image_pdfimage_print

Bugün məsləhət verdiyim şirkətlərin birində təqdimat keçirirdim. Təqdimat öncəsi bir statistika məni “şoka” saldı. Şəhərimizdə açılan yeni parkinqlərə görə avtomobillərin saxlanılmasına icazə verilməyən ərazilərdə olan mağazalarda satışlar düz 50% keçən ilin eyni dövrünə görə aşağı düşmüşdür. Bu bəlkədə xırda görünən statistika əslində ölkədə yeni pərakəndəçilik mədəniyyətinin yaranmasından xəbər verir. Azərbaycanda yeni pərakəndəçi davranışları formalaşır.

Daha əvvəl mağaza yeri axtarılan zaman, əsas kriteriyası kimi vitrinlərinin çox, mağazanın əsas küçələrdə olması, qarşısının açıqlığı kimi kriteriyalar əsasa alınırdısa – bugün şəhərimizdə parkinq yeri olmayan obyekt işlətmək faciyədir.

Husi Haciyevdə olan obyektlərin tezliklə arenda qiymətlərinin aşağı düşməsi şərtdir. Amma buna baxmayaraq bu mağazalarda satışlar gündən-günə geriyə gedəcək. Həmçinin digər prospektlərdə. Bəs Sizcə bugünün pərakəndəçiliyi necə olmalıdır?

Birincisi mən hesab edirəm ki, gələcəkdə mağazanın yerləşdiyi yerdən çox, daxildə olan xidmət səviyyəsi önə çıxacaq. Başqa sözlə desək mağazanın yerləşməsindən çox, onun içərisində olanlar və müştəriyə yaradılan rahatlıq əhəmiyyətli olacaq. Səbəb kimi, şəhər mərkəzində hərəkətin çətinliyi olacaq. Şəhər mərkəzində maşın sürməkdənsə şəhər kənarına getmək daha asand olacaq. Həmçinin orlama çek aşağı yuxarı qalxacaq. Buna görə alış-veriş spontan prosesdən, sistemli prosesə doğru dəyişəcək.

İkincisi insanların vaxtları gündən-günə azalır. Vaxtan daha səmərəli istifadə etmək üçün bazarlıq prosesi “həftədə bir dəfə” məntiqinə keçəcək. Bununlada həftədə bir gün alış-verişi ayıran ailələr böyük, geniş və yüksək xidmətlər təklif edilən yerlər axtaracaqlar. Artıq xırda marketlər deyil, iri gipermarketlər dövrü başlayır. Bununlada mağazalarda yalnız məhsul deyil, həmdə xidmətlərin satışı təklif edilməlidir. Müştəri seqmentinə uyğun mağazalarda əlavə dəyərlərin, əlavə xidmətlərin yaradılması şərtdir.

Üçüncüsü əhalinin bol məskunlaşmış yerlərində yeni pərakəndəçi formatları ehtiyyac var. Bugün alman DM-ləri kimi formatlar Azərbaycanda tətbig etmək şərtdir. Ölkəmizdə ixtisaslaşmış pərakəndə şəbəkəsi yoxdur. Əslində fikirləşsək… dəhşətdir! Bugün ixtisaslaşmış mağazalar ölkədə ən çox ehtiyyac duyulan pərakəndə formatıdır. Ağıllı biznes yanaşmalara ehtiyyac var. Yeni biznes açmaq istəyənlərin nəzərinə. Sonra bilmirdik, oxumadıq deməyin!)

Ölkədə biznesin genişlənməsinin birinci göstəricisi əlbətdə pərakəndə sektorudur. Həmçinin bu sektorda olan yeniliklər istehsalçılar üçün siqnaldır və onlara lokomotiv olur. Bu baxımdan biz çox istəyirik ki, bizim pərakəndəçilər yuxudan tez oyansın.

Biz hesab edirik ki, yuxarıda olan tendensiyaları yerli pərakəndəçilər ciddi təhlil etməlidirlər. İstehlakçı davranışlarının ən yaxşı müşahidə edilmə nöqtəsi pərakəndəçilik olduğu kimi, istənilən yenilikdə məhz özünü ilk olaraq bu sektorda göstərir. Bugün tezdirsə, sabah gecdir!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close