image_pdfimage_print

Qarşıdan Qurban Bayramının gəlməsi ilə bağlı məndə anadan olduğum şəhərə gəlmişəm. Yevlaxda olanda özümü çox rahat hiss edirəm, elə bilirəm burada stress-nervi yoxdur. Əsində düz bilirəm. Amma bu dəfə Sizə Yevlaxda keçirdiyim rahatlıq hisslərindən yox, bloqda daha əvvəl heç vaxt danışmadığımız bir sahə – şəxsi brendinqdən danışmaq istəyirəm. Şəxsi brendinqin əsas elementlərindən biri insanların özlərini ifadə etmək üçün istifadə etdikləri atributlardan yazacam.

Özünü ifadə məsələsi Azərbaycanda çox aktualdır. Bizdə varlılarda-kasıblarda, kişilərdə-qadınlarda, cavanlarda-qocalarda özünü ifadə etməyə ciddi ehtiyyac hiss edir. Adam başına düşən ən çox Porsche istifadə edən ölkə olmamızda, əslində təsadüfi deyil.

Mən son vaxtlar müxtəlif səviyyəli iş adamları ilə tez-tez təmasda oluram. Bir məsələni hiss edirəm. Bizdə biznesmenlər və dövlət məmurlarıda özlərini ifadə etməyə böyük ehtiyyac yaşayırlar. Adətən bu inkişaf etmiş ölkələrdə belə olmur.

Əziz oxucu, çox pis haldır ki, bizdə olan imkanlı adamların bir çoxu özünü bahalı əşyalarla ifadə etməyə çalışır. Dərt burasındadır ki, bu identifikasiya onların real obrazlarını uyğun gəlmir. Məsələn, Louis Vuitton brendini məğzini başa düşməyən adamın üstündə Louis Vuitton görmək, kredit Porsche almaq bizdə adi hala çevrilib.

Özünü ifadəni daha bir halı, uşaqlarda hiss edilir. Bu əlbətdə ki, uşaq tərbiyəsini “dəhşətli” zərbə vurur. Yadıma gəlir gızımı baxçaya apardığım vaxtlar bəzən elə valideyn olurdu ki, sırf özünü ifadə etmək üçün gəlirdi. Uşağın geyimi, sürücünün maşını, ananın iphone və s. Belə şəylər gətiyyən yol verilməzdir.

Bahalı şeylərə qarşı maraq özünü ifadənin daha bir növüdür. Məncə Sizində ətrafınızda “Mən filan şey geyinirəm” deyənlər çoxdur. Bu tip adamlar az-qala özlərini “brend-adam” və “armany-gız” kimi görmək istəyirlər.

Azərbaycan toyları özünü ifadənin daha bir parlıq elementidir. Bizim toylarda olan yeməklərin sayını və ən əsası toy bitəndən sonra artıq qalan yeməyi görəndə Sizlərdə şoka düşürsüz. Niyə heç kimin ağlına daha “şirin” toy etmək gəlmir?! Çünki toy bizim üçün özünü ifadə elementidir. Olurda…)

Özünü ifadənin daha “yumşaq” forması hansısa bir işə sahibliyi və ya vəzifəni göstərməkdir.  Mən belələrini çox görmüşəm, görürəm. Bu tip yuxarıda dediyimlərlə müqayisədə “toya getməli” olsada ümümi olaraq pisdir. Öz vəzifəsini gözə soxaraq özünü ifadə etmək çox yalnış bir addımdır.

Mən düşünürəm ki, özünü ifadə etmək sırf insanın özünə aid olan kriteriyaların üzərində olmalıdır. Bu aşağıdakı elementlərlə edilə bilər:

  1. Doğulduğun yer. Özünün ifadə üçün ideal elementlərdən hesab edilir. İnsanın doğulduğu yer unikal xususiyyətləri ortaya qoya bilər. Həmçinin bu heç vaxt Sizin əlinizdən çıxa bilməz.
  2. Xobbilərimiz. Xüsusi kriteriyalar, xüsusi biliklər var ki, bizi digərlərindən hər zaman fərqləndirir. Mənim bir vaxtlar şahmatçı olmağım bezən mənə əla imkanlar yaradıb. Bugündə çox zaman şahmatla mən yeni tanış olduğum adamların yadında qalıram.
  3. Biliklərimiz. Hansısa sahəni bilmək və ya malik olduğunuz təhsil səviyyəsi Sizin daha düzgün identifikasiya elementiniz ola bilər. Məni tanıyanların bir çoxu marketoloq olduğumu bilir. Mən hamının yanında açıq şəkildə marketoloq olduğumu deyirəm.

Ümumi olaraq özünün identifikasiya mütləq Sizin tərkib hissəniz ola biləcək atributlarla ola bilər. Vəzifə, pul, uşaqların oxuduğu məktəb, maşın, geyim, telefon və s. gəldi-gedər elementlər heç vaxt əsas fərqləndirmə kriteriyası ola bilməz.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

2 Comments

  1. Meqalenizi cox beyendim ve tamamiile sizinle raziyam hal hazirda cemiyyetimiz bu dediyiniz vezyyetdedir ve ele biliremki bu element dediyimiz esas olmayan ferqlenme kriteriyasi artiq cemiyyetin shuur-alti beynine hekk olub ve ne yaziqki biz onlara hec bir yardim goztere bilmeyeceyik…….

  2. Könül xanım əslində ən yaxşı yardım özümüzün belə olmaqdan qorumaqdır… Sİzə deyim heçdə asand bir shey deyil!)

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close