image_pdfimage_print

Nəyinsə İLKi olmaq, hansısa işin, prosesin, biznesin ilk dəfə tətbig etmək son dərəcə böyük üstünlüklər yaradır. Vacib deyil, bu bizim gündəlik həyatımızda baş verir və ya hansısa biznes sahəsində birincilik hər zaman bir addım öndə olmaq deməkdir. Biz bugün Sizinlə ilk olmağın bəzi detalları barədə danışmaq istəyirik.

Qədir Rüstəmovun əfsanə olan mahnısını burada qoymağım təsadüfi deyil. Əslində hansısa işdə İLK olmaq azdır, vacib olan Sizi İLK kimi qəbul etmələridir.

Dahi sənətkar Sona Bülbulləri ələ gözəl ifa edirki, bu mahnını başqasından eşitmək “yumşaq” desək mümkünsüz görünür. Vacib deyil, Qədir bu mahnını İLK oxuyub, ya yox. Vacib olan odur ki, bu mahnı beyinlərdə ilk dəfə Qədir Rüstəmovla yadda qalıb.

Biznesdədə bu məsələ belədir. Stiv Djobs hamımızın beynində musiqi sektorunda inqilab etmiş biri kimi yadda qalıb. İ-pod musiqi dinləyənlərin əsl göydən düşmə oldu. Amma əslində Apple əvvəl bunu Sony Walkman etmişdi. Kifayət qədərdə yaxşı. Sadəcə Apple qurduğu sistemli mareketinqlə bizim yaddaşlarımızda İLK olaraq həkk edildi!

Biz Marketinq AİR təlimlərinə start verdiyimiz zaman praktik marketinq təlimlər çox güman ki, Azərbaycanda olmuşdu. Amma bu insanların beynində belə qalmayıb. Bugün praktik marketinq təlimlər dedikdə ilk ağla gələn Marketinq AİR olur. Bu bizi çox sevindirir. Biz İLK ola bilmişik. Bizi İLK edən Marketinq AİR-in güclü və savadlı məzunlarıdır.

İLK dediz, yadıma FMR TV düşdü. Bu arada biz yeni çəkilişlər barədə düşünürük. Biz Azərbaycanda İLK onlayn Marketinq televiziyasını quranda hədəfimiz İLK olmaq deyildi… amma bu İLK olaraq qəbul edilir. Bizim televiziya görə mənə çoxlu xoş yazılar yazılır. Deməli Azərbaycanda Marketinqin inkişafı üçün belə layihələr vacibdir. Eyni şeyi Milli Marketinq Forumu barədədə demək olar.

Bugün LED işıqlanma avtomobil sektorunda demək olar ki, butün brendlər tərəfindən istifadə edilir. Lakin əlbətdə bunun İLK-i Audi brendidir. LED işıqlanmanı avtomobil sektorunda İLK və ən gözəl formada edən Audidir.

Bugün yapışdırıcı dedikdə ağlımıza ilk gələn brend əlbətdə Skoçdur (Scotch). Skoç dünyada ilk dəfə olaraq yapışdırıcı yaratdığına görə, hamının beynində qalan yapışdırıcı sözünün sinonimi məhz o brendin adıdır. Eyni şeyin Xerox, Pampars haqdada demək olar.

Biz hesab edirik ki, istənilən işdə fərqlənmək lazımdır. Hamının etdiyini etmək deyil, məhz fərqlilik yaradaraq İLKlərdən olmaq uğurlu biznesin əsas formuludur. Bunu biz öz iş təcrübəmizdə mütləq istifadə etməliyik.

Bu misallar bir nöqtəyə diqqətinizi bir daha yönəltmək istəyirəm: İlk olmaq vacib deyil, İLK olaraq beyinlərdə qalmaq vacibdir!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close