image_pdfimage_print

Biznesin gələcəyinin mobil internetdə olacağı barədə biz Sizinlə bir neçə dəfə söhbət etmişik. Bugünlərdə eşitdiyimiz xəbər isə proqnozlarımızın düz olduğunu bir daha sübüt etdi. Biz yazıda Microsoftun Nokianı alması prosesini təhlil edəcəyik.

Ümumiyyətlə Sizə deyim ki, son dövrlərdə böyük şirkətlərin arasında birləşmə prosesinin getdiyi açıq şəkildə hiss edilir. “Balaca ekranlar” bazarında daha çox pay almaq və gələcək proseslərə hazır olmaq üçün şirkətlər investitsiya “korluğu” çəkmirlər (Facebook İnstagramı aldı, Google Oracle heç cürə Android bölə bilməməsi təsadüfi deyil).

Microsoft Nokianı niyə aldı?

Mobil internet bazarında liderlik həyata keçirmək üçün Microsoft son vaxtlar bir neçə ciddi investitsiyalar qoyur. Məsələn:

  • Microsoft Skype şirkətini alır. Bununlada mobil telefoniya sahəsində ən dinamik inkişaf edən bir struktura sahib olaraq, o kateqoriyanın iştirakçısına çevrilir;
  • Microsoft AOL böyük məbləğə patenq haqlarına görə saziş imzalayır. Bununla şirkət AOL mobil texnoloqiyalar sahəsində əldə etdiyi butün patentlərin tək istifadəçisinə çevrilir.
  • Microsoft Nokia-nı alır. Bununla şirkət mobil internet bazarında ən vacib həlgə olan “cihaz” istehsalçısına çevrilir. Güclü brend, istehsal bacarığı, tarix artıq Microsoft əlindədir.

Qoyulan investitsiyaları gördükdə hamımıza məlum olur ki, Microsoft mobil internet bazarında bugün ən ciddi oyunçu roluna gəlmişdir. Biz bilirik ki, bu bazarda əsas rəqabət elementlərin 3 dəyərin üzərində cəmləşir: şəbəkə, platforma və əməliyyat sistemi. Bu sahədə əsas iştirakçıları təhlil etdikdə səhnə tam ortaya çıxır:

  • Facebook güclü şəbəkəyə malikdir. Lakin əlində nə əməliyyat sistemi, nədə cihaz istehsalı yoxdur;
  • Samsung əlində cihaz istehsalı olsada şəbəkə və proqram təminatı yoxdur;
  • Apple ən avantajlılardan biridir. Əlində cihaz istehsalı və və proqram təminatı vardır. Şəbəkə yoxdur. Amma əməliyyat sistemində innovatsiya səviyyəsi zəifdir;
  • Microsoft əlində həm mükəmməl əməliyyat sistemi, Nokianı almaqla əla cihaz istehsalı imkanları vardır. Microsoft AOL imzaladığı patent razılaşmasına görə əmin olmaq olar ki, tezliklə şəbəkə sahəsindədə Microsoft yeniliklər edəcəkdir.

Beləliklə biz başa düşürük ki, Microsoft məhz hansı məntiqlə Nokia-nı alır və növbəti addımları nə olacaqdır. Bu sahədə əlbətdə Microsoftda işləyənlərin ciddi strateji düşüncələri vardır.

Növbəti addımlar nə olacaq?

Biz hesab edirik ki, növbəti addım kimi Microsoft şirkəti sistemli şəkildə mobil internet bazarında öz təsirlik dərəcəsinə artıracaq. Mənim yadıma gəlir, Berlində internet marketinq sahəsində forum keçirilirdi. Bu sektora marağım olduğu üçün məndə iştirak etdim. Orda HP qlobal Marketinq Direktorunun informasiya istehlakı barədə çox maraqlı bir sözü oldu: “Vaxt gələcək, insanlar bir-birlərinə zəng etmələrini “ayıb” hesab edəcəklər. Bunun yerinə internet üzərində səssiz danışmalar ön plana çıxacaq”. Məncə bu dövr artıq gəlir.

Bugün mən kiməsə zəng etməkdənsə ona FB yazıram. Hansısa bir zarafat etmək üçün Twitter mesaj atıram (Anar müəllimdən bunu öyrənmişəm). Əminəm ki, gənclərdə bu məsələ dahada aktualdır. Bunu İlkin bilirsə… deməli Microsoftda olan dahilər “dünəndən” bilir!!!

Buna görədə Microsoft Nokia brendinin gücündən istifadə edərək mobil internet bazarına həmlə etməsi mütləqdir. Təkrar edirəm AOL milyardlıq patentləri şirkət elə-belə almayıb.

Nokia-ın ən böyük dərdi olan yeni məhsul yaradılması prosesi, Microsoft öz gücü ilə üst səviyyəyə qaldıracaq.

Bu arada tezliklə Sizlərlə Nokia brendinin niyə bu vəziyyəti düşdüyü barədə söhbət edəcəm. Məsələyə sırf brend menecer olaraq yanaşmağa çalışacam. Maraqlı olacaq. Söz verirəm!!!

Hələlik bu qədər, ƏLAVƏ OXUMAQ İSTƏSƏNİZ:

şərhlər

şərhlər

1 Comment

  1. Yazını oxudum. Bütün fikirlərlə razıyam. Bir neçə nüansı the mən əlavə etmək istədim.

    Deməli, Microsoft Nokia ilə artıq bir neçə ildir işləyirdi. Xeyli də yatırım etmişdi. Windows əməliyyat sistemli Nokia telefonları və s. Əgər Microsoft Nokianı almasaydı yatırımları və indiyə qədər Nokia ilə birgə gördüyü işlər də belə desək bata bilərdi. Onsuz the bir neçə ildən bəri birgə işləmələri və Nokianın the getdikcə çöküşə getməsinin məntiqi sonluğu olaraq Microsoft Nokianı aldı.

    Microsoft ağıllı telefon bazarına çoxdan girmək istəyirdi. Bazarı Apple və Google`a buraxmaq fikrində deyil. Təbii ki, sənin də qeyd etdiyin kimi dövrlə ayaqlaşmaq lazımdır. Bazara girmək üçün hər şeyə sıfırdan başlayıb öz brendini yaratmaq üçün böyük maliyyə tələb olunur, həm də Microsoft bunun üçün xeyli gec qaldığının fərqində idi. Nokianı almaqla isə Microsoft işin yarısını görmüş oldu.

    Üstəlik Nokia hələ də dünya bazarında böyük pay sahibidir. Xüsusilə inkişafda olan ölkələrdə, bizim kimi ölkələrdə Nokia bazarın əsas pay sahiblərindəndir. Bu the böyük avantajdır. Microsoft Nokianın belə desək məşhurluğundan the uğurla istifadə edə biləcək.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close