image_pdfimage_print

Marketinqdə daha çox brend idarəetmə, brendinq sahəsində ixtisaslaşmaq istədiyim üçün dünyada olan yeni brendləri, brend konsepsiyaları yaxından izləməyə çalışıram. Bu mənə hansısa sahələrdən öyrəndiyim (gördüyüm) fikirləri yenilikləri emal edərək başqa daha fərqli nesə yaratmaqda kömək edir. Demək olar ki, hər sektordan yaxından izlədiyim bir brend var. Zərgərlik əşyaları istiqamətində məni valeh edən brend – Pandoradır. Pandora öz hekahəsi ilə bizə brendinq dərsi keçir. Bu yazıda Sizə Pandora brendi haqqında öyrəndiklərimi danışacam.

Videonu ilk olaraq Sizə göstərməyim təsadüfi deyil. Pandora brendinin əsas konsepsiyası əslində bu videoda ortaya qoyulur.

Pandoranı kateqoriya yaradan brend nümünəsi kimi, göstərmək olar. Brendin konsepsiyasında sadə məntiq yatır: “Hər birimizin həyatında xoş anlar, xoş xatirələr olur. Pandora bu anları əbədiləşdirir”

Xatirələri ədəbiləşdirməkdə Pandora məhsulları əvəzsizdir. Müştəri hər bir ana özəl, tamamiylə fərdi, hədiyyə əldə edə bilir. Bu hədiyyəni müştəri özü seçir və xoşbəxt günlər olduqca, artıra, tamamlaya bilir. Konsepsiya öz formatına görə yeganə və bənzərsiz olmaqla yanaşı, muasir zamanın əsas trendlərinə tam uyğundur.

Brendin tarixi zərgərlik bazarı üçün çox yenidir. 1999-cü ildə bir qrup dizaynərlər tərəfindən xırda yuvelir mağazası üçün modulyar qolbaq dizaynı hazırlanır. Qolbaq özündə 10-la müxtəlif ölçü, rəng, formada olan daş-qaş hissələrinin cəmindən ibarət olur. Müştəri öz qolbağını özü seçir və zaman keçdikcə “brasleti” REdizayn edə bilir.

Pandora Charm adlanın qolbaq – brendin əsas məhsulu olur. Məhz bu kolleksiya hesabına brend ilk olaraq Skandinaviya ölkələri, daha sonra Almaniya (Avropa) və Amerika bazarına sahibi olur. Mən Pandora kolleksiyalarında olan emosional bağa heyran qalıram. Elementar qablaşdırmadan başlayaraq, mağazalarda “vitrin” dizaynına qədər hər bir element vahid konsepsiyaya riayyət edir – Xoşbəxt anları əbədiləşdirmək!

Bugün Pandora brendinin lider mövgeydə olmasının “gözügörünməyən” səbəbləridə var. Bunlar aşağıdakılardır:

  1. İnsanlar fərdiyyata doğru gedir. Biz artıq kiminsə diktə etdiyi əşyaları deyil, özümüzün yaratdığımız, öz məhsulumuz olan şeyləri xoşlayırıq. Bunu Pandora mükəmməl edə bilir.
  2. İnsanlar hər bir addımda “əyləncə” axtarır. Pandora almaqla müştəriyə əslində sonsuz olan bir maraq, oyun bəxş edilir. Biz hər dəfə xoş anlarda bir daha Pandora almaq istəyirik.
  3. İnsanlara yenilik lazımdır. Pandora yuvelir bazarına yenilik, yeni kateqoriya gətirdi. Əgər bugün mebel alışında modulyarlıq sadə bir şeydirsə, yuvelirdə bu yenilik edə. Pandora emal edilmiş yenilik etdi.
  4. İnsanlar bahalı şeyləri ucuz almaq istəyir. Bu trend Avropada böhran dövrdə çox aktuallaşdı. Bundan ən yaxşı istifadə edən brendlər əlbətdə ki, Koreya şirkətləri oldu (Samsung, LG, Hyuindai, KİA). Pandora bu trenddən əla istifadə etdi. (söhbət Lüksla premium arasında olan seqmentdən gedir)

Əziz oxucu, mən hesab edirəm istənilən brendin əsasında emosiya dayanmalıdır. Bu brend idarəetmənin və uğurlu marketinqin əsasıdır. Rasional yollarla biz uzunmüddətli brend liderliyə nail ola bilmərik.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

5 Comments

  1. Maraqlı məqamları qeyd etdiniz. Təşəkkürlər! Reklam isə elə bil sosial çarxdır, çox fərqlidir.

  2. qeyd olunan 4 punkt cox maraqlidir

  3. Növbəti maraqlı məqaləyə görə təşəkkürlər İlkin müəlllim. Sonuncu abzasa bir kiçik bir əlavəmi qəbul etmənizi xahiş edirəm. Uğurlu brendin əsasında emosiyalarla yanaşı bu emosiyanı düzgün əlqaləndirəcək dəyər duyur.

  4. pandoradan esl alici qwvvesi narazidir.

  5. Siz bezen ele bil auditoriyani sinaqdan kechirirsiniz.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close