Qurban Bayramınız Mübarək!

Əziz oxucu Qurban Bayramı münasibəti ilə Sizi ürəkdən təbrik edirəm. Arzu edirəm kəsdiyiniz Qurbanlar qəbul olsun!

Qurban Bayaramı sadəcə “şənlik” və ya “bayram” mühiti deyil. Bu bayram adı ilə çox saylı əlavə dəyərlər, çox saylı insanı hisslər, münasibətlər formalaşır. Mən bu yazıda Qurban Bayramının yaranma keçmişi və ya əhəmiyyəti barədə danışmaq istəmirəm. Məqsədimiz bir-az fərqlidir.

Bayram dediyimiz zaman bizim ağlımıza ilk gələn əlbətdə Yeni ildir (məndə belədir… kaş Sizdə belə olmasın). Bunun bir çox səbəbləri var. Amma əsas məntiq çox təəsüfki subyektivliyin üzərində dayanır. 70 il ərzində Sovet rejimində bizə Yeni il aşılandığı üçün bizə elə gəlir bizim ən böyük Bayramımız elə Yeni ildir. Əslində isə elə deyil!

Bizlərin Novruz kimi, Ramazan və Qurban bayramı kimi dərin mənalı bayramlarımız var. Millətin millət olaraq güclənməsi üçün – mütləq kökünə sadiq olması şərtdir. Mən millətçi deyiləm, amma çox istəyirəm ki, Azərbaycanlılar (türklər) lazımı günləri ən üst səviyyədə qeyd etsinlər.

Yuxarıda sadaladığım hər bir Bayramda dərin məna olmasına baxmayaraq biz hələdə bu günlərin əhəmiyyətini çatdıra bilmirik. Bugün bir FB dostumun statusunda “Sabah yenə ətrafa qanı bürünəcək…” deyə bir status gördüm – yadımda deyil kim edi. Bu statuslar mənə çox pis təsir edir. Biz Qurban Bayramın mahiyyətini, humanizmliyini, məntiqini ətraf mühiti başa salmadığımıza qədər, hamı müsəlmanlarla terrorist, azərbaycanlılara – alverçi, türklərə – taksi şöferi kimi baxacaq… Biz axı belə deyilik!!!

Bizim Bayramların düzgün təbliğ edilməsi bizi millət kimi, xalg kimi çox yüksək nöqtələrə qaldıra bilər. Hər dəfə noyabr-dekabr ayı gələndə mən Almaniyada Weinachten yadıma düşür. Məntiqlə bizim bayramlardan çox zəifdir… amma elə əzəmətli qeyd edilir, adam az-qalır Azərbaycandada bayram etsin. Niyə biz öz Novruzumuzu, Qurban bayramı kimi dərin mənası olan Bayramımızı düzgün təbliğ edə bilmirik. Heç kimə yox… özümüz-özümüzə düzgün təbliğ etməliyik.

Hamı başa düşməlidir ki, Qurban kəsmək din-bərəkət, ədalət, mərhəmət simvoludur. Ümid edirəm ki, gələn Qurbanda hamınıqla bu Bayramın əhəmiyyətini daha dərin başa düşəcəyik.

Qurban Bayramınız Mübarək əzizlərim!

ƏLAVƏ OXUMAQ ÜÇÜN: