image_pdfimage_print

Mən avtomobil sənayesini sırf brendinq nöqteyi nəzərdən diqqətlə izləyirəm. Açığı özümündə maşınlara marağım var… Ən ciddi təgib etdiyim və əlbətdə ki, avtomobil olaraq sevdiyim maşın isə Mersedes E Klassdır. Sonuncu E Klass isə… məni yalnız mersedessevər olaraq deyil, brend menecer olaraqda çox düşündürür. Bizim bu almanlardan öyrənəcək hələ çoooo-000x şeylərimiz var.

Əlbətdə yeni E Klassın reklamına baxdıqdan sonra, başlayaq brendinq fəaliyyətinin müzakirəsinə.

Çoxlarımızın “dürd fara” olaraq adlandırdığımız E Klass Mersedes ailəsinin “böyük qardaşı” olan S klassdan sonra ən çox bəyənilən avtomobili hesab edilir. S Klass daha çox ağır avtomobil funksiyasında olduğu halda, E Klass son 10 ildə özünü cavan, özündən əmin menecerlərin avtomobili kimi mövqeyləndirir. Mersedes bunu necə edir?!

Əgər fikir verirsinizsə avtomobilin ildən-ilə və ya seriyadan-seriyaya daha idman xarakteri qazanır. Ön tərəfinin uzanması, “dörd gözlərinin” ildən-ilə daha balaca olması bunun bariz nümunəsidir.

2013 E Klass axır ki, ön faralarını birləşdirmə gərarına gəldi. Əslində bu marketoloqlar tərəfindən çoxdan planlaşdırılmışdı. Bu il isə keçmiş hədəflər LED işıq texnoloqiyası ilə daha sadə həyata keçirilə bildi. “Mersedesli” marketoloqlar dünyada gedən idman və ya sağlam həyat tərzini E Klass məhsulunada incə çalarlarla gətirə bildi.

Mersedes brendinin məhsul yaradılması prosesi həqiqətəndə əfsanəvidir. Təsəvvür edin ki, şirkətin istehsal etdiyi avtomobillərin yalnız oturacaqlara 3000 çox opsiya təklif edilir. Mersedes seriyalı fərdi brendinq nümunəsidir.

Məni bir marketoloq kimi heyran edən isə, Stuttqartli marketoloqların brend dəyərlərini məhsulun üzərinə necə gözəl daşıya bilməliridir. Modeldə olan elementlər, məhsulun seçilmiş hədəf kütləsinə, imicinə uyğundur. Biz bunu etmək üçün çox çalışırıq… lakin təkrar edirəm belə dahi marketoloqlardan hələ biz çox öyrənməliyik.

Mersedesin mərkəzi ofisində çalışın bir mühəndis dostumuzun (milliyəti rusdur) dedikləri yadımda tam həkk edilib: “Bizim bugün hazırladığımız yeni məhsulların fundamenti ən azı 10 il daha əvvəl qoyulub”. Bugün Mersedes E Klass ön faralarının birləşdirilmə gərarını Mersedes ən azı 5 il daha əvvəl bilirdi və sistemli şəkildə bu yeniliyə doğru gedirdi. Bunu Mersedes müştəri davranışlarına qarşı ciddi araşdırmaları hesabına nail ola bilir.

Ümumilikdə qlobal brendlərin yaratdıqları yeniliklərin arxasında əslində bizim başa düşmədiyimiz yeniliklər, trendlər dayanır. Necə deyərlər: “Bugün yeniliklərin mahiyyətini biz illər keçdikdən sonra başa düşürük”.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Sade ve istedyi fikri musteriye catdiracaq reklamdi :)

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close