Cavab №3

Bizim bloqun oxucuları üçün özəl olaraq bloqa ən çox verilən sualların cavablarını açıq şəkildə yazmağa gərara gəlmişik. Beləliklə həmin seriyadan olan yeni yazımız. Bu dəfə suallımız marketinqin əhəmiyyətini başa düşünlər üçün (deməli bloqun butün oxucuları üçün) çox maraqlı olacaq: “Niyə Azərbaycanda marketinq zəif inkişaf edib?”

Bilirsiniz ki, bugünlərdə Marketinq AİR təlimləri butün sürəti ilə davam edir. AİR-çi gənclərin marketinq sevgisi, onların istedadları məni həm sevindirir, həmdə gələcəyə inam yaradır. Çox tezliklə AİR məzunları ölkədə marketinq havasını tam “sifariş” verəcəklər. Bu yazıda mən AİR-ə deyəcəyim növbəti təlimin bəzi notlarınıda verəcəm.

Çalışdığım iki ali məktəb tələbələrinin düşüncələri ilə az-çox tanışam. Eyni zamanda bizim bloqun oxucuları bu sullara bir neçə defə müraciyyət etmələri təsadüfi deyil. Bugün Azərbaycanda marketinq və marketinqə olan maraq durmadan artır. Bu bizi çox sevindirir.

Maraqla paralel olaraq gənclər marketinqin sirlərinə necə yiyələnəcəkləri barədədə suallar verirlər. Onlar üçün qaranlıq qalan marketoloq olub-olmamaq deyil, necə marketoloq ola bilməkdir. Biz ilk olaraq ölkədə gülcü marketoloq olmaq üçün probləmlər barədə danışmaq istəyirik. Daha sonra konkret şəkildə nələlərin üzərində dayanmaq lazım olduğuna keçəcəm.

Azərbaycanda güclü marketoloq yetişməyinin ən birinci maniyəsi əlbətdə ki, ali məktəblərdir. Mənim yadıma gəlir doktorluq dissertasiyasını müdafiyə etdiyim zaman marketinq sahəsində elmlər dokturu olmuş alimi “əli çıraqla” axtarırdım. Düşünün ki, Azərbaycanda marketinq sahəsində elmlər doktoru yoxdur!

Ölkədə bu istiqamətdə çıxan (və ya çıxmayan) kitablarda vəziyyət heçdə urək açan deyil. Hörmətli alimlərimizin marketinq haqda yazdıqları qalın kitablarda marketinqdən başqa hər şey haqda yazılıb. Yazılıb düzgün deyil, tərcümə edilib.

Güclü marketinq menecerlər ali məktəblərə getmək istəmir. Akademik karyera üzərində işləyən marketoloqlar isə barmaqla sayılır (yəni marketinqdən müdafiyə etmiş və həqiqətən biznes sektorunda işləyən).

Biz hesab edirik ki, güclü marketoloq komandasının yaranması üçün ölkəmizdə ana dilində çıxan marketinq kitablarının sayı çox olmalıdır. Çox olması azdır. Bu kitablar kifayət qədər praktik əhəmiyyət kəsb etməlidirlər. Bizim sahə tətbigidir. Burada qalın kitab yazmaq yox, təcrübədən yazmaq lazımdır. Dəhşətli məqam burasındadır ki: kitab yazanın praktikası yoxdur, praktikası olanlar isə (az-çox praktikası olanlar) kitab yazmaq haqqında düşünmür.

Mən Sizə tam səmimi deyim. Bugün iki ali məktəbdə çalışmaq mənə böyük əziyyət verir və maddi tərəfdən tam maraqsızdır. Şəhərin probkalı yollarında, vaxtın az, işimizin çox olduğu vaxtlarda ali məktəbə getmək sadəcə resurs itkisidir (həm bizim öz təlimlərimiz var). AMMA və LAKİN!

Mən inanıram ki, ali məktəblərdə dərs deməklə tələbələrimizdə marketinqdə qarşı maraq, sevgi aşılaya bilirəm. Bilirsiz… müəllim tələbəyə fənni öyrətmir, sadəcə maraq oyadır. Həmçinin inanıram ki, ali məktəblərdə dərs deməklə digər dostlarımızın ali məktəblərdə dərs deməsini təşviq etmiş olarıq və s.

Bugün muasir biznes üçün marketinq həyatı əhəmiyyət kəsb edir. Artıq marketinq funksiyası olmadan həcmindən asılı olmayaraq heç bir biznesi uzunmüddətli aparmaq mümkün deyil. Bu baxımdan mən inanıram ki, tezliklə ölkəmizdə Marketinqin inkişafı üçün sistemli işlər görüləcək.

ƏLAVƏ OXUMAQ ÜÇÜN: