Monthly Archives Oktyabr 2013

Beləliklə biz dostlarımızla birlikdə bir daha sübüt etdik ki, Azərbaycanda intelektual biznesə, intelektual yanaşmalara ehtiyyac var. Biz 28 Cinemanın ən böyük zalında 260 nəfərlik salona, 310 nəfərlə anşlaq hesab edilən bir təlim təşkil elədik. Dostlarımızla birlikdə mükəmməl bir gün yaşadıq. Hər şey super oldu!

Bugünlərdə özüm üçün maraqlı olan bir neçə məsələ aydınlaşdırmışam. İstəyirəm bu haqda Sizinlə söhbət edəm. Bilirsizdə sabah biz Marketinq AİR və NLP akademiya olaraq böyük tədbir keçiririk. Sevindirici haldır ki, yerlərimiz tam doludur. Bu baxımdan stresli günün sonunda Sizinlə sadəcə səmimiyyət edim.

Qlobal brendlər öz istehsallarını durmadan Çin, Meksika, Tailand kimi ölkələrə keçirdikləri dövrlərin sonu çatır. Bugün artıq dünyanın ən böyük portativ kompyuter istehsalçısı, Lenova belə Amerikada fabrikini açır. Təsəvvür edirsiniz?! Çin brendi Amerikada fabrik açır və tezliklə Almaniya istehsal qurulması planlarını açıqlayır. Bugün dünyada yeni bir trend meydana gəlir. Sizinlə bu haqda danışmaq istəyirəm.

Bugün dostlarımız Anar və Rafiq müəllimlərlə Ulduz şokolad fabrikində tanışlıq məqsədi ilə görüşümüz oldu. Dostlar Sizə səmimi deyirəm, çox sevindim. Çox sevindim ki, bugün Azərbaycanımızın belə güclü şirkətləri yaranır və ən əsası… belə şirkətlər marketinq, brendinq kimi məsələlərə diqqət ayırır. Bu məsələləri müzakirə edirlər.

Vabi-Sabi gədim yapon fəlsəfəsi olsada bugün ki, biznes mühitində mükəmməl alət kimi çıxış edə bilər. Çox zaman aşırı mükəmməllik, mükəmməlliyi məhv edir. Tanıdığım bir çox böyük şirkətlərdə “perfektsionizm” böyük problemlər yaratdığının şahidi olmuşam. Vabi-Sabi adlanan yapon fəlsəfəsinin əsas postulatlarından biri bu haqdadır: Əsil mükəmməllik məhz təbii olmaqdır. Biznesdə, şəxsi həyatda və cəmiyyətdədə belədir. Bu yazıda Sizə vabi-sabi nəzəriyyəsi barədə danışacam.

Bugün məsləhət verdiyim şirkətlərin birində təqdimat keçirirdim. Təqdimat öncəsi bir statistika məni “şoka” saldı. Şəhərimizdə açılan yeni parkinqlərə görə avtomobillərin saxlanılmasına icazə verilməyən ərazilərdə olan mağazalarda satışlar düz 50% keçən ilin eyni dövrünə görə aşağı düşmüşdür. Bu bəlkədə xırda görünən statistika əslində ölkədə yeni pərakəndəçilik mədəniyyətinin yaranmasından xəbər verir. Azərbaycanda yeni pərakəndəçi davranışları formalaşır.

29 oktyabr Bakıda 28 Cinemada Sinan Erginin master-klassları olacaq. Təşkilatçılar təbii ki, Sizin Marketinq AİR olacaq. Hamınızı 28 Mall-da gözləyirik! Biletləri burada onlayn ala bilərsiniz.

Yalnız bir gün iki çox vacib mövzu: marketinq və liderlik istiqamətində Sinan bəyin təlimləri olacaq. Bu toplantıda mənimdə dəyərli marketoloqlarımıza, dəyərli dostlarımıza dəyəcəklərim olacaq. Söz verirəm heç eşitmədiyiniz, heç bilmədiyiniz bəzi yeniliklərlə Sizləri tanış edəcəyik.

Bugün Marketinq AİR təlimlərində mənim növbəti dərsim oldu. Bu dərsimiz digər dərslərimizdən tam fərqlənirdə. Bu defə AİR-çilər özləri bizim tərəfimizdən verilən ev tapşırığına görə yeni brend yaratmalı edilər. Sizə səmimi deyim, bu gədər yüksək səviyyəli hazırlıq və belə yüksək performans gözləmirdi. AİR-çilər məni işə yanaşmaları, brendinq bilikləri, təqdimat qabiliyyətləri və ən əsası zəhmetsevərlikləri ilə valeh etdilər.

Bugün dostlarımızla Bayram günlərindən istifadə edərək söhbət edirdik. Ümumi olaraq hərə öz işindən, problemlərdən – uğurlardan danışırdı (bunu biz tez-tez edirik). Bu danışıqlarda bir xətt açıq şəkildə sezilirdi. Bizim hər birimizin danışığında sata bilməmək qorxusu var edi. Daha sonra məlum oldu ki, sata bilməmə qorxusu olmasa heç marketinqə eytiyac qalmır.

Əziz oxucu Qurban Bayramı münasibəti ilə Sizi ürəkdən təbrik edirəm. Arzu edirəm kəsdiyiniz Qurbanlar qəbul olsun!

Qurban Bayaramı sadəcə “şənlik” və ya “bayram” mühiti deyil. Bu bayram adı ilə çox saylı əlavə dəyərlər, çox saylı insanı hisslər, münasibətlər formalaşır. Mən bu yazıda Qurban Bayramının yaranma keçmişi və ya əhəmiyyəti barədə danışmaq istəmirəm. Məqsədimiz bir-az fərqlidir.

Qarşıdan Qurban Bayramının gəlməsi ilə bağlı məndə anadan olduğum şəhərə gəlmişəm. Yevlaxda olanda özümü çox rahat hiss edirəm, elə bilirəm burada stress-nervi yoxdur. Əsində düz bilirəm. Amma bu dəfə Sizə Yevlaxda keçirdiyim rahatlıq hisslərindən yox, bloqda daha əvvəl heç vaxt danışmadığımız bir sahə – şəxsi brendinqdən danışmaq istəyirəm. Şəxsi brendinqin əsas elementlərindən biri insanların özlərini ifadə etmək üçün istifadə etdikləri atributlardan yazacam.

12
Close