image_pdfimage_print

Əlbətdə biz hamımız bilirik ki, muasir dövrdə brendinq fəaliyyətini aparmadan mənfəətli biznes qurmaq mümkün deyil. Əgər bir vaxtlar “yaxşı” məhsul, “yaxşı” xidmət, “yaxşı” yerləşmə, “yaxşı” reklam kimi amillərlə rəqabət mübarizəsində udmaq olurdusa bugün butün bunlarla yanaşı həmdə güclü brendə sahib olmaq lazımdır. Güclü brend ilk növbədə fərqli olmalıdır. Buna çox zaman marketoloqlar gördükləri işi “gəlizləşdirmək” üçün mövgeylənmə deyirlər. Mən bu yazıda Sizinlə mövgeylənmə ilə əlaqəli yeni düşüncələrimdən danışacam.

Sizcə bu reklam rolikini çəkməklə Red Bull hansı hədəfi vardı?

Yazını axıra qədər oxusanız bunun cavabını özünüz biləcəksiniz.

Mövgeylənmə dedikdə biz brendin bazarda müştərilər tərəfindən tərcih edilmə səbəbini nəzərdə tuturuq. Marketinq nəzəriyyəsinə görə brendin mövgeylənməsi üçün ilk növbədə müştərilərin məhsul seçimində göstərdikləri davranış qaydalarına görə təyin edilməlidir (seqmentasiya edildikdən sonra). Beləliklə mövgeylənmə prosesi özündə 3 mərhələni əhatə edir.

  1. Müştəriləri seqmentləşdirmək. Burada biz hansı müştərilərin, niyə görə məhsul aldığı təyin edilir.
  2. Müştərilərin seçilmiş seqmentlər üzrə alış və davranış motivlərini öyrənmək.
  3. Brendimizi hansısa bir alış motivi üçün əvəzsiz olduğunu göstərəcək şəkildə bazarda təbliğ etmək, mövgeyləndirmək.

Son dörvlər mənim brendinq sahəsində etdiyim müşahidələr əsasında yeni mövgeylənmə sisteminin meydana çıxmasını hiss edilir. Bugün artıq müştərilər özləri, brendi mövgeyləndirirlər və güclü menecerlər bunu vaxtında hiss edərək “küləyin əsdiyi” tərəfə brendlərini aparırlar. Bu son dərəcə güclü biznes nəticələrə gətirib çıxarır. Brend daha çox pul qazandırır. Müşahidələrim əsasında Sizə bir praktik keys danışmaq istəyirəm.

Red Bull Türkiyyədə. 

Sizində bildiyiniz kimi Red Bull özünü cavanlar üçün energetik içki olaraq mövgeyləndirir. 2008-2011-cu illərə qədər brendin bazarda satışları stabil olaraq +-2% ətrafında dəyişmişdir. Başqa sözlə desək energetik içki 5 il ərzində satışlarını demək olar ki, artırmır. Red Bull Türkiyyənin əməkdaşları satışları artırmaq istəyirlər və mənim yaxından bir türk konsultatsiya şirkətinə tapşırıq verirlər. Tapşırıq çox sadə olur: Red Bull satışlarını artırmaq.

Dediyimiz türk şirkəti Red Bull brendinin qlobal olaraq etdiyi kampaniyaları təhlil edir və Red Bull ana mövgeylənməsi olan gənclər üçün energetik içki konsepsiyasını Türkiyyədə aşılamağa başlayır. Red Bull türkiyyə bu kampaniyaya 6 mln. lirə investitsiya qoyur. Red Bull alıcılarının sıx toplaşdığı gecə klublarında, barlarda müxtəlif kampaniyalar başlayır, Red Bulla yarışlar, marafonlar keçirilir. Hər şey gənclərə yönəli edilir. Nəticədə… nəticədə “biyabırçılıq” olur!!! Xərclənən o qədər pulun nəticəsində satışlar cəmi 1% artıq. Kampaniya bitən kimi isə, 1,5% geriyə gedir. Nəticədə Red Bull Türkiyyə kampaniyadan pul qazanmır!

Hamı təəcüblənir. Necə ola bilər? Axı kampaniya Red Bull mövgeylənməsinə və hədəf kütləsinə uyğundur. Bəs niyə satışlar artmır?

Veriən sualların tapılması üçün Red Bull türkiyyə çapında geniş araşdırmaya başlayır. Biz bilirik ki, araşdırmasız brend “başsız atlıya” bənzəyir. Əsas sual kimi, Red Bull harda istifadə edilir ortaya qoyulur. Nəticələr doğurdanda “dəhşətli” olur. Red Bullun türkiyyədə ən çox alınma yeri, gecə klubları, diskotekalar, barlar deyil, yanacaq doldurma məntəqələri olduğu aşkara çıxarılır…

İki ay ərzində cəmi 600 min lirə xərcləməklə brend yanacaq dayanmaq məntəqələrində xüsusi Red Bull vitrinləri düzəldilir. Satışlar 1 ay ərzində 18% artır! Red Bul türkiyyənin tarixində görülməmiş nəticələr əldə edir. Ən əsası satış stabil şəkildə artır və orada qalır.

Bundan sonra araşdırma əsasında Red Bull ikinci ən çox satıldığı yer Supermarketlər olduğu meydana gəlir. Migros marketlər şəbəkəsi ilə danışdıqdan sonra Migros marketlərdə Red Bull stendlərində kameralar qoyulur. Nəticə hamını şoka salır.

Red Bull ən çox alındığı vaxt səhər saat 10:00 – 12:00 qədər olan vaxt olur. Ən maraqlısı isə alıcılar yaşları +50 yaşlı müştərilər olur. Səbəb isə: yaşlı insanların Red Bull reklamlarında verilən mesajı yoxlamaq istəyi olur. Əlli yaşdan yuxarı adamlar Red Bull içərək özlərini daha gumrah hiss edirlər. Səhər içilmə səbəbidə məhz gün ərzində daha çox enerjiyə sahib olmaq istəyi olur.

Məhz bundan sonra yuxarıda gördüyünüz Red Bull reklamı Türkiyyədə efirə çıxarılır. Hədəf kütləyə uyğun danışılır. Yaşlı və təcrübəli adamların sevdiyi reklam çəkilir.

Nəticə: Brendlərin mövgeylənməsinə təsir edən ən vacib və yeganə şey müştərilərdir. Yaxşı brendinq etmək üçün müştəriləri, onların alış motivlərini tam dərindən öyrənmək lazımdır. Bunu etməklə biz öz brendimizi həqiqətəndə güclü edə bilərik. Ağlımızda brendlərlə bağlı olan steoriotipləri bir kənara qoyub müştərini eşitmək lazımdır. Dinləmək deyil, eşitmək, yalnız eşitmək deyil başa düşmək şərtdir!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Men bilen bizim Milli sirketlerimizin Transmilli sirket olma yollari daxili bazardan oz aralarinda saglam reqabetden kecir. Birde bu yaxinda bele bir meqale oxudum bizim gomruk tarifleri 1995-ci ilden beri deyisilmeyib. Halbuki o vaxtlardan indiye kimi Azerbaycan istehlakci olkeden istehsalci olkeye cevrilib.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close