image_pdfimage_print

Bugünlərdə özüm üçün maraqlı olan bir neçə məsələ aydınlaşdırmışam. İstəyirəm bu haqda Sizinlə söhbət edəm. Bilirsizdə sabah biz Marketinq AİR və NLP akademiya olaraq böyük tədbir keçiririk. Sevindirici haldır ki, yerlərimiz tam doludur. Bu baxımdan stresli günün sonunda Sizinlə sadəcə səmimiyyət edim.

Birinci müşahidəm. Bugünlərdə mən şahid olmuşam ki, Azərbaycan butün şirkətlərin ən böyük problemi kadrlardır. Ölkəmizdə biznesin inkişafı üçün sadəcə güclü, işi bacaran adamlar lazımdır. Bu adamlar isə qıtlığa çəkilib. Olanlar isə ya hansısa bir şirkətdə işləyir və onları ordan çıxarmaq mümkün deyil, ya öz bizneslərini qurublar və korporativ şirkətlər onlar üçün sadəcə maraqlı deyil, yada ki elə bir əmək haqqı istəyirlər ki, bunun müqabiləndə verdikləri dəyər aşağıdır.

Sizi əmin edirəm biznesin həcmindən asılı olmayaraq ölkəmizdə ən qıt resurs – insan resursudur. Butün Holdinqlərə işçi lazımdır.

İkinci müşahidəm. Bizim ölkədə yuxarıda dediyim birinci müşahidəmi gənclər heç curə müşahidə edə bilmir. Belkə gəncdirlər ona görə?! Bilmirəm. Amma bilirəm və görürəm ki, ali məktəblərimizdə bəzən gənclər özləri-özlərini aldadırlar. Onlara elə gəlir ki, guya onlar oxumamaqla kiməsə nesə edirlər… əslində isə gənclik öz qiymətli vaxtını boşa verərək daha pis vəziyyətə düşür. Oxumayan, vaxtlarını boşa xərcləyən gənclər mənim sadəcə gözümün düşmənləridir. Axı gənclik bizim gələcəyimizdir. Axı gənclik oxumasa, bizim gələcəyimizi necə işıqlı edə bilər?!

Ali məktəblərimizdə tələbələrin motivasiya sistemi olmalıdır məncə. Tələbə oxumağa, təhsil almağa motivasiya edilməlidir. Bizdə savadlı gənclər var. Amma biz istəyirik belə dostlarımız daha çox olsun.

Üçüncü müşahidəm. Azərbaycanda hamımız nedənsə narazıyıq. Dəhşətli məsələ budur ki, biz özümüzü heç curə görə bilmirik. Bu çox pisdir. Öz problemlərimizi görməməklə biz düzgün diaqnostika verə bilmirik. Nəticədə məsələlərin həlli mümkün olmur. Necə ki, diaqnostika qoyulmadan heç bir müalicə ola bilməz, eləcədə biznesdə müsbət dəyişklik edilə bilməz. Bizim marketinq menecerlər müştərini öyrənmədən reklam siyasəti hazırlayır, bazarı bilmədən yeni bazarlara girir, hədəfini təyin etmədən investitsiya qoyur və s. Bizim biznesdə ciddi qeyri-intelektual idarəetmə məsələləri hiss edilir. Bu çox pisdir.

Məsələni gəlizləşdirən yuxarıda sadalanan məsələlərin mövcudluğu deyil. Problem daha dərindir. Biz bu problemlərin olmasından xəbərdar deyilik.

Bugün dediklərim məsələlər ölkəmizdə biznes sahəsində olan demək olar ki trend problemlərdir. Əlbətdə bu problemləri həll etməyə çalışanda biz olmalıyıq. Necə deyərlər gedəcəyimiz yol hələ çox uzundur.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close