image_pdfimage_print

Daha əvvəl ki, yazılarda biz “gəbirdə” olan brendlər barədə söhbət etmişdik. Bu dəfə mən Sizinlə bu brendləri diri-diri gəbirə göndərən faktorlar barədə silsilə yazılarla danışacam. Birinci yazımız – distribyusiya sisteminə aid olacaq. Brendi öldürən cəlladlardan biridə – distribyusiyadır.

Mən çox saylı güclü brendləri zəif distribyutorlar tərəfindən necə məhv edildiyini görəndə sadəcə ürəyim ağrıyır. Bu “məhv etmə” prosesi Azərbaycan bazarında daha qabarıq şəkildə görünür. Səbəb çox sadədir. Bizim bazar qlobal brendlər üçün “cazibədar” görünmür və bizə diqqətlə yanaşmırlar.

Zəif distribyutsiyanın brendlərinin necə cəlladı olduğunu bir neçə real Azərbaycan misalında göstərəcəm. Amma qeyd etmək istəyirəm bu məsələnin ikinci tərəfidə var. Zəif brendlər güclü distribyutsiyanın əlində güclənir. Biz bu haqda bir neçə misal verəcəyik.

Yadıma gəlir təxminən 1-1,5 il bundan əvvəl avtomobilimi yeniləmək istəyirdim. Ağlımda olan avtomobil hər zaman olduğu kimi Mersedes E-klass edi və təbii ki, buna pulum çatmırdı (elə indidə çatmır). Başladım digər brendlərə baxmağa. BMW büdcəmə görə deyildi… (pulum olsaydı Mersedes alardım) heç xoşumada gəlmirdi. Ağlımda olan iki marka var edi: Audi A6 və ya Passat. Sizə tam səmimi deyirəm ki, AUDİ-nin o vaxt ki, distribyutorlarında qiymət və ümumi servis məntiqi o qədər aşağı səviyyədə oldu ki, mən ümumiyyətlə ölkəmizdə bu brendin olmadığına düşündüm. Ümumiyyətlə brendin gücüdə mənə çox zəif gəldi. Mən Passat aldım. Səbəb?! Səbəb çox sadə edi Euro Style LTD mənə gözəl xidmət təklif etdi. Mənim maşın və brend bir ə qədərdə xoşuma gəlməsədə distribyutorun gücü brendi yuxarıya qaldırdı. AUDİ kimi güclü brend isə həmin dövrlər Azərbaycanda ölmüşdü.

Daha sonra AUDİ-nin distribyutorunda dəyişiklik oldu. Bugün brend qlobal gücünü bərpa etmək üzrədir. Əminəm ki, tezliklə ölkəmizdə AUDİ-nin satış payı dahada artacaq.

Avtomobil sektorundan danışmışkən göz görə-görə ölən Volvo brendi yadıma düşdü. Zəif distribusiya brendi tam mənada məhv edir. İnanaq ki, tezliklə Volvo brendini bu “cəllad” distributorun əlindən alacaq.

Hyundai distribyusiyası bu mənada butün avtomobilçilərə dərs keçir. Dərsi adı təxminən belədir: “Zəif brend, güclü distribyusiyanın əlində necə güclənir?!”. Hyundai dünyada görmədiyi günə Azərbaycanda düşüb (yaxşı mənada). Əlbətdə burda distribyusiyada işləyən dostlarımızın əməyi böyükdür – burdan onlara salamlar!

Alpecin deyilən bir saç şampunu var. Bu brend Avropada ən tanınmış saç tökülməsinə qarşı vasitədir. Ölkəmizdə bu brendi “güya” distribyutoru var. Onlar sadəcə bəzi öz apteklərində bunu təklif edirlər və elə bilirlər… distribyusiya belə olur. Son dərəcə güclü və böyük satış potensialı olan brend zəif distribyutora görə məhv olur.

Qlobal səviyyədə zəif (yumşaq desək zəif) tanınmış Patchi şokoladları Azərbaycan güclü distribyutor sahəsində son dərəcə uğurlu şəkildə biznes aparır. Əvəzində Lindt bazarda yoxdur… desək yanılmarıq. Lindt kimi brend üçün Azərbaycanda təmsil olunma səviyyəsi elə YOX-a bərabərdir. Səbəb təbii ki, cəllad distribyutordur.

Ümumiyyətlə sektorundan, gücündən, müştərisindən asılı olmayaraq distribyusitsiya brendinq fəaliyyətindən çox vacibdir. Təsadüfi deyil, P&G bu proses “sıfırıncı həqiqət anı” adlandırılır.

Növbəti yazılardan brendi öldürən digər cəlladlar barədə yazacam.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

2 Comments

  1. Ilkin m. yazinizdan bela naticeye geldim ki, istehsalci deyer zenciri yaratmaqla mushtari memnunluquna nail olur!?

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close