image_pdfimage_print

Bugün Aztwi.az saytında olan dostlarımızın dəvəti ilə sosial media, əsasəndə Twitter haqqında olan seminarda iştirak etdik. Mən Twitter aktiv olmasamda bu sosial mediya məcrasına marağım çox böyükdür. Nə gizlədim mən hesab edirəm ki, Azərbaycanda ən dinamik inkişaf edəcək mediya resursu məhz Twitter olacaq. Seminarın ab-havası “beynimdə” olmuşkən bugünlər Aztwi məhşur haştaq olan “hamıelebilirki” mövzusunda düşüncələrimi Sizinlə paylaşmaq istədim.

#Hamıelebilirki marketinq bizim ölkədə yeni elmdir. Əslində isə bizim qanımızda marketinq var və olub. Marketinq müştərini başa düşməkdir, bizim tacirlər, sahibkarlar isə dedə-babadan bu işin mahir bilicisi olublar.

#Hamıelebilirki brend yaratmaq prosesi reklamdan, məhsulun tanıdılmasından başlayır. Əslində isə brendinq fəaliyyətinin əsasını məhsulun işarələnməsi təşkil edir. Bunu etmədən heç bir brendinqdən söhbət gedə bilməz.

#Hamıelebilirki reklamın effekti uzunmüddətdə daha çoxdur. Tam səhv yanaşmadır. Əgər reklam bir-başa təsir etmirsə… inanın mənə uzunmüddətdə heç bir effekt olmayacaq. Bugün istehlakçının beyni doludur, ona hər şeyi təcili demək lazımdır.

#Hamıelebilirki güclü menecer olmaq üçün MBA və ya PhD olmaq lazımdır. Əslində isə bunların heç biri lazım deyil, nəyinki lazım deyil – bunlar mane olur. Yaxşı menecer işini sevən və zəhmətkeş adamdan ola bilir. Qalanları vaxt keçdikcə gəlir.

#Hamıelebilirki biznes kişilərin elindədir. Əslində elə düz bilirlər… amma dərd budur ki, kişiləri idarəedən qadınlardır. Daha bir dəhşətli fakt – bizim bundan xəbərimiz yoxdur. Qadınların nə istədiyini bilirsiz?

#Hamıelebilirki guya çalışdığı şirkətdə bu olmasa şirkət batar. Özüm yoxlamışam, işçi ayrıldıqdan sonra şirkət nəyin ki, batır işləri daha sistemli gedir.

#Hamıelebilirki biznes qurduqdan sonra daha sərbəst olacaq, əslində isə hər şey tam əksinə olur. İşdən qorxan adamın, biznesdə işi yoxdur. Getsin sakit müəllimliyini etsin!

#Hamıelebilirki bizim təbiyyətimiz gözəldir. Əslində… əslində da öz aramızda qalsın mən Azərbaycanda təbiyyəti gözəl yer görmədim. Hər şey müqayisədə bilinir. Bizim təbiyyətimiz xarici ölkələrdən heçdə üstün deyil. (bunu burda deyirəm, xarici ölkədə əlbətdə biz öz vətənimizi tərifləməliyik).

#Hamıelebilirki mən Anar və Rafiqlə həmfikirəm. Əslində isə məni onlarla ilə sırf Marketinqinin inkişafı birləşdirir. Bizim hər üçümüz Marketinqin inkişafı haqqında düşüncələrimiz birdir. Açıq deyirəm (özləridə oxuyur bloqu) bəzi məsələlərdə onlarla ciddi fikir ayrılıqlarım var.

Sizə açıq deyim. Bu bloq yazısı bir testdir. Əgər uğurlu olsa, tezliklə mikro-bloginq məntiqinə keçməyi düşünürəm. Sizdən gələn reaksiyalara görə bloqumuzun gələcək inkişaf tendensiyaları düşünəcəyik.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Ugurlar.yardimci ola bilirim,

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close