image_pdfimage_print

Bugün dostlarımızla Bayram günlərindən istifadə edərək söhbət edirdik. Ümumi olaraq hərə öz işindən, problemlərdən – uğurlardan danışırdı (bunu biz tez-tez edirik). Bu danışıqlarda bir xətt açıq şəkildə sezilirdi. Bizim hər birimizin danışığında sata bilməmək qorxusu var edi. Daha sonra məlum oldu ki, sata bilməmə qorxusu olmasa heç marketinqə eytiyac qalmır.

Düşünün ki, Siz son dərəcə keyfiyyətli bir xarici təlimçi ilə Azərbaycanda master-klass etmək istəyirsiniz. İlk baxışdan işlərin pis getmə şansı çox aşağıdır. Hər şey ideal görünür. Amma bizim ürəyimizdə bir qorxu hissi olur – kifayət qədər dinləyici toplaya bilməmək. Nə baş verir?! Marketinq yada düşür. Yada düşür ki, təlimin keçəcəyi yer, qiymət, təlimçinin tanınmış olması və hədəf kütlənin məlumatlandırılması ən vacib xüsusiyyətlərdəndir. Beləliklə marketinqə ehtiyyac yaranır. Səbəb?! Əlbətdə sata bilməmə qorxusu.

Elektrik enerjisini 10 qəpik borcumuz olanda heç nəyə baxmadan kəsirlər. Bu hələ azmış kimi, işıqların “oynaması” elektrik enerjisi verən struktur üçün maraqlı deyil. Kimin hansı avadanlığı xarab olur-olsun. Xarab olduğu zaman bunun düzəldilməsi və ya üzr istəmək bu qurumun ümumiyyətlə ağlına belə gəlmir. Siz heç elektrik enerjisinə aid nesə reklam görmüsünüzmü?! Buna ehtiyyac yoxdur. Səbəb?! Səbəb çox sadədir, satmama qorxusu sıfıra bərabərdir. Beləliklə marketinqdə lazımsızdır.

Ümumiyyətlə marketinqin ən rəqabətli bazarlarda daha aktiv, daha professional olması təsadüfi deyil. O yerdə ki, rəqabət var – deməli satış problemi var. Satış problemi olan hər yerdə isə marketinqə ciddi ehtiyyac var və s.

Biz Marketinq AİR təlimlərində ilk dövrlərdə heç bir satış hədəfi qoymurduq. Ürəyimiz istəyən işi görürük. Marketinq AİR biznes deyil, bu sırf ölkədə marketiqin güclənməsi üçün bir layihədir. Bu baxımdan Marketinq AİR bir marketinq bazalı təlim olmasına baxmayaraq daha çox sosial marketinq alətlərindən istifadə edir. Səbəb?! Səbəb Sizin bildiyiniz kimi təlimlərdə hər dəfə anşlaq olduğundandır. Bununla bizdə sata bilməmə qorxusu olmur. Sırf simvolik olaraq Facemark saytı tərəfindən təlimlərimizi Facebook reklam edirik. Məqsəd daha çox tanınmaqdır və s.

Dediklərimiz belə bir nəticəyədə gəlmək olar: marketinq biliklərinizi dərinləşdirmək istəyirsinizsə satış problemi olan şirkətlərdən başlayın. Bu təcrübə Sizin üçün əvəzsiz olacaq. Məhz buna görə mən hesab edirəm ki, dövlət gürumlarında və QHT olan marketoloqlarda əsl marketinq olmur. Necədə ola bilər?! Axı bu adamlarda satmamaq qorxusu yoxdur.

Bu yaxınlarda Marketinq AİR olaraq bəzi yeni layihələr düşünürük. Bu layihələrdə həqiqətəndə bizim verdiyimiz dəyəri tam başa sala bilməmə qorxumuz var. Buna görə biz başlamadan ciddi olaraq marketinqlə məşğulub. Səbəb?! Səbəb yuxarıda dediyimiz kimidir. Qorxu varsa, marketinqə ehtiyyacda var.

Əziz oxucu, burada bir vacib məqama Sizin diqqətinizi cəlb etmək istəyirəm. Marketinq qorxudan yaransada, heç bir şəkildə qorxaqlıqla bir arada ola bilməz. Marketinq daim yeniliklərə açıq olmalıdır, bunun üçünsə isə heç bir şəkildə biz qorxaqlıq edə bilmərik. Daim yeniliklər gətirməliyik. Marketinqdə edilən ən böyük risk – risk etməməkdir. Bunu nəzərə alaq.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close