image_pdfimage_print

Bugün sosial şəbəkələrdə ən çox paylaşılan video əlbətdə ki, aşağıda Sizlərində görə biləcəyi rolik oldu. İstər işə yanaşma, istər auditoriyanın seçimi, istərsədə informasiyanın verilmə tərzi maraqlıdır.

Əlbətdə bu videoda çoxlu strateji marketinq səhvləri var. Lakin bizim məqsədimiz bu haqda danışmaq deyil. Əsas odur ki, burada insan əməyi var. Əsas odur ki, bu videoda yenilikçilik, innovativlik var. Bu əladır!

Reklamın yaratdığı rezonans məndə belə bir əminlik yaradır ki, Azərbaycanda tezliklə epataj reklamlar erası başlayacaq. Bugün bazar buna hazırdır, bugün bazar belə kommunikasiyanı tələb edir. Bilirsiz niyə?

Birincisi mən hesab edirəm ki, Azərbaycan hər nə qədərdə konservatizm, dini adət-ənənələr haqda danışsada belə informasiyalara daha çox maraq göstərir. Bilirsizdə AİDA metoduna görə ilk məsələ diqqətin çəkilməsindən başlayır. Təəsüf ki, bizim diqqətimizi seksual xarakterli tezislər, məlumatlar daha çox (və tez) çəkir. Marketoloqlar bundan istifadə etməlidir və edəcək.

İkincisi bizim ölkədə reytinqli verilişlərin tərzi və ya verilən xəbərlərin manşetləri sübüt edir ki, biz özdə “Yox, Yooox, Yooooox” desəkdə, ürəyimizdə açıq-saçıq şəkillərə daha diqqətlə baxırır. Üzdə “bu nə biyabırcılıq?!” deyib, hansısa erotik başlıqla xəbəri axırıncı “nöqtəsinə” qədər oxuyurur. Birdə nesə qaçırdarıq! Mənim yaxın tanıdığım məhşur bir yerli xəbər saytı deyir ki, xəbərin adı “Filankəs soyundu…” tipli olanda oxunma sayı rekord qırır.

Üçüncüsu daha əvvəl bu sosial mediyada az qala “xalq düşmənləri” adlandırılan Milla reklamı sübüt etdi ki, Azərbaycanda seksual reklamlar “bazarı” var!) Başqa sözlə desək biz sosial şəbəkələrdə satıcıya görə bu video vasitəsi ilə Milla-nı əla reklam etdik.

Sizə tam səmimi deyim, bugün brendlər özlərini “seksual” olaraq göstərməklə ciddi bazar payı qazana bilərlər. Bunu heç bir brend etmək istəmir – NİYƏ?! Səbəbləri müxtəlif ola bilər. Lakin bir məsələ konkretdir: bunu edən brend güclənəcək və bazarda boş olan mövqeylənmə “nişasını” tutacaq.

Mənim gözümdə bir çox yerli brendlər var ki, onlar özlərini sözü gedən istiqamətdə mövqeyləndirə bilərlər. Məsələn, ağlıma ilk gələn brendlərdən Madeyra (mebel), Sabina (parfümeriya), Romantic (geyim), Music Gallary (texnika) və s. tanınmışlar ola bilər.

Həmçinin bu bazara yeni girmək istəyən brendlər üçün əvəzsiz imkandır. Tezliklə biz Azərbaycan TV efirində belə reklamlar görəcəyik. Bu yaxşıdır və ya pis?! Başqa bloqun mövzusudur!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

4 Comments

  1. Biz çox gözəl millət olsaq da minuslarımız da var. Hər şeyi avropalılardan,Amerikadan götürməyə qoçağıq. Götürməy desəy yenə yaxşı,yamsılamağda,eynisini təqlid etməydə ustadıq. Yəni örnəy olaraq götürdüylərimizi heç nəyimizlə özümüzünküləşdirə bilmiriy . Eynisini kopyalamağa çalışırıq. Seksual xarekterli reklamlar xaricdə çox yayılıb,amma bunun əslində məntiqi nəticəsi də var axı. Yəni həmin insanların bununla bağlı dəyərlərinin,düşüncələrinin özülündə fərqliliy yatır. Və buna görə də bu cür reklamların çəkilməsi adiləşir. Bizimsə bir azərbaycanlı olaraq önəmsədiyimiz dəyərlərimiz başqadır. Bu cür reklamların yayılmasına və hətda çəkilişinə belə bəzi qadağalar qoyulmalıdır məncə. Başımızı bir başqa cür işlətməliyik,insanları inandırmağın daha bir yolu olmalı. Bu iş insanların şəhvani hissləri ilə oynamaqla olma bilməz və bunun adı REKLAMÇILIQ DEYİLDİR. :)

  2. Nəyə görə Ideal yox Sabina? :)

  3. Cunki mushayidelerime gore Sabina marketinqde aktivleshmeye ciddi ehtiyyac duyur. Ideal daha aktivdir Marketinqde. Bele reklamlar daha cox aktivleshmek isteyen brendler ucun evezsizdir

  4. Jezyk Wloski

    Uwazaj z wyborem marzen. Marzenia sie czasem spelniaja. I z marzen mozna zrobia konfitury. Trzeba tylko dodac owoce i cukier :-) cyt: S. Lec…

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close