image_pdfimage_print

Mənim bir ideyam var… bunu edən olsa “milyoner” olar!!! və ya Mənim bir ideyam var… sadəcə bu barədə hələ çox məlumat verə bilmirəm, qorxuram kimsə məndən əvvəl etsin… və ya Mən ideyanı deyin… hərdə qalanı asand şeydir və ya İdeya məndən İcra Səndən… kimi sözləri bilirəm ki, çox eşitmisiniz. Amma və Lakin. Biznesdə ideyanın dəyəri çox deyil. İdeya hamıda var. Əsas onun düzgün və gözəl icrasıdır. Başqa sözlə desək ideya “su” qiymətinədir!

Əsas bu ideyanı icra edəcək qollar, beyinlər və insanlardır. İsnənilən biznes insanların üzürində qurulur, insanlara xidmət edir, insanlar tərəfindən inkişaf və (və ya) məhv edilir. Yadıma gəlir Siemens AG praktikada olanda bizə layihə idarəedilməsi barədə təlim verirdilər. Orda layihə idarəedilməsində dünyanın ən güclü şirkətlərindən olan Siemens-in CMO belə bir söz dedi. Biznes layihələrin uğurunda ideyanın mükəmməl olmasının payı cəmi 10%. Bəs uğurun yerdə qalan 90% hardadır? İşin prosedurlara görə düzgün icra edilməsi – 60%, layihəyə təsir edən xarici mühit amilləri (makro-faktorlar) 30%. Təsəvvür edin Siemens kimi innovativ və layihə idarəedilməsində irəli gedən şirkətin Qlobal Marketinq Direktoru ideyaya cəmi 10% yer verir.

Hərdən bizə elə gəlir ki, biz ideyanın əhəmiyyətini çox yuxarıya qaldırırıq. Ola bilsin ki, ideyanın dəyəri doğurdanda “su qiymətinə” deyil. Ola bilsin ki, ideyasız biznes olmaz… amma məndə yüzdə-yüz əminəm ki, işin uğurunda proseslərə riayyət etmək və bizim təsir edə bilməyəcəyimiz amillərin təsiri çox böyükdür.

Biz hesab edirik ki, istənilən birimiz biznes ideyanı rahatlıq tapa bilərik. Bu nöqtəyə diqqət edək. Tapa bilərik – götürmək yox, tapmaq. Qıraqdan verilən biznes ideya əksər hallarda uğursuz və ya səhv olur. Səbəb çox sadədir. Bu ideyanı reallaşdırmaq üçün insanda daxili potensial olmalıdır. “Çöldən” gələn ideyalarda bu potensial nəzərə alınmır.

İdeyanın ən rahat tapılma yolu məhz ətrafınızdır. Bugünə qədər etdiyiniz işlər Sizin üçün mükəmməl ideya qaynağıdır. Məhz buna görə biz hesab edirik ki, təcrübə ideya axtarışında əsas köməkçi olmalıdır.

İdeya tapmağın ikinci rahat yolu istehlak etdiyiniz dəyərlər haqqında düşünməkdir. Məsələn əgər Siz şahmatçısınızsa və Azərbaycanda dilində şahmat kitabı demək olar ki, yoxdursa… deməli ana dilimizdə şahmat kitabı çıxarmaq yaxşı biznes ideya ola bilər. Bu şahmat oynaya bilən üçün yaxşı ideyadır, boksçunun şahmat kitabı çıxarıb biznes etmək istəyi… fəlakətlə qurtara bilər!

Biznes ideyanın üzərində deyil, mükəmməl icranın üzərində inkişaf edir. Ona görə əmin olun… ideyanız varsa… bu hələ hecnə demək deyil.

Mükəmməl icralar arzusu ilə…

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

2 Comments

  1. Əla yazı idi. İnvestisiya şirkətlərinin qiymətləndirdiyi əsas faktorlardan biri, işi görəcək komandanın mükəmməlliyidir. İdeyanın maraqlı və unikallığı investisiyanın verilməsində əsas faktor hesab olunmur.

  2. Elbetde eledir. Pulu verende adama, shexse verirler ideyaya yox.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close