image_pdfimage_print

Nə az, nə çox artıq Embawood-a işlədiyimin 7-ci ilinə keçirəm. Yadıma gəlir bu şirkətə ilk dəfə gəldiyim günlər, yadıma gəlir bu şirkətdə keçirdiyimiz strestlər. Çox zaman dostlarımız “bir şirkətdə bu qədər necə işləmək olar?!” suallını verirdilər. Cavabım çox sadədir – “Mən Embawood çoooox sevirəm”. Lakin hər şeyin başlanğıc və son nöqtəsi olduğu kimi, çalışdığımız şirkətlərdə daimi deyil. Beləliklə…

BUGÜNDƏN EMBAWOOD-a YOLLARIMIZ AYRILDI

Mən bu yazıda Sizlərə ilk dəfə olaraq bəzi səmimiyyət sirlərini açmaq istəyirəm. İlk əvvəl deməliyəm ki, bu şirkətdə çalışdığım hər bir gün, hər bir epizod mənim üçün bir həyat dərsidir.

Embawood Azərbaycanda yeganə şirkətlərdəndir ki, işçiyə həqiqətən dəyər verir. Dəyər verir ifadəsi burada iki mənalı tətbig edilir:

  1. Şirkət hər bir işçisinə dəyər verərək daha yaxşı yaşaması, daha yaxşı işləməsi üçün əlindən gələni edir. Mən bir çox yerli və ya xarici şirkətlərdə əməkdaşlıq etmişəm… lakin Embawood-a olan ab-hava mükəmməldir!
  2. Şirkət hər bir işçisinə dəyər verməklə ona əlavə biliklər, əlavə bacarıqlar verir. Embawood Azərbaycanda əsl biznes, marketinq məktəbidir. İstər şirkət daxilində olan çox saylı treninqlər, istər xarici ölkələrə göndərmək… Embawood-a işləmək əsl xoşbəxtçilikdir!

Embawood şirkətinin əsas fərqləndirən xüsusiyyətlərdən biridə məhz kollektiv faktorudur. Əziz oxucu, mənə hərdən elə gəlir Azərbaycanda ən say seçmə, səmimi, saf adamları bu şirkətə yığıblar. Şirkətdə Top menecmentdən başlayaraq ən xırda işçiyə qədər – əsl insandırlar! Düzdür… hər bir yerdə olduğu kimi “meşə çaqqalsız olmaz”… amma bizim şirkətdə “çaqqallar” gözü görünmürdülər!

Kollektiv dediyimiz zaman biz şirkət sahiblərinə toxunmaya bilmərik. Əmin olun, istər intelektual səviyyəsi, istər biznes viziyonu, istərsədə sırf insanlıq paramertlərinə görə Embawood sahibləri mənim kumirimdirlər. Butün dostlarımıza belə sahibkarla birlikdə işləməyi qismət olsun…

Təbii ki, Sizin ağlınızda belə bir sual formalaşır: “Bəs belə gözəl şirkətlə yollarımızı niyə ayırdıq?!“. Mən bu suala bir neçə prizmadan baxmaq istəyirəm.

Birincisi hər şeyin olduğu kimi, işçinində şirkətdə bir həyat tsıklı olur. Heçnə əbədi deyil. Mən Embawood-a bugün durğunluqdan tənəzzulə doğru hərəkət edirdim (bilirsizdə marketinqdə həyat tsıklı anlayışı var: yaranmaq, inkişaf, durğunluq, tənəzzül). Şirkətdə gedən proseslər rutin xarakterli edi. Ona görə yox ki, bizdə Marketinq rutin edi – Qətiyyən YOX. Sadəcə mənim üçün bu proseslər maraqsız, eyni, digərindən fərqlənməyən… bir sözlə rəngsiz görünürdü. Bunu mən 2013-cü ildən ciddi şəkildə hiss etməyə başlamışdım.

İkincisi mən hesab edirəm ki, mebel sektorunda biz kifayət qədər iş təcrübəsinə malik olduğumuzdan hər bir gün mənə daha az şey öyrədirdi. Yəni: mən hiss edirdim ki, 2012-ci ildə daha çox öyrənmişdim, nəyinki 2013… və s. Bizim sahədə daimi öyrənmək, daima öz üzərində işləmək şərtdir. Marketoloq daim “formada” olmalıdır. Bunun üçün əlbətdə həyacan, daimi stres və maraq (bəzən intriqa) olmalıdır. Mən bunu Embawood-a hiss etmirdim.

