image_pdfimage_print

Bugün Baden Steben şəhərindən həftə sonunu keçirmək üçün Baden-Badenə gəldim. Ümumiyyətlə Sizə səmimi deyim: mən işdən tam kənar qalaraq istirahət edə bilmirəm. Mənim üçün ideal istirahət işlə, istirahətin sintezidir. Bunu mən hansısa xarici ölkədə olanda edə bilirəm. Bugün söhbətimiz isə mənim istirahətim deyil, Baden-Baden şəhər brendindən olacaq.

Sizlərə deməliyəm ki, Baden-Badendə daha əvvəl bir neçə dəfə olmuşdum. Lakin bu dəfə bir tanışımın dəvəti ilə burada olan bir alman şirkəti ilə tanış olmaq üçün gəlmişdim. Çox xoşuma gəldi. Həm Almaniyanın ən gözəl turist şəhəri ilə daha yaxın tanış oldum, həmdə sırf biznes məqsədi ilə bir-neçə şirkətlə görüşdüm.

Baden-Badenə olan biznes imkanları, görüşdüyüm şirkətdən öyrəndiklərimi bir kənara qoyaraq mən şəhət brendinqindən danışmaq istəyirəm. (Biznesi gələcək bloq yazılarımızda danışarıq).

İlk əvvəl deyim ki, Baden-Baden digər Avropa şəhərlərindən çoxda fərqlənmir. Sırf corafi cəhətdən. Adət etdiyimiz səligə, hamımızın bildiyi təmizlik və s. Amma bu şəhərdə Avropanın ən varlı ailələri istirahət edir və buradan doğurdanda “pul qoxusu” gəlir.

Alman şəhərlərində olan sadəlik və sakitlik bu şəhər üçün yaddır. Bunu Baden-Baden sistemli marketinqlə yaradıb.

Şəhərdə olan kazinolar butün Avropadan varlı adamları buraya cəlb edir. Kazinoda oynamaqla yanaşı, oyunçu tamamiylə fərqli auraya düşür. Məsələn Badendə olan kazinoların ən məhşuru fərqli konseptlə işləyir. Kazino tamamiylə 19-cu əsrin geyimlərində olan adamlar tərəfindən xidmət edilməklə yanaşı, istifadə edilən pullar, kazinoda olan əşyalar, kazinoda verilən yemək boşqabları… bir sözlə hər şeyin 19-cü əsrin almaniyasını xatırladır. Bu emosional dəyərə görə butün Avropa pulunu Baden kazinosunda “uduzmaq” istəyir.

Kazino demişkən sırf maraq xatirinə Avropanın ən gedim kazinolarından olan Baden-Baden kazinosuna girdim. Uduzmağa 30-4o Evro var edi). Kazinoda 30 yaşdan aşağı yalnız mən var edim. Birdə rus dilli cavan oğlan gızlar kazinoda “pul paylayırdılar”. Hiss edilirdi ki, bu pullar ruslara “havadan” gəlib. Qalan butün oyunçular yaşı 60-an yuxarı alman yaşılıları edi. Ümumiyyətlı Baden-Badendə cavan alman istirahət etmir. Bu onlar üçün çox bahadır.

Baden-Badenin əsas üstünlüyündən biridə şəhərdə çoxlu sayda emosianal atributların, elementlərin olmasıdır. Şəhər mərkəzində olan dünyanın xəritəsindən tutmuş, yeni evlənənlər üçün “arzu körpusünə” qədər butün detallar konkret şəkildə şəhərə romantik aura verir.

Şəhərdə olan butün infrastruktur turistlərin maksimum rahat hərəkəti üçün düşünülmüşdür. Sizi inandırıram ki, burada həqiqətəndə təbiyyətin verdiyi bir sərvət yoxdur. Sadəcə almanlar öz şəhərlərini düzgün formada “reklam” etməyi bacarır.

Şəhərdə olan bir restoranın menyusunda burada Dostoevskinin olmasını o qədər emosional formada izah edirdilər ki, adam az qala butün rus yazıçılarının burada doğulduğunu düşünürdü. Şəhərdə əsas müştəri kütləsi kimi varlı ruslar olduğunu nəzərə alan almanlar, öz müştəriləri üçün butün şəraiti yaradırlar. Baden-Badendə restoranların hamısında rus menyusu var.

Mavi gecələrə gəldikdə mən heç bir mavilik görmədim. Sadəcə brendinq o qədərə gözəl ediblər ki, adi gecə belı mavi görünür!)

Şəhərdə olan köröülərdə ki, elementlərin Baden-Baden brendinin ana konsepsiyası olan romantik, əyləncə şəhərinin atributlarını əks etdirir. Hər bir incə detal ana fəlsəfəyə uyğundur.

Mən hesab edirəm ki, Azərbaycanda olan bələdiyyə və ya icra başçıları Baden-Baden kimi Avropanın brend olmuş şəhərlərində tez-tez olmalıdırlar. Bizim reqionlarda olan şəhərlətin brendinqə ciddi ehtiyyacı var. Bunu etmədən ölkədə heç bir turizm sektorundan danışmaq olmaz. Mümkün deyil.

Mümkün deyil demişkən yadıma düşdü)) Azərbaycanı Badendə yalnız futbolla tanıyırlar. Düzdür bu tanışlıqda bizim oyunçulardan çox Berti Foksun rolu var… amma neysədə…!) Hər nəqədərdə futbolla Azərbaycan antonim olsada bizi futbola görə tanıyırlar. Gülməlidir?!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close