image_pdfimage_print

Qlobal brendlər öz istehsallarını durmadan Çin, Meksika, Tailand kimi ölkələrə keçirdikləri dövrlərin sonu çatır. Bugün artıq dünyanın ən böyük portativ kompyuter istehsalçısı, Lenova belə Amerikada fabrikini açır. Təsəvvür edirsiniz?! Çin brendi Amerikada fabrik açır və tezliklə Almaniya istehsal qurulması planlarını açıqlayır. Bugün dünyada yeni bir trend meydana gəlir. Sizinlə bu haqda danışmaq istəyirəm.

Yadıma gəlir təxminən 3 il bundan əvvəl German Studio şirkətini qurmaq üçün Almaniyaya getmişdim. Mebel sektorunda son dərəcə tanınmış bir brendlə danışıqlar aparırdım. O vaxt məni çox təəcübləndirmişdi ki: “axı niyə, alman şirkətləri Çinin ucuz işçi güvvəsindən az istifadə edirlər?”. Alman menecerinin sözü indiyədək yadımdadır: “Alman şirkətlərinin əsas rəqabət gücü məhz alman tərzli işləməkdir. Heç bir Çinli bizə bu verə bilmir. Biz bilirik ki, Çin gedən Amerika şirkətlər gec-tez geriyə qayıdacaq. Biz isə hər zaman öz keyfiyyətimizi qoruyacağıq”. Bugün mən əmin oluram ki, alman partnyorumuz düz deyib.

Bugün artıq Ford, Apple, Dodge, GM, Chrysler, Packard, GE kimi Amerika şirkətləri öz fabriklərini yenidən Amerikaya köçürürlər. Səbəbləri çox sadədir.

Əgər 1998-ci ildə Çində bir işçinin ortalama bir saatının dəyəri 0,8 dollar edisə, bugün bu rəqəm 9 dollara qalxıb. Boston Konsaltinq Qrupunun apardığı araşdırmalara görə 2020-ci ilə qədər Çində ortalama bir işçinin saat hesablı əmək haqqısı hər il 17-20% arasında daha yuxarı olacaq. Müqayisə üçün bu rəqəm Almaniyada 2,5%, ABŞ-da 3%, Polşada 6% bərabərdir. Bununla belə adı çəkilən ölkələrdə işçilərin məhsuldarlığı Çindən ən azı 3 dəfə daha çoxdur. Düşünsək ki, ortalama məhsulun hazırlanması xərclərində, işçi güvvəsinin payı 25-30% keçmir. Başa düşülür ki, Çin gələcəkdə heç cürə ucuz istehsal yeri hesab edilə bilməz. (eləcədə digər ölkələr)

Məsələn, nəqliyyat xərcləri Çindən durmadan artır. Əgər 2006-ci illərdə Çindən ABŞ-a bir 40 tonluq konteynerin qiyməti 1200 dollar edisə, bugün bu rəqəm 3500 dollar ətrafında dəyişir.

Buraya elektrik enerjisi xərclərinidə gəlsək, məsələ Çin üçün dahada acınacaqlı olur. Çində elektrik enerjisi sənaye təyinatı üzrə, Almaniyadan 50% daha çoxdur. Bu əslində öz istehsallarını ucuz işçi güvvəsinə görə Çin aparmış şirkətləri üçün növbəti ciddi zərbədir.

Boston Konsaltinq Qrupunun apardığı digər araşdırma istehsalçı davranışları haqqındadır. Çin istehsalı heç cürə – keyfiyyətsiz mal sindromuna qalib gələ bilmir. Bu bu ölkənin istehsalçı imicini dahada aşağı salır. İnsanlar eyni məhsullun ABŞ və Almaniya istehsalı olmasına görə əlavə pul odəməyə hazırdır.

Ümumiyyətlə istehsalın yerləşdirilməsi prosesində iki ana məntiq olur: ya istehsal xammala yaxın yerdə olmalıdır, ya müştəri yaxın yerdə. Mən hesab edirəm ki, 21-ci əsrdə yalnız və yalnız ikinci məntiqlə qurulan istehsalçı fabrikləri uğurlu ola bilir. Bunu öz iş təcrübəmdə dəfələrlə şahidi olmuşam. Ucuz xammala aksent edilərək açılan fabriklər tezliklə tam uğursuz olur. Eyni zamanda tam əksinə. Müştəriyə yaxın olmaq bugün ən vacib rəqabət üstünlüklərindəndir.

Bu baxımdan uğurlu biznes, istehsal məntiqi xərclərin azalmasının üzərində deyil, məhz xidmətin səviyyəsinin üzərində olmalıdır.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

3 Comments

  1. Ilkin salam,senin yazın diqqətimi cəkdi.Sən bunu təkcə Cinə aid edisen yəqin.İstehsal istehlakciya yaxin olmalidir fikri absurddur.Senin fikrin qloballaşmanı inkar edir.Yəni alman alman ücün ,amerikali amerikan ücün istehsal etməlidir,Onda Bəs TMŞ-lər haqqinda bunu nece izah edərsən.Senin fikrinə görə ucuz işci qüvvəsi artıq movcud deyil. Ucuz işci quvvəsi qlobal şirkətlərin movcudlugunun əsas amilidir.Onu qeyd etmək istəyirəmki, istehsalcinin müstəridən uzaqlıgini həmişə araliq saticilar aradan qaldirir.Belə bir tendensiya hansisa amilin təsiri nəticəsində,(sənin misalındakı kimi Cində isci qüvvəsi bahalaşıb.) verə bilər.

  2. Müslümat xanım… bloqu oxuduğunuz üçün çox sağ olun. Yazdıqlarınız kommentlər tipik iqtisadi yanaşmalar cəhətdən çox doğrudur. AMMA… Qlobal şirkətlərin uğuru ucuz işçi güvvəsinde olması… ciddi müzakirə predmeti ola bilər. Ümumiyyətlə 21-ci əsrdə qloballaşma varmı?! Ümumiyyətlə 21-ci əsrdə qlobal şirkət varmı?! Qlobal brend demək istəyirsinizsə… burada tamamiylə fərqli (başqa) biznes yanaşmalar var. Bugün dünya qlokallaşmanın üzərində inkişaf edir. Belə olmasaydı McDonaldsda dönər olardımı?! Belə olmasaydı Crest – Blendoment olardımı?! Belə olmasaydı Google – Azərbaycanımızın Respublika gününü təbrik edərdimi və s. Əlbətdə alman – alman üçün istehsal etməli deyil… amma alman post-sovet ölkələri üçün avtomobili Rusiyada istehsal etməlidir. KONKRET misallar. Biz iqtisadi nəzəriyyə elmini çox sevirik, amma biznesin iqtisadi nəzəriyyədə yazılan qədər asand (və ya gəliz) olduğundan əmin deyilik və s. Sağ olun ki, bloqu belə diqqətlə oxuyursunuz. Mən uzun komment yazan deyiləm, Sizə qarşı olan hörmətim böyükdür buna görə yazıram!!!))

  3. Muasir dovurde paradoksda olsa Cin sirketleri hal hazirda bir cox olkelerde istehsal qurur ve lahiyelerde istirak edir.

    Bezi Amerikan sirketlerinin Cin-den cixib oz olklerinde istehsal qurmasinin diger sebebi dovletin is yerlerinin olke daxilinde coxalmasi ucun muracietidir.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close