image_pdfimage_print

Bugünlərdə yarı-istirahət, yarı-işlə əlaqəli Almaniyadayam. Qurbətdən vətən necə görünür və ya bizim biznesmenlərlə, xarici arasında olan bəzi fərqlər müşahidə etmişəm. Bunların bəzilərini bloqda paylaşıram, daha ətraflı dostlarımıza görüşəndə danışacam. Maraqlı olsa oxuyun.

İlk əvvəl deyim ki, bizim sahibkarların ticari zəkası, zəhmətsevərliyi almanlardan çox üstündür. Almanların isə özlərinə görə üstünlükləri var. Məsələn:

  • Alman sahibkar özünü heç vaxt yuxarı dartmır, yekəxana deyil;
  • Alman sahibkar üçün ilk əvvəl istehsal etdiyi məhsul (xidmət) daha sonra ondan qazanılan pullardır;
  • Alman sahibkar heç vaxt qısamüddətli uğura görə hansısa biznesə zidd olan addım atmaz;
  • Alman sahibkar adətən etdiyi işlərin sayı ilə deyil, keyfiyyəti ilə öyünür;
  • Alman sahibkar üçün biznesdə əsas standartlardır;
  • Alman sahibkarın biznes “yaşı” çoxdur. Onun atası, atasının atasıda bu işi görüb;
  • Və s.

Bəs Azərbaycan sahibkarlarının və menecerlərinin bu barədə düşüncələri necədir?

Əziz oxucu! Nəzərə alın ki, biz alman sahibkarla, Azərbaycan biznesmeni müqayisə etmirik. Əlbətdə alman biznes tarixinin bizdən çox yaşlı olduğuna görə onlar bizdən çox üstündürlər. Sadəcə bu yazı ilə gedəcək yolumuzun uzun olduğunu demək istəyirik.

Bizim biznesmenlərin əksəriyyətində “qaça-qaça”, “doldur-qaç” məntiqi var. Əslində onların buna görə bəzi obyektiv və subyektiv səbəbləri. Bugün Azərbaycan keçmiş post-sovet ölkələri arasında sabit görünsədə, əlbətdə inkişaf etmiş alman biznes mühitinə çatmasına hələ çox var.

Azərbaycanlı sahibkarın özünə xas olan bəzi xasiyyətləri var. Bunların əsaslarını və bildiklərimi sadalayım.

  1. Pul çıxan hər şey mənim işimdir. Bizdə ixtisaslaşma anlayışı hələdə biznesdə formalaşmayıb. Dizayn studio mebel satmaqda, mebel satan dizayn studio xidmətləri göstərməkdə… tikinti şirkəti hamısını birdən etməyə hazırdır. Bizim sahibkarlar elə bilir belə etməklə daha çox pul qazanacaq. Əslində isə tam əksinə olur. Kiminsə işini görməklə öz sektorunda rəqabət gücünü itirə bilir. İtirirdə. Alman bizneslərində bu tam əksinədə. Almanlarda ixtisaslaşma, hərənin öz işi var prinsipi biznesdə hakimlik edir. Alman istehsalçı nəyin ki, digər məhsullar istehsalı, hətta öz istehsal etdiyi məhsulu satmağı belə düşünmür. Onun beynində hərinin öz işi var.
  2. Tez olsun. Bizim sahibkarlar hansısa bir yeni biznesə başlama gərarını “ayaq üstə” verə bilirlər. Bizdə əsas prinsip “Qurban olduğum yetirəcək!!!” olur. Əlbətdə hər şeyin bərəkətini bizə yaradan verir, əlbətdə sərvət yaradana sahibdir. Amma bu o demək deyil, “Məmməd-ağa vur gabağa” ilə iş qurmaq olar. İnanın mənə OLMAZZZ! Avropada, almaniyadan bu prinsiplə heç bir biznes yaranmır. Sahibkarlar hansısa bir işi qurmaq üçün bu sahəni dərin öyrənir, təcrübə qazanır və yalnız əmin olduqda işə başlayır!
  3. Sahibkar hamıdan çox bilir. Bizim bizneslərin bəzilərinə elə gəlir ki, onlardan çox bilən adam yoxdur. Əlbətdə sahibkar olmaq, biznes qurmaq, qurduğu biznesi inkişaf etdirmək insanda bilik, bacarıq, istedad tələb edir. Bu istedad özünü ən bariz sahibkarların seçdiyi kadrlarda göstərir. Sahibkar üçün ən çətin məsələ ətrafında komanda qura bilməkdir. Bunu alman biznesmenlər gözəl başa düşür. Onlar şirkətlərinin başında duran menecerləri özlərinə şərik edirlər. Şirkətin səhmlərindən paylar verirlər və s. Bu təsadüfi deyil. Almanlar kimi xəsis millət bunu edirsə, deməli nesə bilir. Onlar bilir ki, işçi qazanmasa sahibkar heç vaxt qazana bilməz. Bunu bizim sahibkarların az bir hissəsi hiss edir.
  4. Bildiyini yox, hamının etdiyi edir. Azərbaycanda olan biznesləri müşahidə edin. Bizdə “kopyalanma” səviyyəsi çox yuxarıdır. Bazarda olmayan şeyləri etmək, fərqliliklər yaratmaq əvəzinə bizim sahibkarlar, “filankəs müəllimində” etdiyi kimi edir. Bir vaxtlar hamı çayxana, plastik qapı-pəncərə açırdı, sonra şadlıq sarayları erası başladı. Bölgələrdə fikir vermisinizsə hamı eyni şeyi əkir. Biz ümumi olaraq işdən fərqlənməyi sevən deyilik. Bizdə ideya ancaq Sibirdə axtarılır, yada kopyalanır. Öz aramızda danışırıqda… bizim kopyalama “bacarığımız” sonsuzdur. Biznesdə isə kopyalama işləmir. Koreya və Çin şirkətlərinin “kopyalama” məntiqində başqa dəyərlər durur. Onlar eyni şeyi daha ucuz edə bilərlər. Başqa bloq mövzusudur. Almanlarda bu məntiq tam fərqlidir. Onlar hamının etdiyini deyil, yalnız bildiyini edir. Biz daha əvvəldə bu haqda danışmışıq. Biznesdə uğur qazanmaq üçün bildiyin işi etmək şərtdir.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

2 Comments

  1. Düşünürəm ki,yurda qayıdanda Air təlimlərində bu haqda daha geniş danışacaqsınız. :)

    • 100% Ele Marketinq AİR-e danihsmag ucun getmishem demek olar ki!

      İnsallah tezlikle telimlerimizde etrafli sohbet ederik hemde gorusherik

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close