image_pdfimage_print

Bugün Marketinq AİR çərçivəsində birinci təlim günümüz oldu. Açıq deyim iştirakçıların mövzuya marağı məni çox sevindirdi. Ona görə yox ki, brendinq mənim ən sevdiyim marketinq sahəsidir. Sadəcə bugün biznes brendinq fəaliyyətinin üzərində qurulur. Heç bir şəkildə biz öz işimizi brendinqlə məşğul olmadan qura bilmərik. Bunu Marketinq AİR iştirakçılarıda yaxşı başa düşürlər.

Marketinq AİR təlimləri çoxdan başlasada mənim ilk dərsim olduğundan çox həyacanlı edim. Bizim bu dəfə olan məzunlarımız çox səmimi və nəticəyə yönəli görünürlər. Elə bir Azərbaycan ən istedadlı gənclər yığılıb Marketinq AİR təlimlərinə gəlirlər.

Biz birinci dərsimizdə brend yaradılmasının 3 addımını öyrəndik. Başqa sözlə desək uğurlu brend yaratmaq üçün Azərbaycan şəraitində hansı alətlərdən istifadə etmək lazımdır suallına cavab verməyə çalışdıq. Təbii ki, dediklərimiz mövzuların yaddaşlarda qalması üçün ev tapşırıqları verildi.

Mən inanıram ki, ev tapşırıqlarında bir çox kreativ yeni brend ideyalar meydana gələcək. Həmçinin biz ev tapşırıqlarını komanda şəklində verərək gələcək məzunlarımıza komanda işini aşılamağa çalışırıq. Bu vacibdir. Muasir korporativ mühitdə tək heç bir nailiyyətə nail olmaq olmur. Bizim hədəfimiz isə Marketinq AİR məzunlarının biznes həyatında yüksək pillələrdə yer tutmalarıdır.

Sizə səmimi deyim mən Marketinq AİR təlimlərində dərs deməkdən mən əsl həzz alıram. Səbəb yalnız və yalnız məzunlar və Marketinq AİR təlimlərinə özəl olan auradır. Bizim təlimlərdə doğurddanda sehrli aura olur. Bizə gələnlər öyrənmək istəyirlər! Bundan yaxşı nə ola bilər?!

Oktyabr ayında bizim təlimlərimizin düz bir yaşı tamam olur. Bu bir il necə gəlib-getdiyini bilmədim. Hər şey əla edi. Biz Marketinq AİR 1, 2, 3… 13 illiklərini qeyd etməkdən əminik. Qurban olduğum nəsib etsə biz, təlimlərimizi yeniləməklə Marketinq AİR paylaşma konsepsiyasını daimi saxlamaq istəyirik.

Marketinq AİR təlimlərinin yaradıcıları olan RafiqAnar müəllimlərə belə gözəl fikir, belə gözəl məhsul yaratdıqları üçün dəfələrlə “çox sağ ol” desəm az olur. Sağ olun ki, belə mükəmməl aura yarada bilmisiniz!!!

Marketinq AİR 3 özünün xüsusi məzunları, həvəsli müəllim-qonaq tərkibi və əlbətdə ki, AİR 1 və 2-də olan pozitiv aura ilə seçilir. Mən çox inanıram ki, biz güclü AİR-lə çox güclü marketoloqlar toplusu formalaşdırmaq yolunda irəliyə gedirir. Bu yolda bizim “çiyin-çiyinə” gedən butün AİR-çilərə minnətdarlığımızı bildirirəm.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close