image_pdfimage_print

Biznesin məqsədi pul qazanmaqdırsa, bunun yolu muasir dövrdə əlavə dəyərlərin təklif edilməsidir. Əlavə dəyərləri müştəriyə izah etmənin yolu isə brendinq fəaliyyətidir. Azərbaycanda bir çox son dərəcə güclü brend potensialı olan bizneslər var ki, bugünə qədər “çevir tatı, vur tatı” prinsipi ilə işləyir. Biz bir neçə silsilə yazılarla ölkədə böyük potensialı olan bezi bizneslər (brendlər) barədə söhbət açaceyik. Başlayaq Azərpoçtan.

Azərbaycandan ən böyük pərakəndə şəbəkəyə sahib olan Azərpoçt şirkəti göz görə-görə pulları əlindən çıxarır. Ənənəvi poçt xidmətlərindən başqa realda heç bir xidmət göstərmək haqqında düşünməyən brend bugün özünün böyük imkanlarından istifadə edə bilmir.

Mən hər zaman hesab etmişəm ki, “yenidən velosiped” düzəltmək dövrü artıq çoxtan keçib. Bugün dünyadan bençmarkinq deyilən mükəmməl bir biznes disziplina var. Biz axı demirik ki, Azərpoçt gedib Deutsche Post xidmətləri Azərbaycanda tətbig etsin, amma heç olmasa bizim yaxın qonşumuz Почта России təcrübəsini öyrənmək olar axı. Düzdür?!

Azərpoçtun bir neçə real imkanları barədə Sizlərə məlumat verim.

İmkan №1. Ölkə daxilində pul köçürmələri. Bugün Azərbaycanda pul köçürmələri bazarı “yatmış pələng” şəklindədir. Ölkənin reqionları inkişaf edir. Təbii olaraq pul köçürmələrinə, xırda pul mübadiləsinə ehtiyyac çoxalır. Bu bazarda ən rahat bazar payını kim ala bilər?! Əlbətdə ki, ən geniş şəbəkəyə sahib olan şirkət, daha konkret desək Azərpoçt. Bu sahədə müxtəlif xidmətlər təklif etməklə Azərpoçt ciddi pul qazana bilər. Təkrar edirəm “velosiped icad etmirik”, hamı necə edirsə bizdə eyni şeyləri etməliyik.

İmkan №2. Əlavə məhsulların satışı. İstənilən bir məhsulun satışı üçün ən birinci onun distrubyusiyası təşkil edilməlidir. Bugün şərti Avon, Oriflame kimi brendlər distribyusiya imkanlarının genişləndirilməsi üçün böyük investitsiyalar qoyurlar. Azerpoçt öz üstünlüyündən istifadə edərək öz məhsulunu sata bilməlidir. Öz ərazilərində brend-seksiyalar yaradaraq hansısa brendlərin satışını təşkil etməkdən rahat ne ola bilər?! Görəsən Azərpoçt rəsmiləri hiss etmirlər ki, burada yaxşı pul var?!

İmkan №3. Reklam. Azərpoçt xidmətləri məni bir marketoloq kimi çox düşündürür. Bugün TV reklamın effekti gündən-günə aşağı düşür. Bugün sosial mediyada olan reklamlar barədə fikirlər bir mənalı deyil… bugün biz müştərilərimizlə danışmaq üçün əzəb çəkirik. Səbəb çox sadədir. Biz insanları boş vaxtlarında “tuta” bilmirik. Bəs alternativlər nədir? Əlbətdə Azərpoçt bugün TV reklama ən rahat alternativ olaraq göstərilə biləcək reklam məcrası ola bilər. Düşünün axı Azərpoçt demək olar ki, hər birimizin evindədir. Nə lazımdır?! Sadəcə lazımdır ki, Azərpoçtda reklam satışı ilə məşğul olan ixtisaslı kadrlar olsun. Bu adamlar olsa Azərpoçt reklamdan, ənəvi qazandığı pullar qədər qazanc əldə edə bilər!

Mən imkanlar haqqında uzun-uzadı çox danışa bilərəm. Əlbətdə mən korporativ müştərilər üçün atıla biləcək addımlardan, bank xidmətləri göstərmək imkanları barədə və s. danışmıram. Bunu hamınız bilirsiniz. Əslində bunun üçün “dahidə” olmaq lazım deyil. Baxmaq lazımdır ki, digərləri necə pul qazanır və bu prosesləri Azərbaycan üçün adaptasiya etmək. Azərpoçt ənənəvi poçt xidmətlərindədə potensialını artıra bilər.

Həmçinin mən hesab edirəm ki, Azərpoçt brendi mütləq rebrendinq etməlidir. Lakin bu sadəcə vizual görüntünün dəyişməsi ilə, kompleks şəkildə biznesin yenidən baxılması ilə müşahidə olunmalıdır.

İnanırıq ki, gələcəkdə daha güclü Azərpoçt görəcəyik.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. yazıya indi rast gəldim. yaxşıdır. bir şeyi qeyd edim ki, Azərpoçt artıq neçə ildir ki, bank-maliyyə xidmətlərin göstərilməsinə başlayıb və Mərkəzi Bank tərəfindən liseziya da alıb.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close