image_pdfimage_print

Azərbaycanda çox dəhşətli biznes xəstəliyi var. Bilirsiz nə?! Oğurluq. Əslində dəhşətdir. Amma reallıq.

Bu yaxından yaxın dostumla söhbət edirəm. İşlərdən danışırıq və s. Hiss edirəm ki, kefi yoxdur. Məlum olur ki, işçisi hesabatlarda “qarışıqlıq” edib və pul oğrayıb. Bilirsiz, əslində adama pis təsir edən oğruluq deyil. Daha sonra deyəcəm məsələ nədir.

Daha bir dostum reklam şirkətinin sahibi olaraq “əl aparıb, qan gətirir”. Əməkdaşı reklam şirkətinin adından istifadə edərək, sifarişləri başqa bir frilansərə ötürürmüş. Şirkət sahibinin xəbəri olmadan 10 minlərlə pul müştərilərdən alınaraq işlər frelanserlər tərəfindən işlədərək cibə qoyulurmuş. Kadra baxın…

Bu yaxında öz işimdə son dərəcə inandığım bir nəfərin əməlli-başlı maxinasiya etdiyi tuturam. Tam təsadüfi. Adam bicə borclu müştərilərdən pulları alıb cibinə qoyurmuş! Çox sadədir hə?!

Bilirsiz dəhşət nədir?! Bu adamlar belə işləri təbii iş hesab edirlər. Mən bilirəm ki, həyatda haram pulu yemək olmur. Əlbətdə bu “insanlar” oğradıqları pulları xeyrə xərcləyə bilməzlər. Amma adam çox pis təsir edir.

İnanın mənə, söhbət pulda deyil. İnsana pis təsir edən uzun müddət boyunca belə tipli “adamlarla” birlikdə işləməkdir. Birdə təbii ki, insanı gic yerinə qoyanda adam pis olur.

Hərdən mənim ürəyimdə bir inam olur. Mən inanıram ki, bu tip biznes əxlaqsızlıqları sovet tərbiyəsinin bizə buraxdığı mirasdır. İnanmaq istəyirəm ki, planlı iqtisadiyyatdan “oğramaq” adi hal hesab edilirdi. Hamı oğrayırdı. Amma belə pis halları cavanlar edəndə… mən sadədə dəhşətə gəlirəm.

Bu adamlar əslində nə edirlərsə özlərinə edirlər. Karyeralarını, adlarını, gələcəklərini batırırlar. Biznes əxlaqsızlıqları əlbətdə hər zaman, hər yerdə olur. Amma bizdə bu “normadan” çoxdur və bəzən təbii qarşılanır.

Bugün məndən soruşsalar ki, ölkədə biznesin inkişafına ən çox nə mane olur?! Mən heç düşünmədən – kadrlar, kadrlar və bir daha kadrlar deyərdən. Vəziyyət açınacaqlıdır!

Məqsədsiz işçilər, əli əyri işçilər… bir sözlə dəhşət!

Umid edək ki, butün bunlar sovet dövrünün qalıqlarıdır və tezliklə daha şəffaf gələcək gəlir. Bu gələcəkdə sahibkarlıq ixtisaslı, bilikli, həvəsli və ən əsası düzgün işçilərlə təmin ediləcək. Hər şey əlbətdə yaxşı olacaq!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Ona oqurluq demirlar Ilkin m.) Sorushanda "ehtiyaci olduqu ucun borc goturduyunu" deyir.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close