image_pdfimage_print

Dünyada ən çox tirajı olan çap materiallı dedikdə – ağla gələn İKEA kataloqu olur. Məhz İKEA brendi öz məhsullarının ən rahat satma texnologiyası kimi kataloqlardan istifadəni biznesə (marketinqə, reklama) gətirmişdir. Bu brendi yaxından izləyən biri kimi, deyə bilərim ki, 2007-ci ildən bu yana İKEA-nın butün kataloqları (həmdə bir neçə dildə) məndə var. Son 2 ildə brend öz kataloq siyasətini tam dəyişdirmişdir. Biz Sizinlə İKEA-nın necə fərdiləşdiyindən söhbət edəcəyik.

Ümimiyyətlə İKEA brendi fərqli marketinq konsepsiyaları ilə hər dəfə bizə yeni ideyalar təqdim edir. Məsələn baxdığınız videoda brendi Moskvada yeni kataloqun çıxması ilə etdiyi aktivliklər görünür.

Eyni anda 2 sektorda: mebel və pərakəndəçilik ən güclü brendlərdən biri olan İKEA-an öyrənəcək çox şey var. Bugün böyük mağazalardan uşaq oynama yerlərinin vacibliyi, məhsulun çatdırılmasının rahat olması üçün ambalajlar, loqistika sistemi, reklam siyasəti… bir sözlə İKEA muasir biznesə çox şey öyrədib. İnnovativ marketinq elementlərindən istifadənidə şəxsən mən bu brenddən çox öyrənmişəm.

İKEA kataloqları ildə 2 dəfə olmaqla avqust və fevral aylarında dərc edilir. Brend eyni anda çalışdığı butün ölkələrdə 1o milyonluq tirajlarla kataloqlar sifariş verilir. Brend kataloqlarında məhsullarının dəyərini göstərir və ən əsası bu qiymətlərin gələn kataloqun çıxacağına gədər dəyişməz qalacağına zəmanət verir. Buna baxmayaraq şirkət son 2 ildə öz kommunikasiya siyasətini addım-addım dəyişir. Necə?

İKEA kataloqlarının çıxması çalışdığı hər ölkədə yalnız lokal reklam şirkətləri ilə əməkdaşlıq edir. Mərkəzi ofisdən brendin yalnız qlobal konsepsiyası gəlir və bu konsepsoya konkret ölkədə olan istehlakçı insihgtlarına (motivlərinə) görə adaptasiya edilir.

Brend artıq daha dərin fərdiləşmə prosesinə gədir. Artıq hər bir istehlakçı növbəti İKEA kataloqu üçün öz qapağında öz şəkli olan kataloq sifariş verə bilir. Təsəvvür edirsinizmi bu nədir?!

Dünyanın ən çox tirajı olan çap məhsulu bir müştəriyə görə qapag səhfəsini dəyişməyə hazırdır. Bu bir daha onu sübüt edir ki, brendinqin gələcəyi fərdiləşmədədir. Brendlər hər bir müştəri ilə təkə-tək danışmalıdır.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

2 Comments

  1. […] edin, İKEA Moskva, S-Peterburg, Kazan, Ekaterinburg “milyon” çox əhalisi olan şəhər […]

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close