image_pdfimage_print

Əhali arasında belə bir söz var “tək yediyin loxma, boğazda qalar”. Çox və davamlı “yemək” üçün yediklırinlə paylaşmaq lazımdır. Biznesdə paylaşmaq qabiliyyəti vacib sahibkarlıq xüsusiyyətidi desək, inanıram ki, yanılmarıq. Paylaşmağı bilməyən biznesmenlərin (menecerlərin) uğur qazanması çətindir.

Həyatda, biznesdə bir çox şeylər var ki, onları yalnız oxumaqla və ya əksinə yalnız təcrübə ilə başa düşmək çox çətindir. Mən hesab edirəm ki, yaxşı menecer həm nəzəri, həmdə praktik bilgiyə sahib olmalıdır. Bunlarda biri olmayanda tam səhnəni görmək çox çətinləşir. Biz bloqumuzda Sizinlə yalnız oxuduğumuz və etdiklərimizdən danışırıq. Belə olmasa onsuzda bizi oxuyan olmaz. Eləcədə bu bloq-postumuzda real həyatda etdiklərim və gördüklərimdən yazıram.

Niyə paylaşmaq vacibdir?!

Hamımız bilirik ki, nəsə qazanmaq üçün, mütləq neyisə vermək lazımdır. Dilimizdə olan “al-ver” sözü havadan gəlməyib. Almamış vermək və ya verməmiş almaq mümkün deyil. Biznesdə mənə kömək edən və ya mənə nesə qazandıran adamların hər birinə yalnız nesə qazandırdıqdan sonra fayda verməyə başlayır.

Biz Azərbaycanda ilk Milli Marketinq Forumu edəndə heç bir gəlir və “gəlirə” bənzər bir şey haqqında fikirləşmirdik. Amma bu forumu təşkil etməklə biz ətrafımıza Marketinqi sevən, biznesi başa düşən çox saylı dostlarımızı toplaya bildik. Bu dostların bizim birlikdə olmasının əsas səbəbi bizim almamışdan əvvəl verə bilmə qabiliyyətimiz edi.

İşçiləriniz, biznes-şərikləriniz, təhcizatçılarınız… hamı… nesə onlardan unmaq üçün ilk əvvəl özünüz onlara nesə qazandırın. Qazandırmayan adam heç vaxt pul və qazanc sahibi ola bilməz.

Yaxşı tanıdığım bir sahibkarın sözü hər dəfə yadıma düşür: “Ən qorxulu adam, səndən pul qazanmayan adamdır”. Bizim ətrafımızda bizdən pul qazanan, bizdən fayda götürən, adamları sayı nə qədər çox olarsa… bizim işlərimiz bir o qədər yaxşı gədər. Bu baxımdan paylaşmaqdan qorxmayın.

Bəs nələri paylaşmaq vacibdir?

Əlbətdə biz ilk olaraq niyə paylaşmaq vacib olduğu barədə danışdıq. İndi gəlin ən çox nəyi paylaşmaq lazım olduğundan danışaq.

