image_pdfimage_print

Bugün Marketinq AİR təlimləri çərçivəsində ilk master-klassımız həyata keçirildi. Bizim təlimlərlə maraqlanan dostlarımız üçün tamamiylə ödənişsiz təşkil edilən görüşdə mən, Marketinq AİR çərçivəsində paylaşacağımız mövzuların bəziləri haqqında tezis şəklində məlumatlar. verdim. Mənim üçün çox maraqlı oldu…

Ümumi olaraq master-klassda 39 nəfər iştirak edirdi. Dostlarımızla qısaca tanışlıqdan sonra mən onlara 2 alternativ verdim: prezentasiyaya baxmaq və ya sırf praktik-tezislərin üzərində qurulmuş bir görüş keçirmək.

Dinləyicilərimiz ikinci variantı seçdilər. Mən onlara 10 ilə yaxın Marketinq və Biznes təcrübəmdə başıma gələn, ibrət edici keyslər barədə danışdım. Hər bir keysdən sonra biz hansı nəticələrə gəlməyimiz barədə danışdıq.

Bir şey diqqətimə çəkdi… iştirakçı gənclərimiz müzakirələrdə çox həvəslə iştirak edirdi. Həmçinin biznesin yaradılması, marketinqin baza prinsipləri və ümumi olaraq idarəetməyə aid olan mövzularda dinləyici dostlarımız çox həvəslə iştirak edirdi. Tək həvəslədə deyil… iştirakçılar savadlı suallar verirdi.

Sizə səmimi deyim, mən Marketinq AİR bağlı olan təlimlərdə pozitiv enerji alıram. Əslində mən Bakıya bugün gece gəlmişəm (təyyarəmiz səhər saat 4-ə yaxın enmişdi) və məntiqlə yorğun olmalıyam. Amma Marketinq AİR bağlı master-klass mənə əlavə motivasiya və anti-stress verdi. İnsan sevdiyi işi görəndə yorulmur. Mən bu qədər yorğun ola-ola hətta bloqda yaza bildim!!!

Mənim üçün master-klassda bir xoş surprizdə oldu. Marketinq AİR 1 məzunlarından 3 xanım təlimə (master-klassa) gəlmişdi. Onlar bizim görüşün sonuna qədər iştirak etdilər. Daha sonra biz onlarla söhbətdə etdik. Mənə yeni biznes ideyaları barədə danışdılar… super bir ideyaları var. Artıq işədə başlayıblar. İnanıram ki, tezliklə son dərəcə rentabelli bir biznesədə çevriləcək.

Bizim məzunların hər biri Marketinq AİR seçmə yığılıb. Hər biri son dərəcə çalışqan, hər biri son dərəcə məsuliyyətlidirlər. Bu bizi çox sevindirir.

Bu yaxında bir şirkətdən mənə zəng edib: “Sizin məzunlardan filankəs bizə CV göndərib, bu necə işçi olar?” suallını verdilər. Heç düşünmədən dedim… “Marketinq AİR diplomu olan dostlarımızın böyük əksəriyyətinin Marketinq biliyindən özüm qədər əminəm. Biz öz məzunlarımızın biliklərinə görə məsuliyyət daşıyırıq!”.

Belə hallar son vaxtlar tez-tez olur. Bizim məzunların adları ən yüksək yerlərdən, şirkətlərdən gəlir. Hələ bu harasıdır?! Tezliklə Azərbaycan Marketinqini AİR-çilər idarəedəcək. Biz bunu inanırıq. Biz bunun üçün tükənmədən çalışmağa hazırıq!

Sabah yaxın dostumuz Anar müəllimin , gələn həftə isə Rafiq müəllimin Marketinq AİR-lə bağlı görüşü olacaq. Hər birinizi iştirak etməyə dəvət edirəm. Bu tamamiylə ödənişsizdir. Bu AİR etdiyi bir tanıtım aksiyasıdır.

Qeydiyyatdan keçmiş dostlarımıza isə deyirəm ki, sentyabr ayındı “iplə çəkirəm”. Çox maraqlı olacaq Marketinq AİR 3 təlimlərimiz.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close