Monthly Archives Avqust 2013

Keçən yazıda dediyimiz kimi, bizim bloqun oxucularının artması mənə verilən sualların artması ilə müşahidə edilir. Bunun üçün bloqdan ən çox soruşulan sualların cavabını bloq-post şəklində Sizlərə təqdim edirəm. Birinci yazımızda biz “Biznes sahibi olmaq üçün nə lazımdır?” suallına cavab verdik. Bu dəfə bizim bloqda növbəti aktual sual: “Marketoloq olmaq üçün nə lazımdır?” olacaq.

Hədəflərin düzgün qoyulması nəticəni əldə etmək üçün birinci şərtidir. Təbii ki, hər birimizin özünə görə düşüncəsi, arzusu və ya əldə etmək istədiyi bir şeylər var. Hədəflər olmadan buna nail olub olmadığımızı belə bilmək mümkün olmur.

Biznesdə rahat olmaq və işdən həzz almaq üçün işçilərə sərbəstlik vermək lazımdır. Sərbəstlik və səlahiyyət haqqında danışmaq istəyirəm.

Əgər işçiləriniz Sizin istədiyiniz nəticələrə çata bilmirsə, əgər Sizə elə gəlirsəki, onlar düzgün işləyə bilmir. Əgər Siz hesab edirsinizsə ki, Siz olmasanız şirkət dağılar… və ya butün biznes Sizin üzərinizdə qurulub və işçilər biznesi batıra bilər… deməli…

SİZİN İDARƏETMƏDƏ PROBLEM Vaaar!

Uğurlu biznes qurmaq üçün komandanın vacibliyini bilməyən adam yoxdur, varsada o adamın bizim bloqda nə işi var?! Həmçinin bilməyən yoxdur ki, güclü komanda qurmaq üçün komanda üzvləri nəticəyə və prosesə motivə edilməlidirlər. Bəs Sizcə insanları, əməkdaşlarımızı (daxili müştəriləri) motivasiya etməyin yolu nədir?!

Mənim bir ideyam var… bunu edən olsa “milyoner” olar!!! və ya Mənim bir ideyam var… sadəcə bu barədə hələ çox məlumat verə bilmirəm, qorxuram kimsə məndən əvvəl etsin… və ya Mən ideyanı deyin… hərdə qalanı asand şeydir və ya İdeya məndən İcra Səndən… kimi sözləri bilirəm ki, çox eşitmisiniz. Amma və Lakin. Biznesdə ideyanın dəyəri çox deyil. İdeya hamıda var. Əsas onun düzgün və gözəl icrasıdır. Başqa sözlə desək ideya “su” qiymətinədir!

12
Close