image_pdfimage_print

Bir vaxtlar post-sovet ölkələrində olduğu kimi, Azərbaycandada rebrendinq “modaya” minmişdir. Hamı rebrendinq etmək istəyirdi. Çox zaman bu şirkətlərin rəhbərləri (oxu menecer, marketoloq) rebrendinqin nə olduğunu bilmədən bunu sadəcə etmək istəyirdilər. Mən bu yazıda Sizinlə rebrendinq, restaylinq və faceliftinq haqqında danışacam.

Biz sözü gedən terminlər barədə söhbət etməkdən əvvəl, qısaca olaraq brend sözünün harda və necə yarandığı barədə fikir söhləmək istəyirəm.

Brendinq nədir?

Brendinq fəaliyyəti ilk olaraq fermerlər tərəfindən istifadə edilmişdir. Hansısa qoyun və ya digər mal-qara sürüsündə olan heyvanın fərqlənməsi üçün keçmişdə heyvanın üzərinə damğa vurulurdu. Bu damğa hesabına mal-qara sahibi öz heyvanını tanıya bilirdi. Damğa brendinq fəaliyyətinin birinci addımı kimi tarixi keçsədə, bundan ən yaxşı istifadə edənlər əl işi ilə məşğul olan sənətkarlar tərəfindən olmuşlar. Onlar öz əsərlərinin mənsubiyyətini göstərmək və saxtalıqdan qorunmaq üçün öz adlarını göstərən simvollardan istifadə edirdilər. Bununla brendinq fəaliyyəti bizneslə daha çox qarşılaşmağa, birləşməyə başladı. Bundan sonra P&G şirkəti ilk dəfə olaraq sabunun üzərinə İvory yazmaqla ilk seriya istehsal xarakterli sənaye brendi yaratdı… və bugün brendinq biznes fəaliyyətinin ən gəlirli sahəsinə çevrilmişdir.

Rebrendinq nədir?

Biz yuxarıda dediyimiz kimi, brendinq fəaliyyətinin əsası damğa ilə başlasada, daha sonra bu damğa özü-özlüyündə istifadəçisi üçün bir vəd formasına gəlmişdir. Əgər bir vaxtlar fermerlər mal-qaraya damğanı sadəcə öz rahatlıqları üçün istifadə edirdilərsə, zaman keçdikcə məhz “damğanın” olması əsas alışı kriteriyası oldu. Artıq bu damğa hansısa məna ifadə edir.

Rebrendinq dediyimiz zaman biz yalnız “damğanın” vizuallığının dəyişməsi deyil, həmçinin bu damğanın daha öncə verdiyi müştəri vədinində dəyişməsi nəzərdə tutulur. Başqa sözlə desək rebrendinq prosesi yalnız vizuallıqla deyil, brendin ana dəyərlərinin dəyişməsi ilə ifadə edilir. Adətən rebrendinq etməklə şirkət daha əvvəl yaranan assosiyalardan imtina etmiş olur.

Biz Embawood rebrendinq etdiyimiz zaman əsas məqsədimiz brendin daha əvvəl münasib qiymətli mebel assosasiyasını, muasir dizaynlı mebelə dəyişməyi hədəfləmişdik. Brend sadəcə daha dəbli bir loqo olsun deye rebrendinq etmirdi (etməli deyildi). Brendin premiumlaşdırmaq məqsədi ilə biz Star City kolleksiyasını təqdim etdik, keyfiyyətimizi gücləndirmək üçün alman konsaltinq şirkəti ilə əməkdaşlığa başladıq, mağazalaşma prosesini dahada genişləndirdik. Bir sözlə rebrendinq brendin dəyərlərini yenilədi – RE etdi!)

Daha bir ağlımda olan bariz rebrendinq nümunəsi Ramstore Bazarstore ilə əvəzlənməsi oldu. Brend daha əvvəl xitab etdiyi premium seqment üçün deyil, daha mass-market hesab edilən bir müştəri kütləsinə xitab etmək istəyirdi. Bu məqsədlə xalq arasında rahat istifadə edilən “bazar” terminindən istifadə edildi. Biz bunun uğurlu olub-olmaması kimi deyil rebrendinq nümunəsi olaraq qiymətləndiririk.

Restaylinq nədir?

Restaylinq dediyimiz zaman biz damğanın sadəcə vizual görüntüsünün dəyişməsini nəzərdə tuturuq. Başqa sözlə desək brendin müştəriyə verdiyi əsas dəyərlər stabil olaraq qalır. Vizual görüntü isə daha muasir formada olur. Bugün rebrendinq olaraq adlandırılan fəaliyyətlərin bir çoxu məhz restaylinqdir.

Yerli şirkət təcrübəsində restaylinq dediyimiz zaman Fab Boyanın yeni loqo çalışmasını göstərmək olar. Bununla brend öz kommunikasiyasına bir təravət və yenilik qatdı. Əlbətdə bunun satış effekti var və olmalıdır. Bu arada mən Fab brendi ilə çox yaxın tanışam. Hesab edirəm ki, Azərbaycanda gururla xatırlanası brendlərimizdəndir. İstehsal, keyfiyyət və ümumi menecment səviyyəsi məni valeh etdi. Sağ olsunlar!!!

Restaylinq nümunəsi kimi ANS kanalının loqo dəyişməsinidə göstərmək olar. Ümumi iş prinsipi, biznesə baxış, brend dəyərlər eyni qalmaqla loqunun vizuallığını dəyişmək restaylinq deməkdir.

Faceliftinq nədir?

Faceliftinq dediyimiz zaman biz brendin əsas vizuallığının “yüngülcə” dəyişməsini nəzərdə tuturuq. Brendi öz loqosunda xırda və ya az hiss edilən dəyişikliklərlə özünü kosmetik təmir edir. Bu adətən pərakəndəçi şirkətlərin təcrübəsində və ya bizim “məhşur” Coca-Cola kimi brendlərimiz edirlər.

Azərbaycanda sonuncu faceliftinq nümunəsi olaraq mənim yadımda Romantic loqo dəyişməsi yadımda qalıb. Bununla brend özünü türklər demiş “çəki-düzəm” verir. Belə etdikdə təbii ki, heç bir brend dəyərlərin dəyişməsi və ya yenilənməsindən söhbət gedə bilməz.

Yazı bir-az nəzəri olsada hesab edirəm ki, brend-menecer dostlarımızın yaddaşılarını təzələmək üçün faydalı olacaq. Səbriniz çatıb bunuda oxuduğunuzsa… Siz səbrli adamsız. Sağ olun!!!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close