image_pdfimage_print

Bugün Azərbaycanda olan şirkətlərin bir çoxu dinamik inkişaf dövrünü yaşayır. Əlbətdə bu sevindirici haldır. Lakin unutmaq olmaz ki, biznesdə “böyümək” üçün – uğurun tirajlanması şərtdir. Başqa sözlə desək, şirkət özünün əsas rəqabət üstünlüyünü yeni sahəyə daşıya bilməlidir. Praktikada bu son dərəcə çətin bir proses olur. Biz bu yazıda hansı hallarda biznesi tirajlamaq və ya genişləndirmək olar suallına cavab tapmağa çalışacağıq.

Hər bir biznesmen hansısa iş gurduğu zaman onun uğuruna inanır və gələcəkdə dahada böyük formada olacağına ümid edir. Biz bilirik ki, bu belə olmasa biznesdən həzz almaq olmur. İşdən həzz ala bilmədikdə uğurlu olmaq demək olar ki, mümkün olmur. Sevdiyin işi görmək, o işdə uğurlu olmağın yarısıdır.

Buna baxmayaraq nəzərə almaq lazımdır ki, bəzi bizneslərdə, onlar xırda səviyyədə olduqlarına görə uğurlu ola bilərlər. Məsələn, hansısa rəssəm öz əl işlərini satırsa, bu biznesin genişlənmə şansı son dərəcə aşağı olur. Biznes konkret fərdin üzərində qurulur. Dünyada olan lüks brendlərin demək olar ki, hamısı konkret adət-ənənəni və hansısa fərdlə bağlı olan hekayəni satır. Bu brendlərin tirajlanma şansları aşağı olur. Onlar çoxalsa öz eksklüzivlikliyini itirə bilər. Bu təhlükəlidir.

Bəs Sizcə biznesin genişlənmə vaxtının gəlib çatmasını necə bilmək olar? Sahibkar necə hiss edə bilər ki, ikinci mağazanın, ikinci fabrikin açılma vaxtıdır? Necə başa düşmək olar ki, hansısa yeni bir məhsul satmağın vaxtı gəlib çatmışdır? Biz hesab edirik ki, sahibkarın bu gərarları verməsi üçün mütləq aşağıda sadalayacağımız suallara cavab verməsi lazımdır.

Birinci sual. Bazarda yer varmı? Əslində bu sual ən birinci qoymaqda məqsədimiz çox açıqdır. Bazar olmayan yerdə, heç bir biznesdən danışmaq olmaz. Bazarın inkişaf tendensiyasını, bazarın tutumunu, bazarda Sizin biznesinizin payını bilmədən hansısa bir addım atmaq əlbətdə böyük səhvdir. Bazarda yer varmı suallını təyin etmək üçün sahibkar ərinmədən öyrənməlidir ki:

  • Çalışdığı ərazidə bazarın illik tutumu nə qədərdir;
  • Bazar necə inkişaf edir, keçən illərlə müqayisədə nələr baş verir;
  • Müqayisə üçün başqa bazarlarda vəziyyət necədir və s.

İkinci sual. Şirkətin (biznesin) daxili potensialı buna hazırdırmı? Bazarda çox böyük imkanlar ola bilər, bazar güclü inkişaf tendensiyalarına malik ola bilər… lakin bu hələdə biznesin tirajlanması üçün əsas deyil. Biz gəbul etməliyik ki, biznesi rentabelli və ziyanlı edən bazar, müştəri, məhsul deyil məhz insanlardır. Daxili müştərinin əhamiyyəti bəzən xarici müştəridəndə vacib olur. Daxili müştəri məmnun olmadan, xarici müştəri heç vaxt məmnun qala bilməz. Şirkət işçilərinin sayı, onların potensialı, yeni biznesə hazırlıq dərəcəsi əsas şərtlərdəndir. Rusiyada biznes sahibi olan bir dostumuzun fikirlərini xatırlatmaq istəyirəm: “Yeni biznes, yalnız konkret adama görə açıla bilər. Adam var, biznes var. Adam yoxdur, heç bir yeni biznes yoxdur!”. Mən bunu real təcrübəmdə hər gün yaşayıram! (Onsuzda bilirsizdə biz praktikada yaşamadığımız heç nəyi yazmırıq!).

Üçüncü sual. Mövcud biznesin uğurlu olma səbəbi nədir? Biznesin genişlənməsi üçün sahibkar mütləq tam dəgigliklə bugün apardığı biznesin əsas uğur səbəbini başa düşməlidir. O bilməlidir ki, onun uğurunun səbəbi nədir. Bu suallın cavabı olmadan və ya yalnız olduqda biznesi genişləndirmək böyük riskdir. Uğurlu olma səbəblərinə görə biznesin tirajlanmasının mümkün olub olmamağı müəyyən edilə bilər. Vacibdir ki, nəyin və niyə baş verdiyini bilək. Bunu bilmədən biz səhv addımlar ataraq, böyük pullar itirə bilərik. Müəyyən olunmuş səbəb təyin edildikdən sonra, bu səbəbin yeni istiqamətə tirajlanması mümkün olub-olmamağını təyin etmək lazımdır.

Dördüncü sual. Bazarda rəqabət vəziyyəti necədir? Rəqabət biznesin tirajlanması üçün əsas şərtlərdəndir. Çünki rəgib çox olan zaman biznesin gəlirlik dərəcəsi aşağı düşür.

Biz hesab edirik ki, Azərbaycanda olan bizneslərin çox az bir hissəsi real tirajlanma səviyyəsinə malikdir. Bu baxımdan istənilən genişlənmə gərarını maksimum “soyuq” başla verilməlidir.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close