  1. Əlaqələrinizlə paylaşın. Keçən dəfə yazılarımızdada danışdığımız kimi, “kruq”, əlaqələr vacibdir. Əlaqələrinizdən istifadə etmək isə… ondanda vacibdir. Düşünün ki, Sizin hansısa işə “əli” girən dostunuz var. Digər bir dostunuza isə… bu iş görmək lazımdır. Mütləq və mütləq əlaqələrinizlə paylaşın. Dostunuzun işini düzəltmək öz işiniz kimi, “əli” girən dostunuzda xahiş edin. Əlaqələr istifadə olunduqca itilənir. Bu baxımdan heç vaxt xahiş etməkdən çəkinməyin. Eyni zamanda bir-birini tanımayan dostlarınızı tanış edin. Belə etdikdə onların yanında Sizin dəyəriniz dahada artacaq. 
  2. Pulunuzla paylaşın. Bəli-bəli pulunuzu paylamaqdan qorxmayın. Əgər hansısa bir işdə pul qazanırsızsa… o pulu bu işdə köməyin dəyən adamlara “daddırmağa” çalışın. Mənim tanıdığım bir çox sahibkarlarda hər zaman bölüşməyə hazır olmaqlarını hiss edirəm. Bu təbii ki, o demək deyil ki, kimədə gəldi necə gəldi… pulu dağıtmaq. Sadəcə pul gələn yerdən pulu kəsmək olmaz.
  3. İdeyanızı paylaşın. Mənim hərdən bəzi gənclərə gülməyim gəlir. Dostlarımız hansısa bir fikri və ya etmək istədiyi “yenili” elə gizlədirlər ki, guya kimsə bilsən onu “kopyalayacaqlar”. Onlara elə gəlir ki, kreativ ideyanın olması qeyri-adi bir şeydir. Əslində bu çox səhv bir yanaşmadır. Birincisi ona görə ki, məsləhətli don geniş olur. İdeyanı nə qədər çox adam bilsə bir o qədər düzgün gərar qəbul etmək olar. İkincisi ideyanı (əgər həqiqətəndə bu varsa) saxlamaqdansa… goy kimsə etsin. Bununla Siz ideyanızın işə yarayıb yaramadığını biləcəksiniz. Nəticəsə özünüzə qarşı əminliyiniz artacaq.
  4. Savadınızı paylaşın. Yaxın dostumuz Cəbrayil müəllimin sözü olmasın, bilgi paylaşdıqca çoxalır. Biz nesə biliriksə, bunun ətrafdakılarla paylaşmalıyıq. Marketinq AİR təlimlərində biz əslində bildiklərimizi paylaşmaqla daha çox öyrənirik. Biz yalnız öyrətmirik, həmçinin öyrənmək istəyən dostlarımızdan, Marketinq AİR məzunlarındanda çox şey öyrənirik. Kitabdan öyrəndiyiniz, praktikada etdiyiniz və ya hansısa xarici ölkədə gördüyünüz şeylərlə paylaşın… qorxmayın paylaşdıqca biliyiniz, savadınız dahada artacaq.
  5. Pozitivliyi paylaşın. Ətrafınıza pozitiv enerji yaymaq, kefinizin xoş olduğunu ətrafdakılarla paylaşmaq vacibdir. Maraqlı insan olmaq üçün, ətrafa müsbət enerji verə bilmək lazımdır. Bəs deyə bilərsiniz ki: “Niyə maraqlı insan olmalıyıq?!”. Cavabı çox sadədir. Maraqlı insanlar ətraflarına daha güclü, bilikli insanları toplaya bilirlər. Bu tanışlıqlar isə tezliklə Sizin biznesinizə müsbət təsir edir.

Mən hesab edirəm ki, biznesdə paylaşmağı bacarmaq şərtdir. Paylaşmaq demişkən… Sizdən bir xahişim var. İmkan daxilində Sizdə bu yazını sosial şəbəkələrdə, dostlarınızla paylaşın.

Axı paylaşmaq gözəldir – We Share!!!

MÖVZUNU DAVAM ETMƏK ÜÇÜN:

şərhlər

şərhlər

4 Comments

  1. İndi ki, biznesmenlər bunun əksinə olaraq paylaşmağı sevmir. Hacı Qara kimi pulu elə bir ucdan yığmaqla məşğuldular. Bir vaxtlar Bakı milyonerlərimiz, elə Nobel qardaşları pul qazandıqları yerlərin haqqını verirdilər. Bugün varmı elə sahibkarlar? Men tanımıram.

    • Nazim bey men bu istigametde bir-az fergli dushunurem. Bugun Azerbaycanda adlarini sadaladigimiz biznesmenler geder xeyrxalq ish goren adamlar var, sahibkarlar var. Sadece bu ishiglanmir. Eslinde ele duz edilir. Xeyriyyecilik hec vaxt PR elementi ola bilmez ve olmalida deyil. Ister sahibkarlar ister adi adamlar nese yaxshilig edirse bu ilk evvel ozleri ucun edirler.

      Inanag ki bele sahibkarlarimiz coxdur. Bloqu oxudugunuz ucun cox sag olun

  2. Belə maraqlı blogu paylaşdığınız üçün sağ olun, İlkin müəllim

    • Sevinc xanim cox sag olun

      Ele bilin, öz bloqunuzdur… ne vaxt lazımdır istediyiniz yazini oxuya bilərsiniz.))

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close