağın) 99% bərabərdir!
  3. Motivasiyasız işçi şirkətə xeyr verməkdən başqa… hər şeyə qadirdir. Ən təhlükəli işçilər maaşlarının, KPİ-nın, əlavə bonusları tələb etməyənlərdir. Bu adamlar artıq ümidlərini tam üzmüşlər və gələcəklərini şirkətlə bağlamırlar, yəni tam DEmotivasiya olan işçilərdilər.

Yuxarıda olan məsələləri Sizlərin yadınıza saldıqdan sonra keçək əsas məsələyə, dediyimiz suallın cavabına: İşçilərin motivasiya etmənin yolu nədir?

Biz hesab edirik ki, motivasiya yalnız pulla mümkün deyil və əmək-haqqı, KPİ-la, bonusla komandanı nəticələrə uzunmüddətli dövrdə yönləndirmək mümkün deyil. Biz daha əvvəl Marketinq Sevgidən başlar yazısındada bu məsələyə toxunmuşduq. Pul elə bir şeydir ki, o hər zaman azdır… bilirsizda: “İnsan ehtiyyacları sonsuz, resurslar məhduddur”. İşçinin aldığı əmək haqqı nə qədər çox olsa, onun ehtiyyacı daha çox olacaq, pul hər zaman çatmayacaq.

Əgər biz öz motivasiya sistemimizi “hamının bildiyi” olaraq – Bunu ele, bunu al – məntiqi ilə qursaq, heç vaxt həqiqi motivasiyadan söhbət gedə bilməz. İnsanları, bizi, Sizi motivasiya etməyin yeganə yolu – idealoqiyadır!

Əgər biznes hansısa bir idealoqiyaya xidmət edirsə və butün komanda bu idealın yerinə-yetirilməsinə çalışırsa… bundan gözəl motivasiya ola bilməz. Güclü şirkətlərdə olan sistemlərə diqqət edin. Şərti P&G, şərti Daimler AG, şərti BASF, şərti Google, şərti Red Bull və s. Bu şirkətlərin hər birində inanılmaz dərəcədə güclü idealoji mübarizə, idealoji motivasiya sistemi işləyir. Bu sistem ən üst səviyyədə işləyir… ola bilsin ki, distribyutor şirkətin işçiləri və ya Azərbaycan kimi xırda nümayəndəliklər bunu hiss etmir lakin üst səviyyədə idealogiya ciddi işləyir.

Ümumiyyətlə insanın xoşbəxtçiliyinə maddiyyat az təsir edir və müəyyən edilmiş bir mərhələdən sonra maddi qazancla xoşbəxtlik arasında əlaqə tamamiylə kəsilir. Biz bilirik ki, işçinin yaxşı işləməsin üçün onun xoşbəxt olması vacibdir, bu barədə danışmışdıq.

İdelogiyanın biznesdə tətbiq nöqtələri müxtəlif ola bilər. Məsələn, müştərilərə verilən dəyərlər üzərində qurulan ideloji motivasiyalar. Məsələn, ətraf mühitə və ya gələcək nəsillərə verilən dəyərlər üzərində qurulan idealogiyalar… əsas odur ki, uğurlu motivasiya etmək üçün yaranan idelogiyalar maddiyyatdan kənar olmalıdırlar. Bu şərtdir.

Yerli şirkətlərimizdə ən böyük problemlərdən biri, məhz Sizində bildiyiniz personalın daim “puldan, əmək haqqıdan” şikayətçi olmasıdır. Bunun həlli yolu mükəmməl biznes idelogiyasının yaradılmasından keçir. Biznesin həcmindən asılı olmayaraq ideloqiya sahibkarlar tərəfindən yaradılmalıdır. İşçi başa düşməlidir ki, o yalnız sahibkara pul qazandırmaq üçün işləmir. Diqqət edin. Çox vacib nöqtədir. İşçi etdiyi zəhmətin insanlıq və ya yüksək amallar üçün edildiyini hiss edəndə motivasiya sistemi uzunmüddətli və fundamental olur.

Mən hesab edirəm ki, hər bir menecer işçilərin motivasiyasında, güclü komanda yaratmaq üçün idealoqiyadan istifadə etməlidir. İstifadə edin… nəticəsi Sizə xoş istiqamətdə təəcübləndirəcək.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

3 Comments

  1. Qatiliram fikirlere eladir ama maas az olan yerdede mukemmel motivasiyada azdir:))

  2. Uğura aparan yolda bu çox önəmli ünsürdür. Fikrinizlə razıyam. Amma bir məsələdə biraz fərq var sanki. Yəni bu şirkətə görə dəyişə bilər. İdeoloji dəyərləri hansısa ixtisaslı menecerlərinizə,şöbə müdirlərinə aşılamaq mümükündür. Tutaq ki siz bir fabrik işlədirsiniz və sizin fəhlələriniz var. Bu məqamda günü 15-20 manata işləyən fəhlə üçün onu şirkətin ideologiyasından çox aldığı məvacib maraqlandırar məncə.

    • Elbetde maraqlandirir… amma onun mevacibini 20% xercleyib, texminen 10% sirf idealogiyaya pul xerclemek olsa bu daha tesirli olacaq. Sovet dovrunde kolxozcular kommunizme gore gece-gunduz pambig yigirdilar… ve s. Idealogoya mence maddi veziyyete baxmir… eksine “kasiba” bu daha tez tesir edir. Konkret misallarda vere bilerem… Sizin ozunuzde etrafiniza baxsiz coooxlu bele misallar goreceksiniz.

      Bizim mentigimiz budur ki, emek haggini artirmag ishciye hansisa vaxt intervalinda tesir edir, sonra bu adileshir… emek haggi sonsuz shekilde hec vaxt galxa bilmez, amma guclu idelogiya daim hedefe yonlendire biler, motivasiya eder.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close