image_pdfimage_print

Daha əvvəl dediyimiz kimi, biz sentyabr ayının 15-ən etibarən Marketinq AİR təlimlərinə artıq üçüncü dəfə start veririk. Təlimlərimiz Azərbaycan Marketinq Cəmiyyətində olacaq. Qeydiyyat Facemark saytında həyata keçirilir. Sizə bir söz deyim… bu dəfə təlimlərimiz daha fərqli olacaq, daha “canlı” olacaq. Bunu mən hardan bilirəm?!

Biz bilirik ki, avqust ayı təlim haqqında düşünənlərin sayı “yümşaq” desək az olur. Hamı istirahət haqqında düşünür, Ramazana başı qarışıb və s. Marketinq AİR-ə hər şey daha fərqlidir, yaxşıdır. Biz təlimlərə Facemark-a start verdiyimiz gündən cəmi bir həftə keçməsinə baxmayaraq, artıq 30 nəfərdən çox adam geydiyyatdan keçib. Düşünsək ki, bizim təlimlərimizin “limiti” cəmi 40 nəfərdir… deməli təlimlərimiz güclü maraq var. Bu super xəbərdir. Bizim təlimlərə maraq varsa, deməli biz düzgün yoldayıq. Bilirsizdə bazar iqtisadiyyatında “yaxşı və pisin” kriteriyası nədir?! Əlbətdə bilirsiz… deməli bizim təlimlər yaxşıdır!

Bugünlərdə yaxın dostlar mənə zəng edir. Kimlərsə özləri iştirak etmək istəyir, kimlərsə şirkətlərindən işçi (marketoloqları) göndərmək istəyir və s. Mən bilmirəm onlar niyə bizim təlimlərə gəlmək istəyirlər, amma konkret bilirəm ki, onlar bizim təlimlərə gəldikdən və ya adam göndərdikdən sonra razı qalacaqlar. Çünki biz Marketinq AİR birinci gündən, indiyə gədər ürəkdən edirik. Ürək və zəhmət olan yerdə uğur qaçılmazdır. (əslində bilirəm bizim təlimlərə niyə qatılmaq istəyirlər, sadəcə Sizə demirəm. Elə Sizdə bilirsiz))).

Bizim məzunlarımızın uğurları paralelində, onların bizə verdikləri dəstək əlbətdə danılmazdır. Heç bir subyekt bazar iqtisadiyyatında məmnunluq olmadan davamlı uğur qazana bilməz. Çox sevindirici haldır ki, Marketinq AİR 1 və 2 məzunları bizim təlimləri daim tərifləyirlər. Əslində elementar statistik təhlil və ya müşahidə qabiliyyəti olan hər birimiz bizim məzunları Marketinq AİR-ən əvvəl və sonra vəziyyətini təhlil etsə bizim təlimin onlara verdiyi dəyəri aydın şəkildə görmək olar. Biz onların müəllimləri olsaqda, münasibət tam dostluq münasibətləridir.

Bugünlərdə bir məzunumuzla söhbət edirəm (burdan butün AİR-çilərə salamlar, biz onlarla fəxr edirik). Söhbətdən sonra məzunumuzun qurduğu networkinqdə, kruqda məhz Marketinq AİR çalarlarını gördüm. Əslində bu çalarları butün məzunlar görürlər. Biz inanırıq ki, bizim AİR-çilər yalnız öz şirkətlərində, öz bizneslərində uğur deyil, həmçinin yeni-yeni təlimlər, yeni-yeni aktivliklər edəcəklər. Mən inanıram, mən əminəm, mən istəyirəm ki, onlar gördüyü işlər bizim işlərdən ən azı 5 dəfə daha yaxşı olsun. Olacaqda. Bizim məqsədimiz savadlı marketoloqların sayını çoxaltmaqdır. Biz hədəfimizə addım-addım gedirik və çatırıq. Marketinq AİR 3 bizim növbəti hədəfimizdir. Daha 40 nəfər gənc əsl marketinq havasını udacaq və bizim dostlarımız olacaq…

Əslində biz özümüzdə bunun üçün üzərimizdə çox çalışırıq, çalışmağa çalışırıq… Son günlərdə butün təlimdə olan prezentasiyaların keysləri yenidən baxılır, biz yeni tendensiyalar barədə məlumatları əlavə edirik. Biz özümüz öyrənirik. Öyrənməsək nəyi paylaşa bilərik?!

Öyrənmək demişkən… biz özümüzdə öz məzunlarımızda çox şeylər öyrənirik. Bizim təlimlərdə “atmosfer” tam demokratikdir. Biz öyrətmirik, biz paylaşırıq. Bilirsizdə dünyada iki şey paylaşdıqca çoxalır: sevgi və bilgi!!!

Biz inanırıq ki, bu dəfə etdiyimiz Marketinq AİR daha canlı və daha faydalı olacaq. Butün dostları gözləyirik.

Marketinq AİR Yenidən – Yeni

ƏIAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close