Qoy sərbəst olsun...

Biznesdə rahat olmaq və işdən həzz almaq üçün işçilərə sərbəstlik vermək lazımdır. Sərbəstlik və səlahiyyət haqqında danışmaq istəyirəm.

Əgər işçiləriniz Sizin istədiyiniz nəticələrə çata bilmirsə, əgər Sizə elə gəlirsəki, onlar düzgün işləyə bilmir. Əgər Siz hesab edirsinizsə ki, Siz olmasanız şirkət dağılar… və ya butün biznes Sizin üzərinizdə qurulub və işçilər biznesi batıra bilər… deməli…

SİZİN İDARƏETMƏDƏ PROBLEM Vaaar!

Biznes idarəedildiyi zaman rahatlıq, xoşbəxtlik verir. Sahibkar elə etməlidir ki, o baş verən proseslərə təsir göstərmə alətlərini malik olsun. Bu yalnız sahibkarlara deyil, həmdə menecerlərə aiddir. Biznes Sizi idarəedə bilməz. Buna icazə vermək olmaz… boş buraxsaq o bizi idarəedəcək. Biznes təyin edəcək ki, biz nə edək.

Düşünün ki, Siz yay aylarında 3-4 gün olmaqla rahat istirahətə gedə bilmirsiz. Rahat istirahət odur ki, Siz iş haqqında düşünmürsüz və Siz əminsiniz ki, telefonunuza zəng çatmasa “dünya dağılmaz”. Belə biznes, belə iş kimə lazımdır?! Siz işləyirsiniz ki, daha yaxşı yaşayasınız, bunun üçün isə vaxt lazımdır. Vaxtın olması üçün Siz öz kadrlarınızdan amin olmalısınız. Siz inanmalısınız ki, ofisdə olmamaqla işlər əvvəl olduğu kimi gedəcək.

Biznesi idarəetmək üçün, biz ilk əvvəl komandamızı düzgün idarəetməliyik. Onlara inanmalıyıq. Yaxşı və ya pis işçi olmur – bu işçiləri dəyərləndirə bilməyən rəhbərlər olur. Mən güclü menecerlərdə, güclü sahibkarlarda hər zaman bir bacarığa heyran qalıram. Bu adamlar son dərəcə güclü motivasiya vermə qabiliyyətinə malik olurlar. Motivasiya etmək yolları müxtəlif olar, lakin hər birində dəyişilməz qalan bir məsələ vardır – işçilərə sərbəstlik vermək. Sərbəstlik vermədən işçidən nəticə gözləmək mümkün deyil. Sərbəstlik vermədən biznesdə rahat olmaq mümkün deyil.

İstənilən insanın problemə öz baxış acısı vardır. Biznesdə nəyisə öyrənmək üçün onu praktikada etmək lazımdır. Əgər biz öz işçilərimizə sərbəstlik verərək ona nesə etməyə icazə vermiriksə… o heç vaxt öyrənə bilməyəcək… biz isə daim “məzuniyyətsiz” qalacağıq.

Sərbəstlik müstəgil gərar verməkdən başlayaraq, verilmiş gərarın icrasına gədər olan butün mərhələni əhatə edir. Məsələ burasındadır ki, sahibkar (rəhbər) işçiyə sərbəstlik verməyərək, çox ciddi 3 səhv buraxır. Bunlar hansılardır?

Birincisi sərbəstlik vermədikdə, işçi öz məsuliyyətinə başqalarının üstünə atır. Məsələn əgər biz işçiyə sərbəstlik verməsək o butün işin bizə verəcək. Qəlib deyəndə ki, “Satışlar düşür” Biz desək ki, qoy düşünüm… bilin Siz artıq işçi, işçiniz isə rəhbərdir. “Satışlar düşür” sözünün cavabı “Satışların artması üçün nə etmək lazımdır?” daha sonra isə “Gedin icra edin” olmalıdır. Belə olduqda işçi sərbəst olur və Siz onu idarəedirsiniz.

İkincisi sərbəstlik vermədikdə, işçi işdən bezir. Səbəb çox sadədir. Monoton işlər heç kim üçün maraqlı deyil. İşçi “əmir qulu” olduğu dövrlər artıq keçib. Bugün menecment, idarəetmə demokratik prinsiplərinin üzərində qurulur. Biz işçilərdən fərqli düşüncə, fərqli nəticələr gözləmək istəyiriksə, onları belə düşünməyə sövg etməliyik.

Üçüncüsü sərbəstlik olmadan heç bir işçi öz potensialını ortaya qoya bilməz. Çünki biz sərhədlər qoyduqca qarşımızdakılar daha çox qapanır. Belə mühitdə nəticə almaq mümkün deyil. Məhz buna görə Google öz ofislərində maksimum sərbəst mühit aşılayır və s.

Mən hesab edirəm ki, biznesdə rahat olmağın yeganə yolu işçilərə tam sərbəstlik verməkdir. Belə olduqda həm işçilərin, həmdə Sizin həgigi potensialı ortaya çıxacaq.

ƏLAVƏ OXUMAQ ÜÇÜN: