image_pdfimage_print

Məmməd müəllim yalnız İtalyan ayaqqabısı geyinir, onun qardışı Həsən müəllim avtomobil aldıqda Alman maşınından başqa heçnə sürmür. Qızının toyunda cehizlik olaraq Rumuniya istehsalı olan qonaq mebeli almışdı. Butün texnika isə Yapon istehsalı edi. Qız demişkən ondan hər zaman çox gözəl ətir gəlir. Yalnız Fransız ətri istifadə edirlər. və s. Əziz oxucu, biz hesab edirik ki, ildən-ilə belə söhbətlər öz aktuallığını itirir. Bugün ölkə brendləri məhv olur. Bu haqda Sizinlə söhbət edəcəyik.

Bugün bunu bənzər mövzumuz İqtisad Universitetində dediyimiz dərsdə oldu. Biz autsorsinq prosesindən danışdıq və əmin olduq ki, bugün qlobal brendlərin bir çoxu istehsalçı ölkə mənşəyini tam unutmuş durumdadır.

Düşünün ki, bir vaxtlar hansısa məhsulu almaq üçün biz (bəlkədə Siz baxmırdız) mütləq istehsalçı ölkənin nə olduğunu soruçurduq. Bəs indi?!

  • İndi dünyaya Amerika sərbəstlik tərzini “satan” Apple öz məhsullarını Çində istehsal edir. Baxın iphone telefonlarını arxasına. Made in China!!!
  • Bugün dünyada təhlükəsiz brend kimi gündəmə gələn brend Volvo, istehsalını Çinə keçirir.
  • Adidas dedikdə alman istehsalı düşünülən şirkət bugün artıq Tailanda istehsalını keçirib.
  • Araq dedikdə ağlımıza Rusiya gəlir (Ukrayna), realda araq brendlərin 90% qeyri-rus transmilli şirkətlərin əlindədir.
  • Mebel dedikdə ağla gələn ölkə İtaliyadır. Bugün?! Bugün dünyada istehsal edilən mebellərə görə İtaliya yalnız 4-cü yeri tutur. Çin, Almaniya, Amerikadan sonra…!
  • Avtomobil dedikdə ağla Alman maşınları gəlir. Amma bugün Daimlər AG öz istehsal potensialını aktiv şəkildə digər ölkələrə keçirir. Ştuttqartda olan fabriklərində yalnız ən bahalı və rentabelli modellərini saxlayırlar.

Belə misalları 10-la çəkmək olar. Məntiq çox sadədir. Ölkə brendləri öz aktuallığını itirir, bunun yerinə isə Sizin bildiyiniz əsl brendlər meydana gəlir və güclənir. Dediklərimizdən bəzi nəticələrə gələrək yazımızı tamamlayırıq.

  1. İstehsalın autsorsinqi prosesi trendə çevrilir. Əgər bir vaxtlar ölkə brendləri aktual edisə bugün bu trend əksinə işləyir. Bunun üçün məhsulun istehsalı olan ölkələr düşündüyümüz qədər aktual deyil. Şirkətlər aktiv şəkildə öz istehsalını autsorsinq edirlər.
  2. Ölkə brendlərinin ölməsi ilə, yeni daha sistemli brend menecment ortaya çıxır. Hətta ölkə brendləri çox güclü olan məhsul kateqoriyalarında belə məhsul brendləri ölkə brendlərini üstələyir.
  3. Müştərilər üçün qiymət əsas alış kriteriyasına çevrilir. Buna görə güclü brendlər daim xərclərin azalmasına çalışırlar.
  4. Ölkə brendi ümümi dəyərlərdir. Brendinqin gələcəyi isə fərdiyyatın üzərində inkişaf edir. Bu bir daha ölkə brendlərini zəiflədir.

Sonda bir vacib məsələyədə toxunmaq istəyirəm. Ölkə brendinqin dünyada ən yaxşı və sistemli edən ölkə – Almaniyadır. Made in Germany brendi gündən-günə güclənir. Bu yalnız müstəsna haldır.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

6 Comments

  1. Teşekkürler yazı üçün. Ümümiyyetle nedense dediyimiz dünya brendlerini bizim olküye getirenler bele yeni bir MARKA yaradacaq qeder kreativ deyiller. Mence beynimiz hele bunu bacarmır. Ama en azından indilikde hemin mehşur brendlerin istehsalını olkeye getirmey lazımdı mence. Eslinde o qeder de mehşur olması vacib deyil ve biz avtomobil istehsalında bunu hardasa biraz bacarırıq. En azından bu gün Naxcıvan istehsalı Lifan ve OKA maşınları var bazarda(elbetde payı çox azdır) .

    • Cox duzgun tesbitdir. Raziyam Sizinle. Guclu brendler yaratmag ucun bu shirketlerden cox shey oyrenmeliyik. Bununda en yaxshi yolu partnyorluq muqavileleri ile mushterek ishler gurmagdir.

      • Tam razı. Ən azından adamnan soruşarlar: Sən marka olmağı kimdən öyrəndin?…deyə. Dediylərinizi etməliyik. Yoxsa bu gedişlə 100 il də keçsə bizim Brend dediyimiz bir-iki meyvə şirəsindən,ərzaq mallarından ötəyə keçə bilməz. :)
        Bir daha bu dəyərli yazı üçün sağolun )

  2. Beli 2012-deki arasdiramalara gore de autsorsing yukselen trende sahib ilk 10-da yer alan idaretme texniklerinden biridir!

  3. Qəşəng yazıdır :)

  4. Eger brend yaratmaq isteyirikse ilk once daxili bazardan baslamaq lazimdir. Sozsuz bunu hokumetin desteyi olmadan etmek mumkun deyil. Olkede istehsal olunan eyni mallarin xaricden idxali mehdudlasmalidir. Birde ehali yerli istehsala ustunluk vermelidir. Hami basa dusmelidir ki, yerli mal almaq yeni is yerleri demekdir. Oz avtomobil brendlerimizi yarada bilerik Aziz, Naz, GA ve gelecekde hetta xarice ixracda etmek olar.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close