image_pdfimage_print

Əlbətdə bu bir zarafatdır. Oxumaq həqiqətəndə vacibdir. Muasir biznes təhsilsiz, intelektual dəyərlərsiz aparmaq mümküm deyil.

Bizim bloqun oxucuları bilir ki, kitab oxumaq insanın dünya görüşünü artırmaqla yanaşı həmçinin çox yaxşı istirahət etmə vasitəsidir. Bunu məndə bilirəm və bu yazıda avqust ayında oxuduğum (bəzilərini iyulda başlamışam) kitablar barədə danışmaq istəyirəm.

Bu aylarda mən 4 kitab oxumuşam. Mən kitab almamışdam qabaq ən azı 15-20 dəqiqə alacağım kitabı vərəgləyirəm. Belə etməklə mən əmin ola bilirəm ki, xərclədiyim pul havaya getmədi. Kitablar barədə Sizlərə bir-bir məlumat verim.

Birinci oxuduğum kitab – 50 Знаменитых биснесменов мира adlanır. Kitabda muasir dövrdə böyük bisnesmenlərin həyat yolu, biznesdə etdikləri barədə məlumatlar verilir. Kitabı tam oxudum. Beş ballı şkala ilə qiymətləndirsək 4 alar. Amma təkrar edirəm mən yalnız özümə faydalı ola biləcək kitablara pul verməyə “əlim gəlir”. Kitabdan neticələrim var.

  1. Dünyada olan biznesmenlərin hardasa 90% ya yevreydir, yada yevrey əsillidir (anası və ya arvadı yevreydir). Bu necə olur?! Bu yeni bloq mövzusudur, amma fakt fakt olaraq qalır. YEvreylər biznesin şahıdırlar.
  2. Məhşur biznesmenlərin böyük əksəriyyətinin xoşbəxt ailəsi olub. Bir daha subut olunur ki, biznes xoşbəxtçiliyi ailədə xoşbəxtçilik olmadan mümkün deyil
  3. Güclü biznesmen olmaq üçün çalışdığın sahəni mükəmməl bilmək lazımdır. İnvestor məntiqi ilə qurulan bizneslər – “yumşaq desək” xəyaldır! İşini bilməsən biznes qurmaq olmur.

İkinci oxuduğum kitab – ReWork adlanır. Kitabı çoxtan eşitmişdim və bu yaxnda Kievdən aldım. Düşündüyüm qədər, hətta düşündüyümdəndə yaxşı oldu. Kitab biznes qurmuş iki şərikin etdikləri və qarşılaşdıqları problemlər barədə edi. Hamınıza ürəklə tövsiyyə edirəm. Kitabdan çox şey öyrəndim. Sizə bir-bir yaza bilmirəm. Amma deyim ki, real Azərbaycan biznes muhitində tətbig ediləcək məsələlər çoxdur. Əsas odur ki, kitab yalançı “qalın” kitablardan deyil. Praktika, praktika, praktika.

Üçüncü oxuduğum kitab – Быстрые результаты чужими руками adlanır. Kitabda eyni vaxtda bir neçə iş görmək yollarndan danşırlar. Mənə bu kitab çox lazım edi və demək olar ki, oxuya-oxuya tətbig edirdim. Maraqlı və real işə yarayan bir neçə keys olsada kitab xoşuma gəlmədi. Kitab Andrey Parabellum tərəfindən yazılmışdı. Şou bir-az çox edi. Buna baxmayaraq kitabdan aşağıdakılar haqqında neticə çıxardm:

  1. İdarəetmənin ən yaxşı yolu izah etməkdir. Hansısa prosesi kimisə ötürmək istəyiriksə biz mütləq işin məğzini hər bir xırda detalına gədər izah etməliyik. Bu şərtdir.
  2. Nəzərət etmək vacibdir. Ən inandığınız adamları belə nəzarət edin. Bu bizim üçün vacibdir. Nəzarət olunmayan işin düzgün icra edilməsi tam bəxt işidir. Biz axı öz işimizi bəxtə etibar edə bilmərik.
  3. İşi icra etmək üçün Siz yaxşı motivasiya qabiliyyətiniz olmalıdır. Motivasiya edə bilməsəniz heç bir iş bizim “ala gözümüzə” olmur.

Dördüncü oxuduğum kitab – Heç vaxt tək yeməyin adlanır. Söhbət əlbətdə pəhriz saxlama yollarından deyil. Sadəcə kitabda netvorkinq imkanlarından və əlaqələri gücləndirməyin prinsipləri barədə danışılır. Maraqlı kitabdır. Hələ oxuyub bitirməmişəm. Amma hər birinizə tövsiyyə edirəm ki, oxuyasınız.

Ümumiyyətlə hesab edirəm ki, yaxşı kitablar tapmaq və oxumaq çox lazımlıdır. Mən kitab oxuyaraq istirahət edirəm… tam səmimi!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close