Monthly Archives Oktyabr 2013

Çox zaman beynimizdə hansısa parlaq biznes ideya olur (bizə elə gəlir ki, bu parlaqdır). Biz inanırıq ki, bunu etsək işlərimiz əla gedər və s. Lakin bunu etmirik və ən əsası özümüzə təsəlli verirmiş kimi deyirik: “Vaxtı çatanda edəcəm” və ya “Vaxtım olanda edəcəm”. Əziz oxucu Sizə əminliklə deyirəm – istənilən ideyanın yaxşı və ya pis olduğunu bilmək üçün onu sadəcə etmək lazımdır.

Bizim bloqun oxucuları üçün özəl olaraq bloqa ən çox verilən sualların cavablarını açıq şəkildə yazmağa gərara gəlmişik. Beləliklə həmin seriyadan olan yeni yazımız. Bu dəfə suallımız marketinqin əhəmiyyətini başa düşünlər üçün (deməli bloqun butün oxucuları üçün) çox maraqlı olacaq: “Niyə Azərbaycanda marketinq zəif inkişaf edib?”

Bugün son dərəcə vacib və bəlkədə dünyada ən dəyərli peşə sahiblərinin günüdür. Müəllimlərdən ali, müəllimlərdən mügəddəs, müəllimlərdən cəmiyyətimiz üçün faydalı peşə sahibləri kim ola bilər?!

Nə az, nə çox artıq Embawood-a işlədiyimin 7-ci ilinə keçirəm. Yadıma gəlir bu şirkətə ilk dəfə gəldiyim günlər, yadıma gəlir bu şirkətdə keçirdiyimiz strestlər. Çox zaman dostlarımız “bir şirkətdə bu qədər necə işləmək olar?!” suallını verirdilər. Cavabım çox sadədir – “Mən Embawood çoooox sevirəm”. Lakin hər şeyin başlanğıc və son nöqtəsi olduğu kimi, çalışdığımız şirkətlərdə daimi deyil. Beləliklə…

BUGÜNDƏN EMBAWOOD-a YOLLARIMIZ AYRILDI

Bugün Marketinq AİR çərçivəsində birinci təlim günümüz oldu. Açıq deyim iştirakçıların mövzuya marağı məni çox sevindirdi. Ona görə yox ki, brendinq mənim ən sevdiyim marketinq sahəsidir. Sadəcə bugün biznes brendinq fəaliyyətinin üzərində qurulur. Heç bir şəkildə biz öz işimizi brendinqlə məşğul olmadan qura bilmərik. Bunu Marketinq AİR iştirakçılarıda yaxşı başa düşürlər.

Bugün sosial şəbəkələrdə ən çox paylaşılan video əlbətdə ki, aşağıda Sizlərində görə biləcəyi rolik oldu. İstər işə yanaşma, istər auditoriyanın seçimi, istərsədə informasiyanın verilmə tərzi maraqlıdır.

Əlbətdə bu videoda çoxlu strateji marketinq səhvləri var. Lakin bizim məqsədimiz bu haqda danışmaq deyil. Əsas odur ki, burada insan əməyi var. Əsas odur ki, bu videoda yenilikçilik, innovativlik var. Bu əladır!

Məmməd müəllim yalnız İtalyan ayaqqabısı geyinir, onun qardışı Həsən müəllim avtomobil aldıqda Alman maşınından başqa heçnə sürmür. Qızının toyunda cehizlik olaraq Rumuniya istehsalı olan qonaq mebeli almışdı. Butün texnika isə Yapon istehsalı edi. Qız demişkən ondan hər zaman çox gözəl ətir gəlir. Yalnız Fransız ətri istifadə edirlər. və s. Əziz oxucu, biz hesab edirik ki, ildən-ilə belə söhbətlər öz aktuallığını itirir. Bugün ölkə brendləri məhv olur. Bu haqda Sizinlə söhbət edəcəyik.

12
Close