image_pdfimage_print

İnsan orqanizmdən tutmuş dünyanın ən gəliz texnoloji avtomobilləri belə çox sadə məntiqlərin üzərində qurulur. Fizika kimi gəliz elmin banisi Nyoton belə öz qanunlarını sadə dillə başa düşmüşdür. Əgər bir vaxtlar göydən alma düşməsəydi bəlkədə bugün Nyoton qanuni yox edi, əgər bir vaxtlar H. Ford çörək bişirmə sistemini görməsəydi – bəlkədə bugün avtomobil belə ucuz olmazdı, əgər bir vaxtlar Stiv Djobs xariqrafiya məktəbinə getməsəydi – bəlkədə bugün iPhone yox edi, əgər bir vaxtlar Hitlər… neysə Hitlərdən danışmayaq. Sadəlik və ya mürəkkəb məsələlərə sadə gözlə baxma bugün insanın ən dəyərləri xüsusiyyətinə çevrilmişdir. Bu yazıda sadə düşüncə tərzi barədə danışacam.

Mən Holland “qızıl əsrində” olan rəssəmlarının işlərini çox sevirəm. Van Qongun əsərlərində qaba cizimlər, Rembrantın incə işləmələri, Vermeerin işıqla oynamaları bu dahi insanları adi rəssamlardan fərqləndirən əsas xüsusiyyət Sizcə nədir? Mən hesab edirəm ki, onları fərqləndirən yeganə məsələ öz əsərlərində dünyada olan dəyərləri, hissləri “əl çatmaz” sadəliklə ifadə etməkdir.

Mən öz təcrübəmdə sınamışam. Hansısa çətin vəziyyətdə olduğum zamanlar olur… hansısa suallara heç cürə cavab tapa bilmirəm. Belə olan hallarda məsələni sadələşdirməklə çox rahat çıxış yolu tapmaq olur. Ən gəliz məsələrin belə həlli yolu prosesi sadələşdirmək, xırda hissələrə bölməkdir.

Yadıma gəlir Rusiyada bir dəfə Marekting One forumlarının birində Mars MDB-in Marketinq Direktorunun çox gözəl söz dedi: Güclü marketoloq böyük hədəfləri xırda layihələrə bölə bilməlidir. Bu vacibdir. Ən çətin sualların belə həlli yolu, suallı xırda hissələrə bölməkdir. Belə etdikdə rahatlıqla düzgün cavabı tapmaq olur.

Bir vaxtlar bloqlar ənənəvi mediyanı məhv etmiş durumda edi. İnsanlar yazılı gəliz məqalələri oxuya bilmirdilər. Bu sadəcə maraqsız edi. Bloqlarla oxucu və yazar arasında olan baryer aradan qalxdı, unsiyyət daha səmimi, daha sadə formada getməyə başladı. Bugün mikro-bloglar böyük bloqlara qalib gəlməyə başlayıb. Çox güclü blogerlər, yavaş-yavaş Twitter-ə doğru gedirlər. Səbəb?! Səbəb çox sadədir – insanlara sadəlik lazımdır. Heç kim “qalın” kitablarda olanları oxumaq istəmir. Hamı sadəlik istəyir. İnformasiya o gədər çox və faydasızdır ki, biz çətin başa düşülən heç nəyi görmək (oxumaq) istəmirik.

Biznesdə müştərilərə sadə həllər təklif etmək əsas rəqabətüstünlüyünə çevrilmişdir. Bugün Apple şirkətin əsas üstünlüyü məhz hamımızın gözlədiyimiz sadəliyin təklif edilməsidir. İlk dəfə Stiv Djobs texnolojidə sadə terminlərlə prezentasiya edərək öz məhsullarını rahat istifadə qabiliyyətini önə çıxardı. Məhz sadəlik hesabına Apple şirkəti Sonyləri iPhodla, Samsungları iPhonelarla, Microsoftları Maclarla qalib gəldi, ən azından bazarda böyük gəlir qazandı.

Sizinlə bu haqda bir dəfə danışmışıq, amma yenədə yadınıza salım. Bizim sektordada sadəlik “ağlayır”. Marketoloq dostlarımız gəliz danışmaqdan həzz alırlar. Əlbətdə çox pisdir. Gəliz danışmaq məsələdən informasiyasız olmağın birinci göstəricisidir. Əziz həmkərlar gəliz danışmayın.

Bunu demək mənə düşməz… amma yenədə məcburam deyəm. Azərbaycanda professor, doktor və s. yüksək səviyyəli alimlərimizin kitablarını oxuduqda mənim kimi, marketinqi sevən bir adam belə bu peşəyə nifrət etmiş olur (indi düşünün ki, tələbə keçirir). Yalançı termin oynamaları (ay nəbilim tələb nədir – təlabat nədir, marka nədir – brend nədir və s.) bizim alimlərimizin yazdığı kitabları bazarda rəqabətqabiliyyətsiz edir. Məgər bizim “qalın kitab” yazan alimlər bilmir ki, onların yazdıqlarını özlərindən başqa oxuyan olmur?! (Bəzən özləridə oxumur!))). Onlar niyə sadə, biznesdən, praktikadan yazmırlar?! Marketinq biznes dissiplinadır. Burada çox yazmaq olmaz, etdiklərini yazmaq lazımdır!

Hələ içində “qlamurluq” olan dostlarımızı demirəm. Müğamla, estrada arasında olan fərqi bilməyən adamların caz məclisinə gedib… ürəyində “kaş ki tez bitərdi deyib, üzdə nə gözəldir” deməsini başa düşmürəm. Sadə olmaq lazımdır dostlar, Sadə!!!

Məsələni çox uzatmadan hamınızdan məsələlərə daha sadə baxmağı xahiş edirəm. Həyat yalnız belə gözəl olur. Birdə sadəlik gözəllikdir, dünyanıda gözəllik xilas edəcək!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Məqalələrinizi sevərək izləyirəm. Yazılarınızdakı qrammatik və hərf səhvlərinə diqqət yetirmək sizi daha professional səsləndirəcəkdir. Əməyiniz təqdirəlayiqdir.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close