image_pdfimage_print

Beləliklə biz dostlarımızla birlikdə bir daha sübüt etdik ki, Azərbaycanda intelektual biznesə, intelektual yanaşmalara ehtiyyac var. Biz 28 Cinemanın ən böyük zalında 260 nəfərlik salona, 310 nəfərlə anşlaq hesab edilən bir təlim təşkil elədik. Dostlarımızla birlikdə mükəmməl bir gün yaşadıq. Hər şey super oldu!

Tədbirimiz Azərbaycan biznes icmasını aşağı-yuxarı tam əhatə edirdi. Ölkəmizdə sektor lideri olan butün şirkətlər istər FMCG, istər Pərakəndəçilik, istər qeyri-hokümət sektoru, istər GSM, istər bank sektoru, istər istehsalçılar, istər konsaltinq və təlim şirkətləri bir sözlə ölkənin lider olan şirkətləri bizim tədbiri gəlmişdi. Sizə səmimi deyim, açılış çıxışını səhnədən etdiyim zaman çox heyacanlı, çox gururlu edim. Əla hissdir. Qurban olduğum hamıya qismət etsin!

Ümumiyyətlə Azərbaycanda son vaxtlar irili-xırdalı butün şirkətlər intelektual marketinqə ehtiyyac duymağa başlayıblar, sektorundan asılı olmayaraq. Mənim özümə çox saylı məsləhət xarakterli konsultatsiya alma təklifləri gəlir. Əlbətdə biz dost olduğumuz butün şirkətləri bu istiqamətdə maksimum bir yerdə işləməyə çalışırıq. Əslində dünən ki, tədbir bu tezisi bir daha sübüt edir. Ölkədə biznes daha sistemli formada olur. Bu çox yaxşıdır.

İştirakçılarımıza məlum olduğu kimi biz iki istiqamət üzrə dünən ki master-klassları təşkil etmişdik: marketinq və liderlik. Bu iki mövzünün bir arada olması heçdə təsadüfi deyil. Biz bu iki istiqamət üzrə öz konsaltinq xidmətlərimizi genişləndirməyi düşünürük. Bunun səbəbləri nədir?

Azərbaycanda şirkətlərin rəqabətqabiliyyətini artırmaları üçün sistemli brend idarəetmə, marketinq şərtdir. Məsələ burasındadır ki, bir tərəfdən ölkəmizdə marketinq tarixi yoxdur (hələ biz çox cavan ölkəyə bunun üçün), digər tərəfdən marketinqin özündə ciddi dəyişikliklər baş verir.

Düşünün ki, bugün hansısa bir gərarın verilməsi üçün “qalın” marketinq kitablarında yazılan 4P-ər işləmir. İnsanlar Facebook-a çekin etmək üçün gedəcəkləri restoranları, geyimlərini təyin edirlər. İnstagram müştəri davranışlarında yeni səhfə açır. İnternet bizim həyatımıza elə dərin girib ki, az qala biz hər şeyi internetdən edirik və s. Beləliklə bu prizmada yeni marketinq kosnsepsiyalarını ehtiyyac yaranır. Biz bu sahədə konsaltinq xidmətləri göstərərək, yeni marketinq alətlərindən istifadə edərək, ölkə biznesi daha üst səviyyəyə qaldırmaq istəyirik. Həmçinin biz dünən ki, təlimlə gənclərimizin “gözünü” açmalıyıq!

Liderlik mövzusuna gəldikdə isə deyə bilərəm ki, bugün biznesdə inkişaf etmək üçün, sahibkarlıq ruhunu yaratmaq və dərinləşdirmək üçün, yalnız təlimlər, yalnız kitablar azdır. Gənclər mütləq real keyslərlə liderlik mövzusunu mənimsəməlidirlər. Biz bu məqsədlə dünən ki, tədbirimizin ikinci hissəsində liderlikdən danışdıq. Azərbaycanda bu sahədə böyük boşluq var.

Mən hal-hazırda ölkənin iki ali məktəbində dərs deyirəm. Öz aramızda qalsın… burda dərs deməyimin bir məqsədi var: “Gənclərimizdə sahibkarlıq ruhunu, biznes düşüncəni inkişaf etdirmək. Onlara marketinqin praktik tərəflərini sevdirmək. Mən düşünürəm ki, hər qrupdan heç olmasa 5 nəfərdə həvəs yarada bilsəm… bu ölkəmizdə güclü kadrların yaranması üçün super bir şans ola biləcək!”.Dediklərimizə etmək üçün biz dərslərimizə maksimum çox hazırlaşırıq. Biz çalışırıq ki, İqtisad Universitetində, Turizmdə… ciddi biznes düşüncəli kadrlar olsun. Axı bunu biz etməliyik. Axı “öz ayranımıza” turş deməkdən, biz “ayranımızı” duz tökməliyik. Düzdür?!

Tədbirimizdə bizə dəstək olan yalnız, NLP akademiya,  Marketinq AİR və ya 28 Cinema deyil, öz iştirakları ilə bizim doğru yolda olduğumuzu göstərərək bizə dəstək olan butün dostlarımıza çox sağ ol deyirəm. Onlar olmasaydı… biz ölkədə biznes məntiqinin inkişafı üçün heçnə edə bilməzdik. Tək əldən səs çıxmaz!

Biz tezliklə daha böyük, daha sistemli, daha faydalı master-klasslar təlim sistemləri ilə tutduğumuz yolda hərəkət edəcəyik. Biz inanırıq ki, bu yolun çox uzun olsada, burada hər gün biz daha irəliyə gedəcəyik. Necə deyərlər: “Ayağımız qazdadır”

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close