image_pdfimage_print

Bugün Marketinq AİR təlimlərində mənim növbəti dərsim oldu. Bu dərsimiz digər dərslərimizdən tam fərqlənirdə. Bu defə AİR-çilər özləri bizim tərəfimizdən verilən ev tapşırığına görə yeni brend yaratmalı edilər. Sizə səmimi deyim, bu gədər yüksək səviyyəli hazırlıq və belə yüksək performans gözləmirdi. AİR-çilər məni işə yanaşmaları, brendinq bilikləri, təqdimat qabiliyyətləri və ən əsası zəhmetsevərlikləri ilə valeh etdilər.

Mən hər zaman demişəm ki, bizim təlimlərimizin belə uğurlu alınmasının ən başlıca səbəbi AİR məzunlarında olan xüsusi auradır. Bu aura yalnız və yalnız AİR-çilərə xasdır. Bu aura ölkəmizdə Marketinq, biznes havasını dəyişməlidir və dəyişir.

Bu yaxında AİR məzunlarının kursları bitirdikdən sonra karyeralarına baxmışan. Hamısında yüksəlmə var. Bu bizi çox sevindirir. Bu bizim uğurumuzdur. Bu fakt bir daha sübüt edir ki, biz Marketinq AİR təlimlərini yaratmaqla düzgün iş görürük.

Mən Marketinq AİR çərçivəsində brendinq istiqamətinə ağırlıqlı öz bilik və təcrübəmi paylaşıram. AİR məzunları isə bugün ev tapşırıqları üzrə 7 fərqli kateqoriyada brendinq yaratmışdılar. Təlim adətən ən geci 9-da bitməli olduğu halda bugün 11-in yarısında bitdi… AMMA inanın mənə AİR təlimlərində ən çox həzz aldığım bir təlim oldu.

Yeddi təqdimatın hər birində düzgün ideya, düzgün brend yanaşma hiss edilirdi. Gələcək məzunlarımız ev tapşırıqlarını inanılmaz həvəslə həyata keçirmişdilər.

Birinci yerə – Milli Fast Food konsepsiyasını özündə əks etdirən brend çıxdı. Təqdimat konsepsiya mənim o qədər xoşuma gəldi ki və o qədər ticari hazırlanmışdı ki, mən heç düşünmədən “Siz təcili bu işin açın!” dedim. Lakin uğurlu olan yalnız birinci yerə layih görülmüş iş deyildi…

İkinci və üçüncü yerləri tutan “brendlərdə” istər konsepsiyası, istərsədə verdiyi dəyərlərə görə heçdə birincidən geriyə qalmırdı. Ümumiyyətlə butün prezentasiyalarda əsl AİR ab-havası hiss edilirdi. Mən sevinirəm ki, biz öz gələcək məzunlarımıza yalnız bildiklərimizlə deyil, həmdə pozitiv auranı paylaşa bilirik.

Birinci yer tutmuş komandanı bir daha bloq vasitəsi ilə təbrik edirəm. Tanıdığım butün gənclərə Marketinq AİR təlimlərini şiddətlə tövsiyyə edirəm. Bu təlimlər muasir biznesi düzgün başa düşməyə, mükəmməl networkinq qurmaq üçün bugün əvəzsiz məhsuldur. Axı biz AİR konsepsiyasında öyrətmək, deyil paylaşmaq məntiqini qoymuşuq.

Belə güclü tələbələrimiz, məzunlarımız və gələcək məzunlarımız olanda Marketinq AİR daha həvəslə iştirak etməyi arzulayıram. Hər bir Marketinq AİR məzunu digər AİR-çilərə əlavə dəyər motivasiya, sinerji qatır. Bu əladır.

Tezliklə AİR məzunlarının birlikdə yeni ilimizi qeyd etməyi düşünürük. Həmçinin Anar və Rafiq müəllimlərlə yeni AİR layihələri hazırlayırıq. Bizə ruh və güc verən isə təbii ki, Siz – güclü AİRçilərsiniz. Sağ olun ki, varsınız!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

3 Comments

  1. Lakin uğurlu olan yalnız birinci yerə layih görülmüş iş deyildi…BUNU ETRAFLI IZAH EDE BILERSIZ ????????

    • Men hesab edirem ki, dunen ki tegdimatda butun prezentasiyalar galib ede. Onlarin icerisinde elbetde 3 prezentasiya dahada ferglendi… Her uc prezentasiya birinci yere layig edi. Lakin galib bir nefer olur – ve oldu! Tebrik edirem haminizi AIR-ciler!

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close