image_pdfimage_print

Mən bu sualla cavab verməzdən əvvəl dəyərli oxucularımızla bir məsələ barədə razılığa gəlmək istəyirəm. Marketinq Sizin bizneslə məşğul olmağınızdan asılı olmayaraq hər yerdə, hər vəziyyətdə lazımdır. Çünki biz həyatımızda müştərilərlə daim təmasla oluruq və müştəri olan yerdə – marketinqə ehtiyyac yaranır. Marketinq bizim həyatın hər bir mərhələsində olur. Bilirsiz niyə?!

“Niyə” suallına cavab vermək üçün bir neçə misallar çəkəcəm. Əminəm bu tip hallar Sizində həyatınızda olur. Siz mənimlə razılaşacaqsınız.

Mənim qızım var – Tanrımız butün övladların canını sağ eləsin. Onun 4 yaşı var… və mən məcburən ona qarşı marketinqdən istifadə edirəm. Mən istəyirəm ki, qızım təhsilə fikir versin. Onu kitaba, dərsə, elmə, yazıya və s. marağını artırmaq üçün daim “imic” və “həvəsləndirici” kampaniyalar edirəm. Belə olmasa mən ona elmi sevdirə bilmərəm. Mən evdə “kitab” brendi qururam… tam səmimi. Xoşbəxtçilikdən qızım mənim bloqumu oxumur… (hələ oxumur) və Sizinlə bəzi “sirləri” aça bilərəm.

  • Mən evdə onun yanında internetdən az, kitabdan çox istifadə edirəm. Çalışıram onun yanında kitab oxuyum. Uşaq valideynin etdiyinə daha tez vərdiş edir. Sizə səmimi deyirəm effekt verir. (PR edirəm)
  • Getdiyim xarici ölkələrdən mütləq ən azı bir ədəd kitab alıram. Onun üçün. O yeni kitab göründə məcburən kitaba baxır, vse-taki hədiyyədir. (Test-drayv)
  • Evdə öyrəndiyim butün maraqlı şeylərin kitabdan oxuduğumu deyirəm. Bu təsir edir onda kitaba qarşı “hörmət” yaranır. (İmic kampaniyası)
  • İşə gedəndə hansısa bir tapşırıq verirəm və bu tapşırığı yerinə yetirildiyinə görə mükafat. Maddi mükafat. Evdə bir “kopilkamız” var. 500 dəfə şəkil çəksə – Disneylandə gedə bilərik… çünki “kopilkasında” pul çox olacaq)) (həvəsləndirici kampaniya)
  • Mən evdə qızımla yalnız “rus” arada bir “ingilis” dilində danışıram (bizdə adi ünsiyyət dili – azərbaydan dilidir). Məqsəd xarici dili öyrənməkdir. Sizə deyim əla təsir edir və s.

Mən maşına fikir verən adam deyiləm. “Üz-vuran” olmasa aylarla maşını yumaram… amma neyniyim hiss edirəm ki, maşının vəziyyəti mənim şəxsi imicimə təsir edir. Təmiz maşınla görüşə getdikdə… daha yaxşı qarşılanıram və ya əksinə. Buna görədə mən öz marketinqimi etmək üçün məcbur olub hər həftə maşını yudurduram…

Maşın yuyulan yerlər çoxdur. Amma mən bu yerlərdən yalnız birində yuyuram. Onun qiyməti digərlərindən bahadır, mən yenədə onda maşını yuduzdururam. Sizcə niyə?!

  • Yalnız bu yerdə özlərini maşını alıb aparırlar və yuduqdan sonra geriyə qaytarırlar;
  • Yalnız bu yerdə maşını yuduqdan sonra xoşuma gələn aromat olur;
  • Yalnız bu yerdə maşının pərdələrini düzəldirlər… bunu mən özüm etməyə “tənbəllik” edirəm;
  • Yalnız bu yerdə ayaq qoymaq yerinə xüsusi kağızdan qoruyucu qoyurlar.

Əgər “moyka” belə marketinq etməsəydi mən heç vaxt onlarda daim… və digər “moykalardan” baha maşın yuduzdurmazdım. Marketinq “moyka” üçündə vacibdir.

Hal-hazırda Sizin oxuduğunuz bloq belə bir marketoloq məhsuludur. Bu mənim öz marketinqimi etmək üçündür. Nə yalan danışım… onsuzda bizim bloqu oxuyanlar hamısı ağıllı və məntiqli adamlardı. Mən bu bloqu yazıram ki, öz fikirlərimlə özümü tanıdım. Əgər xoşunuza gəlirsə… tanış olaq.

Marketinq üçün edilən bloqun belə marketinqə ehtiyyac var. Bizim bloqun marketinqi sosial şəbəkələrdir. Sizə bu yazını sosial şəbəkədə paylaşdıqca… bizim bloqun marketinqi etmiş olursunuz. Paylaşan olmasa bloqun marketinqi olmaz… və bloq lazımsız olar.

Bizim rekordlar qıran təlimimiz olan Marketinq AİR üçündə marketinq lazımdır. Biz məhz yaxşı marketinq üçün öz məzunlarımızla daim əlaqələri genişləndirik. Onların işə düzəlməsi prosesinə maksimum görünən və görünməz yollar kömək edirik. Məsələn son bir həftədə mən 2 nəfər məzunumuz üçün müsbət rəy vermişəm. Onların CV-də olan Marketinq AİR-ə görə biz məsuliyyət daşıyırıq və təbii olaraq məzunlarımızın bilikli olduqlarından əminik.

Həyatımızda baş verən butün proseslərdə marketinq elementləri var. Çox və ya az. Amma marketinq olmasa biz yaşaya bilmərik. Siz marketoloq olmasanız belə Siz əslində marketinqlə məşğul olursuz.

Hamınıza yaxşı marketinq arzusu ilə…

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

5 Comments

  1. Очень интересно… особенно про воспитание… Аллай Сахласын Илкин муеллим. Наверно очень хорошо воспитать дочку да еше с маркетингом.
    Я всегда читаю Ваши статьи везде чуствуется “рука” настояшего маркетолога. Спасибо Вам

    • Gulnara xanim… konecno ocen i ocen xoroso… Vsem jelayu!)

      Ocen priyatno cto citaete nas, raduet, motiviruet… cestno!)
      Udaci… ele bilin oz bloqunuzda ne lazimdirsa… ne vaxt lazimdirsa gire bilersiniz)))

  2. Marketing bizim gundelik heyatimiz var. Usaglarla, valideynlerle, sevgilimizle, gonsularla, isde, etrafimizda olan her yerde. Bir nefese oxudum. Ela yazidir.

  3. Razıyam. Neynemey olar. Heyat=Sevgi, Sevgi=Pul, Pul=İşdir.
    Dayanmaq olmaz!

    • Ve bunlarin her biri ucun bize Marketinq lazimdir… Heyatimiz Marketinqdir. Marketinqde bizim heyatimizdir!!!

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close