image_pdfimage_print

Açığını deyim bu günlərdə işlərim düşündüyümdəndə çoxdur. Bir vaxtlar Sizinlə danışdığımız Vaxtın idarəedilməsi mövzusuna bir daha qayıtmalı olacam deyəsən. Bu günlərdə – reinjinirinq lazımdır. Amma buna baxmayaraq mən hesab edirəm ki, bloqumuzu oxuyan dostlarımızla 3 son dərəcə vacib və mənim üçün sevindirici xəbəri bölüşməliyəm. Başlayaq?!

Birinci xəbər – sabahdan biz sözün həqiqi mənasında hər prezentasiyasının üzərində aylarla çalışdığımız tamamiylə yenilənmiş Azərbaycan İlk Praktik Marketinq seminarı olan – Marketinq AİR təlimlərinə start veririk. Bu məni çooox sevindirir. Mən sevinirəm ki, biz skeptik yanaşarıq hər şeyi kritika edən marketoloqlar kimi deyil, Azərbaycanı çox sevən dostlarımızla birlikdə Marketinq AİR seminarlarını Yenidən Yeni formada təqdim edirik. Bu dəfə olan təlimlər fərqli olacaq. Bu dəfə olan təlimlərdə biz Marketinq AİR yeni can verəcəyik. Bu biz daha əvvəl bizimlə Marketinq AİR tarixi yazmış AİR məzunları ilə birlikdə edirik. (burdan AİR 1 və AİR 2 məzunlarına atəşli salamlar!)

Mən çox sevinirəm ki, biz üçüncü dəfə Marketinq AİR təlimlərini təqdim edirik və bu hamı tərəfindən böyük maraqla qarşılanır. Bugün yaxın bir dostumuz mənə dedi ki: “İlkin Siz hər üçünüz bu təlimlərlə Marketinqə marağı artırmısınız… və s.” Bu məni çox sevindirir.

Amma Sizə bir sirr açım. Bu AİR təlimlərində mənlik bir şey yoxdur. Əsas Anar müəllimlə, Rafiq müəllimlərdi. Mən “prostu” onlara vaxtında qoşulmuşam. Kruq söhbəti…))

İkinci xəbər – İqtisad Universitetində dərs deməyə sabahdan başlayıram. Mənim valideynlərimin hər ikisi ali məktəbdə işləyir. Onlar çox eziyyət çəkirlər. Müəllim olmaq həqiqətəndə öz üzərində çoxlu işləmək tələb edir. Mənim adım müəllim olsada mən hələ İqtisad Universitetində əsl müəllim kimi deyil, yalnız bildiklərimizi, praktikada yaşadıqlarımızı ixtisas üzrə paylaşmağa çalışacam. Bilirsiz mən namizədlik dissertasiyamı sırf akademik karyeramın olması üçün etmişəm. İnanıram ki, iş təcrübəsində öyrəndiklərimizi düzgün formada gənc dostlarımıza çatdıra biləcəyik.

Həmdə inanıram ki, bizim tələbələr biznes, marketinqi daha dərin başa düşücək. Mən əminəm ki, belə olacaq. Başqa cür olada bilməz!!!

Üçüncü xəbər – daha əvvəl söz verdiyim brendinq kitabımızın üzərində ciddi işləməyimizdir. Biz artıq kitabın mündəricatı və iç hissənini bitirmişik. Qalıb kitaba rəy verəcək adamlarla danışmaq. İnanıram ki, dostlarımız kitabı müsbət rəylər verəcəklər. Mən çox istəyirəm ki, biz Sizinlə birlikdə Brendinq haqqında kitab yaza bilək.

Söz verirəm kitab çox maraqlı olacaq. Qiymətidə BAHA olacaq. Bununla biz yalnız oxumaq istəyənlərin kitabımızı almağına çalışaceyik. Bu haqda daha ətraflı söhbət edərik.

Əsas odur ki, biz sentyabra tam hazırıq. Yenidən Yeni!!!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Boyük maraqla gözlədiyimiz Marketing Air 3-ün hamımız üçün boyük təcrübə biliklərlə yadda qalma arzusuyla…Şəxsən mənim üçün çox önəmli məna kəsb edir.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close