Üçüncüsü şirkətdə struktur dəyişiklikləri baş vermişdi. Marketinq funksiyası bir neçə strukturun tərəfindən idarə edilirdi. Burada bizim Embawood-a olan dostlarımız məncə ciddi səhvlər buraxmışdılar. Marketinq xaotik olaraq bir neçə çətin idarəedilən strukturlar tərəfindən aparılırdı. Koordinasiya problemi var edi. Bu özünü brendlərin mövqeylənməsində və ümumi marketinq-miksin səhv istiqamətdə getməsində aydın şəkildə göstərirdi. Mən hər zaman biznesdə sadəlik prinsipini ən ali prinsip hesab edirəm. Marketinq özündə: brend idarəetmə, reqional satış, reklam, reqional nümayəndəliklər kimi bir-birləri ilə xətti bağlılığı olmayan strukturlar tərəfindən “bölüşdürülmüş” şəkildə aparılırdı… bu mənə işdə həzz vermirdi… Həzz almadığım üçün bəzən vəzifə öydəliklərimi belə səhv (pis) yerinə yetirirdim. İşdə azart yox edi! İş mənə “kayf” vermirdi!) Bilrisizdə həyacan biznesdə şərtdir.

Dördüncüsü (bəlkədə ən əsaslarından biri) mən aktiv şəkildə şəxsi biznes üzərində işləyirdim (işləyirəm). İşdən azad olmaqla birinci mərhələdə mən öz biznesimi sistemli vəziyyətə salmağı hədəfləyirəm. Praktikada “sistemli biznes” qurmaq bir o qədər asand deyil. Bunun üçün birinci mərhələlərdə ciddi fiziki və zehni əmək tələb olunur. Mən inanıram ki, mən ümid edirəm ki, boş vaxtımdan düzgün istifadə edərək mövcud olan bizneslərimi dahada güclü edə biləcəm. Ruzini Qurban olduğumuz verir. Biz sadəcə hərəkət etməliyik!

Beşincisi konsaltinq fəaliyyət bu aralar dahada artmağa başlamışdı. Yerli şirkətlər marketinqə, biznesə daha ciddi əhəmiyyət vermək istəyirlər. Bilmirəm niyə – amma məni belə şirkətlər çox tapır. Mən işdən çıxmaqla bu işlərə daha çox vaxt ayıra biləcəm. Bu mənə öz biliklərimi (potensialımı) tam açmağa şərait yaradacaq, inşallah!

Mən inanıram ki, güclü marketoloq olmaq üçün şəxsi biznes çox vacibdir. Açığı deyim biznesi başa düşmək üçün “qalın” kitab yox, sırf təcrübə lazımdır. Təcrübədə şəxsi biznesdə daha tez formalaşır. Marketoloqun şəxsi biznesi mütləq olmalıdır. Konsaltinq fəaliyyətində mən marketinqi daha dərin başa düşürəm. Bu işlər mənə həzz verir!

Sonda arzu edirəm ki, Azərbaycan Embawood kimi əfsanə olacaq şirkətlərin sayı çox olsun. Butün marketoloq dostlarımıza isə belə şirkətlərdə işləmək arzulayıram.

Mən ürəyimdə heç vaxt Embawood ayrıla bilmərəm. Bu şirkət İlkini – marketoloq edib, bu şirkət İlkindən az-çox tanınan eskpert edib. Mən hər zaman bu şirkətə sadiq işçi olacam və bu şirkətə (kollektivinə, sahiblərinə, müştərilərinə) hörmətim sonsuz olacaq.

Birdə mən bu şirkətin ən yaxşı müştərisi olmağı hədəfləyirəm. Mənim Embawood və Madeyra brendlərində dilerliyim var. Çalışacam mağazalarımız nümünəvi olsun!

Mən isə butün yeniliklərə, butün təkliflərə açığam. İş fəaliyyətimi daha aktiv aparmağı düşünürəm.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

12 Comments

  1. addiminiz teqdire layiqdir mence. Cunki arqumentleriniz dogrudur ve haqlidir.

  2. Ilkin bey, yeni ish heyatiniz ugurlu olsun!

  3. Size sexsi ve is heyatinizda bol bol ugurlar,en esas olan bu qerara meqsedyonlu ve uzundonemli dusunerek gelmenizdir ki bu da tecrubenizden qaynaglandiginin bariz numunesidir.Sexsi biznes heqiqeten de insani herzaman islerinde dusuncesinde ve yasaminda dinamik ve daha creative olmaga sozv edir.Ugurlar!

  4. Bashari bir surecdir.. Bu surecde Size en boyuk dileyimiz UGURLAR!

  5. Ilkin bey, qerarini alqishlayiram. Izahatin da chox xoshuma geldi. Eger Konsalting biznesi ile daha ciddi meshgul olmaq planin varsa, bil ki, Marketinq Cemiyyeti her zaman oldugu kimi senin yanindadir ve sene yeni biznesinin ugurlu olmasi uchun her cur destek vermeye hazirdir.

  6. Rahim muellim cox sag olun! Diggetiniz ve destiyiniz guven verir!

  7. İlkin bəy, yeni qərarınız yeni uğurlarınız üçün başlanğıc olsun, İnşallah!

  8. Hər şey yaxşılığa doğru baş verir. Uğurlar!

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close