image_pdfimage_print

Bugün son dərəcə vacib və bəlkədə dünyada ən dəyərli peşə sahiblərinin günüdür. Müəllimlərdən ali, müəllimlərdən mügəddəs, müəllimlərdən cəmiyyətimiz üçün faydalı peşə sahibləri kim ola bilər?!

Yazını başlamazdan əvvəl müəllim sözünün Azərbaycanda dilində – öyrətmən deyə ifadə edilməsi daha düzgün hesab etdiyimi demək istəyirəm. Öyrətmən sözündə ifadə daha başa düşüləndir.

Yadıma gəlir, Ali məktəbin ilk kurslarında elmə-təhsilə marağım çox az edi. Oxumaq istəmirdim. Oxumağın mənasını başa düşmürdüm. Bir gün yaxın dostumun yanına gəlmişdim (digər ali məktəbə). Mənə bir müəllim haqda “qanlı-qanlı” danışırdı. Deyirdi filankəs müəllim bizi bezdirib! Dostuma dedim ki, o müəllimlə görüşmək istəyirəm. Müəllimin gəbula düşdüm. Müəllim, dostum oxuduğu fakultənin dekanı edi.

Mənim atamda digər Ali məktəbdə dekan vezifəsində çalışırdı və tanışlıq verdikdən sonra səmimi söhbətimiz alındı. O vaxt həmin müəllim mənə sözün əsl mənasında həyatı başa saldı. Otaqdan çıxar-çıxmaz Makkonell və Brue avtorluğu ilə olan Ekonomiks kitabını aldım. Bu kitabı oxuduqdan sonra iqtisadiyyatı başa düşməyə başladım və bu kitab məndən biznesə maraq oyatdı.

Mən bugünədək həmin müəllimi xatırlayıram. Görəsən biz müəllimlərimizin borcunu necə qaytara bilərik?!

Əslində son dövrlərdə cəmiyyətimizdə bəlkədə ən çox tənqid edilən sahə təhsil, ən çox tənqid edilən peşə isə müəllimdir. Bəzən biz müəllimlərin öyrətmək prosesində daha potensiallarını ortaya qoymadıqlarını deyirik. Biz hətta deyirik ki, müəllimlər dərsdə, mühazirələrdə heçnə öyrətmir və s. Bu fikirlərə mənim öz nəzər nöqtəm var.

Birincisi mən hesab edirəm ki, bügün Azərbaycan təhsilinin vəziyyəti cəmiyyətimizdə gedən proseslərə düz mütənasibdir. Hətta bizim təhsilimiz digər sahələrdən bir xeyli irəlidədir. Müəllimlərimiz isə digər peşə sahibləri ilə müqayisədə daha çox işləyir, daha çox xalgımız üçün faydalı iş görürlər. Məsələn Yol Polisi ilə müqayisədə etsək.

İkincisi ölkədə müəllimlərimiz haqda danışdığımız zaman əlbətdə biz sosial təminat barədədə düşünməliyik. Mənim atam və anam hər ikisi ali məktəbdə işləyirlər. Hər ikisi elm adamıdır. Çox təəsüf ki, sosial təminatda ciddi boşluqlar var. Əgər alim ayda 300-400 tam elə 500 manat pul alırsa… biz necə o alimdən yüksək səviyyəli mühazirələr gözləyə bilərik?! Amma bizim alimlər (müəllimlər) yaxşı mühazirələr etmək üçün əllərindən gələni edirler.

Üçüncüsü bugün müəllimlərimizin əsas problemi muasir texnologiyalardan ciddi geriyə qalmaqdır. Əlbətdə bu belədir. Lakin gəlin görək bugün innovatsiyanı izləmək üçün bizim müəllimlərdə motivasiya varmı? Mən bir daha sosial təminata qayıtmaq istəmirəm… amma motivasiya butün sahələrdə olduğu kimi təhsildədə əhəmiyyətlidir, vacibdir.

Tam səmimi gəlbdən bugün müqəddəs peşə sahiblərinin bayramlarını təbrik edirəm. Butün müəllimlərin qarşısında baş əyirəm. Mənə dərs demiş və ya dememiş. Müəllim olaraq çalışmayan, lakin bununla belə mənə bəlkədə müəllim peşəsinə sahib insanlardan qat-qat çox şey mənə öyrədən hər kəsin Bayramını təbrik edirəm.

Müəllim yalnız peşə sahibi deyil. Müəllim – Azərbaycanda hörmət, ədalət, bilik, insanlıq, ədalət kimi sözlərin sinonimidir. Bugün hər birimizin müəllimlərə ehtiyyacı var.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close