image_pdfimage_print

Bugünlərdə çox maraqlı bir adamla tanış olmuşam (burdanda onu salamlayıram!). Biz fərqli sahələrdə işləsəkdə onunla bir məsələmiz tam uyğundur. Hər ikimiz ekspromtla edilən işlərdə uğur qazanırıq… və əksinə çox dərin düşünülən işlər bizlik deyil – sadəcə uğursuz alınır! Mən Sizə həyatımda (biznes həyatımda) dönüş nöqtələri olan bir neçə əhvalat danışacam və bundan sonra gəldiyim nəticələrlə bölüşəcəm. Başlayaq?!

Məni tanıyanlar (inanıram ki, Siz artıq məni tanıyırsız), bilirlər ki, atdığım bir çox addımlarda “100 düşünməkdənsə 1 yoxlamaq” yaxşıdır prinsipini üstün tuturam. Sizə tam səmimi deyirəm: bugün dünyada vaxtın dəyəri o qədər yüksəkdir ki, bəzən ziyan etmək riski belə çox zəif qalır. Hansısa işin uğurlu və ya uğursuz olmağının ən sadə yolu – düşündüyünüz işin edilməsidir.

Yadıma gəlir bir dəfə FMR TV çəkilişlərində qonaqlarımızdan biri məndən, hansı sualları verəcəyimi soruşdu. Mənim cavabım: “Qoy veriliş başlasın, salamlama etmə tərzindən asılı olaraq suallarım dəyişəcək. Mən hələ suallar hazırlamamışam!” oldu. Dostumuz “yumşaq” şok yaşasada… verilişimiz canlı və maraqlı oldu. Mən ekspromtla etdiyim işlərdə daha uğurlu oluram. Neysə… vaxtınızı çox almadan keçim əhvalatlara.

Birinci əhvalat. Embawood necə işə düzəldim?

O vaxtlar əskərlikdən tezə gəlmişdim və KÜR kompyuter istehsalı şirkətində Marketinq meneceri işləyirdim. Aspiranturayada paralel olaraq daxil olmuşdum. KÜR-ən narazı edim. İşimi dəyişmək ağlımda edi və o vaxt adını çəkmək istəmədiyim bir şirkətdə işə başlayacaqdım. Artıq əmək haqqını, işə çıxma vaxtımı və s. detalları danışmışdım və… və Embawood-an mənə zəng gəldi. Telefonda dedim ki, mən artıq iş tapmışam. Amma HR xanım mənimlə görüşmək istədiyini və yaxşı təklif verəcəyini dedi. Məndə sırf maraq xatirinə, təkrar edirəm sırf maraq xatirinə, dedim: “Yaxşı sabah görüşərik”. O vaxt şirkətin adı tanınmış deyildi.

Sabah Embawood ofisinə gəldim. Ofisi yeri çoxda yaxşı yerdə deyildi və ürəyimdə “burda necə işləmək olar?!” deyirdim. Müsahibə zamanı isə fikrim tam dəyişdi. Mən hiss etdim ki, bura Azərbaycan ən yaxşı HR sistemi qurulmuş şirkətlərindən biridir və ekspromtla “HƏ” dedim! Elə ilk görüşdə… çox uzun düşünmədən sadəcə – HƏ! Bildim ki, bu şirkət kadrlara dəyər verir.

Bu mənim həyatımda dediyim ən yaxşı və xeyrli “HƏ”-dən edi. Mən bugündə Embawood işləməkdən həzz alıram. Mən bugündə Embawood-a ilk işə gəldiyim qədər həyacanlıyam. Düşünün! Azərbaycanda bir dənədə olsun ağac kəsməyin şirkət Azərbaycan mebelini dünyaya tanıdır – səndə bu komandanın bir hissəsisən. Çox kiçik bir hissəsi. Butün dostlarımızı Embawood kimi şirkətdə işləməyə arzu edirəm!!!

NƏTİCƏ: Mən ekspromtla daha əvvəl işləmək istədiyim şirkətdə deyil, yeni şirkətdə işləməyə razı oldum. Bu mənə gələcəkdə böyük uğur qazandırdı. Çox düşünməyin, ürəyinizin səsini dinləmək yetərlidir.

İkinci əhvalat: Biznes necə açdım? Yadıma gəlir bir dəfə Yevlaxa gəlmişdim (bilirsizdə mən Yevlaxlıyam). Evdə mənə su doldurmağı tapşırdılar. Məndə maşınla su dolduracaq yerə gəldim. Elə tezə su doldururdum ki, gördüm yaxında olan binada icarəyə verilir yazılıb. Əlim dinc durmadı və telefon nömrəsinə zəng vurdum. Nömrəni götürən (daha sonra açılan biznesdə mən çox kömək etdi) adamla icarə qiymətini soruşdum və o mənə şəhər mərkəzində daha gözəl yerin olduğunu dedi. (taxıl söhbəti mənə dərs olmamışdı)

Su doldurub evə qoyan kimi, “dostumuza” yenidən zəng etdim. Görüş təyin etdim və yerə baxdım. Yer son dərəcə gözəl yer edi. Qiyməti bir-az baha gəldi. Amma yer çoxtandı ağlımda açmaq istədiyim biznes üçün ideal yaraşırdı. Elə yerindəcə beh verdim. Bir həftədən sonra mağazanı açdıq. Bugünə qədər işləyir. Son dərəcə mənfəətli və bərəkətli mağaza çıxdı – Qurban olduğuma min şükür!

Ekspromtla verilən gərarı demək olar ki, o vaxt hamı “müxalifət” çıxmışdı. Amma mənim daxilimdə bu işin uğurlu olacağına əminlik var edi, elədə oldu. Başqa sözlə desək ekspromt burdada mənim işimə çox yaradı! Bu mənim gələcəkdə edəcəyim işlərə təkan oldu. Məndə inam yaratdı.

NƏTİCƏ: Ətrafdakıların fikirlərini dinləmək olar, lakin unutmaq olmaz həyat fərdi gərarlarla doludur. Ürəyinizcə olan işi etmək lazımdır. Bizdən hərəkət…

Ümumiyyətlə mən hesab edirəm ki, ekspromtla atılan addımlarda daxili azart, daxili istək daha çox olur. Bir şeyin həyata keçməsi üçün isə inanmaq şərtdir.

Hamınıza bol ekspromtlu günlər arzusu ilə…

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close